Icma.az
close
up
RU
Ramiz Mehdiyevin bankından oğurluq edənlərə hökm oxundu

Ramiz Mehdiyevin bankından oğurluq edənlərə hökm oxundu

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Prezident Administrasiyasının və Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsus bankdan oğurluqda ittiham olunan şəxslərə ağır cəza verilib.

Gununsesi.info xəbər verir ki, Bakıda “Bank BTB”dəki seyflərdən 850 min manatdan çox qızıl-zinət zinət əşyaları və pul oğurluğunda ittiham olunan Belarus vətəndaşı Sergey Qrinkeviç və Rusiya vətəndaşı Aleksey Babayevin hər biri 12 il azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmünə əsasən, onlar cəzalarını çəkib qurtarandan sonra Azərbaycandan deportasiya olunacaq.

1990-cı il təvəllüdlü Sergey Qrinkeviç özünü qismən təqsirli bilib. O bildirib ki, onu bu işə 2022-ci ilin yayında Türkiyədə olarkən tanış olduğu German adlı şəxs cəlb edib:

“Elə bir vəziyyət yaratmışdı ki, bu iş cinayət kimi görünməsin. Demişdi ki, götürülən pullar, əşyalar tanışlarınındır, amma onlar müəyyən səbəblərdən Azərbaycana gələ bilmirlər. Şərt belə olmuşdu ki, nə götürülsə, 10 faizi mənim olacaq. Sahibləri də şikayətçi olmayacaq”.
Azərbaycana gəlmək, burada qalmaq xərclərini də German ödəyib. Bankdakı saxlanc qutularını necə açmaqla bağlı ona videolar göndərib, orada təlimatları izləyib”.

Sergey oğurlanan pulun miqdarı və əşyaların dəyəri ilə bağlı ittihamda göstərilən rəqəmlə razı olmadığını bildirib. Əlavə edib ki, oğurladıqlarını tam şəkildə geri qaytarıb.

Ramiz Babayev isə özünü təqsirli bilməyib. İfadəsində bildirib ki, Bakıya onu təxminən 10 il əvvəl tanış olduğu German göndərib. Deyib ki, kimdənsə pul götürəcək. Bakıda qaldığı müddətdə xərclərini German ödəyib. Sonra onun tapşırığı ilə bir nəfər gətirib ona çanta verib. Qaldığı evdə çantanı açanda görüb ki, içində 316 min manat və 38 min dollar pul var. Bu barədə Germana məlumat verib. Bundan bir qədər sonra polislər onu saxlayıb.

Bu cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb: Nurlan Kazımlı, Fuad Lütvəliyev, Zibeydə Qurbanova, Reyhan Hacıyeva və Tuqay Rəhimli.

Zərərçəkmişlərdən bəzilərinin bankdakı seyflərinə müdaxilə edilib açılsa da, heç nə götürülməyib, onlara ziyan dəyməyib. Bu səbəbdən də onlar şikayətçi olmayıb.

Adları çəkilən zərərçəkmişlər arasında ən çox ziyan dəyən isə Zibeydə Qurbanova olub. İttihama əsasən, bankda ona məxsus saxlanc yerindən 55 min dollar pul və 405 min manat dəyərləndirilmiş, 156 ədəd qızıl-zinət əşyaları oğurlanıb.

Zibeydə Qurbanova bildirib ki, əşyalar özünə və övladlarına məxsus olub.

Zərərçəkmişin sözlərinə görə, istintaq vaxtı puldan 30 min dollar manat şəklində ona qaytarılıb. Həmçinin qızıl-zinəş əşyalarının da böyük bir hissəsi qaytarılıb. O, qeyd edib ki, əgər daha 150 min manat ödənilsə, təqsirləndirilən şəxslərə qarşı şikayətçi olmaz.
Zibeydə Qurbanova Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini Namiq Camalovun anasıdır. O, bundan əvvəl Cəlilabad və Sabirabad rayonlarının polis rəisi olub. 2023-cü ilin mayında İnterpola rəis müavini təyin edilib.
Zibeydə Qurbanovanın digər oğlu Natiq Camalov isə Qaradağ rayonu, 38-ci polis bölməsinin rəisidir. O, əvvəl Səbail rayonu, 9-cu polis bölməsinin rəisi olub.

Onlar keçmiş Müdafiə Sənayesi naziri, 2018-ci ildə vəfat etmiş Yavər Camalovun qardaşı Əlihüseyn Camalovun övladlarıdır. Əlihüseyn Camalov vaxtilə “Azəriqaz”a rəhbərlik edib, daha sonra Milli Aerokosmik Agentliyin direktor müavini olub.

“Bank BTB”nin əsas səhmdakı isə Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. Bankın səhmlərinin 74,99 faizi Mehdiyeva Nigar İsmayıl qızına, 19,01 faizi Sadiq Rza İsmayıl oğluna, 6 faizi isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Fevral 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri