Icma.az
close
up
RU
Ramiz Mehdiyevin bankından sonra nəşriyyatı da bağlanır

Ramiz Mehdiyevin bankından sonra nəşriyyatı da bağlanır

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsus olan Bank BTB ASC – də böyük dəyişiklik yaşanır. 

Bankın yenidən təşkil olunaraq bank olmayan kredit təşkilatına çevrilməsinə Azərbaycan Mərkəzi Bankı tərəfindən razılıq verilib. 

Bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidməti Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə bağlı bəzi təfərrüatı ictimaiyyətə açıqlamışdı. 

Cinayət işində Mehdiyevin 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərdiyi bildirilir. 

1986-cı ildən etibarən 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayan müəssisə 2001-ci ildə “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilir və qanuni təmsilçisi də Oqtay İsgəndər oğlu Əhmədovdur. Nəşriyyatının səhmlərinin böyük hissəsinin (96,5 faiz) Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsus olduğu qeyd edilir. Nəşriyyatın hazırkı baş redaktoru isə tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlıdır. 

Nəşriyyat fəaliyyətə başladığı vaxtdan demək olar ki, dövlətin bütün layihələrində iştirak edib və dövlət sifarişi ilə yüzlərlə kitab, o cümlədən 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyası, incəsənət xadimlərinin həyat və yaradıcılığına aid 36 cilddən ibarət olan “Sərvət” layihəsi, 75 cilddə “Azərbaycan Memarlığı”, həmçinin 25 cilddə “Üzeyir Hacıbəyli dünyası”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 6-cı nəşri və s. dərc edilib. 

2011-ci ildən etibarən isə “Şərq-Qərb” məktəbəqədər və məktəbli uşaqlar üçün 100-dən çox müxtəlif adda kitab, o cümlədən dərs vəsaitləri, iş dəftərləri, qiymətləndirmə vasitələri, sinif jurnalları və s. çap edib. Şirkətin 2023-cü ildə tədqim etdiyi hesabatda 2022-ci ildə ümumi mənfəətinin 8 milyon 348 min 707 manat olduğu göstərilib. 

Məlumatlara görə, bank kimi, Mehdiyev ailəsinə məxsus olan nəşriyyat aprel ayında fəaliyyətini dayandırmağı planlaşdırır. Bu barədə "Şərq-Qərb" ASC- dən “Cebheinfo.az” bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: Ramiz Mehdiyev nəşriyyat

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Mart 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri