Icma.az
close
up
RU
Ramiz Mehdiyevin dəstəsi SSRİ bayrağı ilə aksiya keçirməyə cəhd etdi ANALİZ

Ramiz Mehdiyevin dəstəsi SSRİ bayrağı ilə aksiya keçirməyə cəhd etdi ANALİZ

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Bu faktın mövcudluğu təsdiq edir ki, dəstə fəaliyyətlərinin yeni mərhələsinə keçir

Həqiqətən də elə toplumlar var ki, onların yaşam tərzi, fəaliyyətləri digər xalqlar üçün təhlükə mənbəyidir. Təkcə ona görə yox ki, onlar işğalçıdırlar, terroru dövlət siyasətinə çevirirlər, həm də girdikləri ərazilərdən çıxmaq istəmirlər. Belə təhlükə mənbəyi hesab edilən millətlər içərisində erməni, rus, alman, fransız və digər millətlər daha təhlükəli və qəddar fəaliyyətləri ilə seçilirlər. Onların hər birinin fəaliyyət üsulları haqqında geniş şərh vermək, sübutlar göstərmək fikrində deyiləm, zatən hər kəs bu barədə geniş və əhatəli məlumatlara malikdirlər. Təkcə erməni toplumu iki yüz il ərzində azərbaycanlılara qarşı amansız vəhşiliklər, soyqırımı aktları həyata keçirdi və nəticədə iki milyondan çox insan həyatını itirdi, minlərlə yaşayış məskəni darmadağın edildi, yüz minlərlə insan doğma yurd-yuvası olan Qərbi Azərbaycandan zor gücünə didərgin salındı. Düzdür, 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə erməni separatizmi məhv edildi, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Lakin hələ də 4 kəndimiz erməni işğalı altındadır. Hələ də 300 minə yaxın soydaşımız tarixi yurd yerləri olan Qərbi Azərbaycana qayıda bilmirlər. Daha bir fakt isə Ermənistanda revanşistlərin olmasıdır. Bu isə onu deməyə əsas verir ki, hər an sərhəddə erməni təxribatları baş verə bilər.

Bütün bu və digər səthi qeyd edilən faktlar təsdiq edir ki, erməni millətçiliyi, şovinizmi dünya xalqları arasında ən təhlükəlisidir. Digər təhlükəli millətlərdən biri də Rusiya millətçilyi hesab olunur. Artıq hər kəsə məlum olan fakt ondan ibarətdir ki, “rus millətçiliyi” ictimai mövcudluğunu adlayaraq dövlət siyasətinə keçib. İmperiya xislətindən çıxış edən Rusiya dövlət aparatı inkişaf edən dövlətlərə, daha firavan həyat yaşayan xalqlara nifrət hissi ilə yanaşır. Çalışır ki, inkişaf edən dövlətlərə zərər versin, tərəqqisinə, qazandığı nailiyyətlərə mane olsun.

Rus şovinizmi qonşu xalqlar üçün təhdid yaradır

Rus şovinizmi bu günün fəaliyyəti deyil, tarixi qədimdir. Yəni bir neçə əsrdir ki, Rusiya yaramaz “missiyasını” davam etdirir. Regionun bütün xalqları, xüsusilə də Azərbaycan xalqı rus hərbi-siyasi dəstələri tərəfindən amansız qırğınlara məruz qalıb. 1801-ci ildə Rus çarı I Aleksandrın əmri ilə hərəkət edən işğalçı ordu birləşmələri Gəncə, Qazax, İrəvan, Borçalı və Pəmbək ərazilərini işğal etməklə Azərbaycanın qəsb edilməsi siyasətinə başlamış və sonrakı 1804-1805-ci illərdə bütün Azərbaycan ərazilərini işğal etmişdir. Yeni, müasir dünyanın qurulması ilə düşünmək olardı ki, rus şovinizmi səngiyəcək, insan cəlladlarının xalqlara və dövlətlərə qarşı düşmən münasibəti aradan qalxacaq. Ancaq xislətin və niyyətin yaramazlıq üzərində qurulması səbəbindən rus şovinistlərinə öz iyrənc əməllərindən əl çəkmələrinə imkan vermir. Əksinə fərqli metodlarla öz fəaliyyətlərini davam etdirirlər. Rus şovinistləri dəfələrlə Azərbaycana qarşı kiberhücumlar təşkil edib, hibrid təzyiqlər göstərməyə çalışıblar. Xüsusilə də, bu cür çirkin fəaliyyət növü Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra daha qabarıq şəkildə özün göstərib. Azərbaycanın erməni terrorçu hərbi birləşmələrini məhv edib, regionda yeni reallıqlar yaratması ilə barışa bilməyən rus şovinist qafaları müxtəlif təxribatları ilə ölkəmizin səbrini sınağa çəkməyə çalışıblar. Milli Məclisin deputatının Rusiya sərhəddində saxlanılması, Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin “Pansir S-1” HHM sistemi ilə vurulması, Rusiyada yaşayan azərbaycanlıların təzyiq və təhdidlərlə üzləşmələri, öldürülmələri, müəyyən hallarda heç bir səbəb olmadan həbs edilmələri Kremlin “rus şovinizmi”ni dövlət siyasətinə çevirdiyini təsdiqləyir.

İfşa olunan agentlərin sırasına yeniləri əlavə olunur

Azərbaycanda milli birliyin möhkəm əsaslar üzərində qurulması rus şovinizmini daha da özündən çıxarıb. Onlar Azərbaycanda məğlub olunmaları ilə barışmaq istəməyərək agentlərini ölkəmizin ərazisində müxtəlif təxribatlar törətməyə məcbur edirlər. Lakin yenə də ifşa olunaraq cəmiyyətlərin gözü önündə rüsvay olurlar. Bu günlər növbəti təxribatlar planlaşdıran rus agentlərinin həbs olunmalarını buna misal olaraq göstərmək olar. Daha bir misal isə, Azərbaycan Polisinin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) iki əməkdaşının saxlanılmasıdır. Rusiya agentura şəbəkəsinin üzvü, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin və dəstəsinin ifşası da Rusiya şovinist dairələrinin belini qıran məsələlərdəndir. Mətbuatın yazdığına görə, Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patuşevə məktub yazaraq ondan Azərbaycanda planlaşdırdıqları dövlət çevrilişinə dəstək verməsini xahiş edib.

Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, rus agentləri ifşa olunmalarına baxmayaraq onları yeniləri əvəz edir. Bu isə təsdiq edir ki, Azərbaycanda rus agentlərinin sayı narahatedici saydadır. Bəzən agentlər açıq şəkildə Rusiyayönümlü fəaliyyətlərini nümayiş etdirməkdən çəkinmirlər. Faşizm üzərində Qələbə Gününə həsr olunmuş tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun əməli bu kateqoriyadan hesab edilir. Ağsaqqal yaşında bu məxluq açıq şəkildə Rusiyaya bağlı şəxs olduğunu nümayiş etdirməyə çalışdı. Təbii ki, onun bu fəaliyyəti ölkə qanunvericiliyinə ziddi və cinayət məsuliyyəti yaradır. Haqlı olaraq İmişli rayon Məhkəməsi Saleh Səmədov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib. Baş verən anormal hadisə ilə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumat bildirilir ki, Saleh Səmədov şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Moskvanın agentləri yürüşə cəhd edərkən saxlanıldılar

Görünən ondan ibarətdir ki, Azərbaycanda Rusiya agentləri Ramiz Mehdiyev və dəstəsindən, İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovdan ibarət deyil. Onların sayları yuxarıda qeyd etdiyim kimi ,həqiqətən də narahatedici saydadır. Hətta onların arasında elələri var ki, SSRİ bayraqları ilə yürüş etməyə və Moskvadakı ağalarının yeni rəğbətini qazanmağa çalışırlar. Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb. Polis tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb. İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub. Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.

SSRİ bayraqları ilə aksiya keçirilməsinə cəhd göstərilməsi onu deməyə əsas verir ki, Rusiyanın əsas adamlarından hesab edilən Ramiz Mehdiyev tək deyil. Yəni R.Mehdiyevin dəstəsinə daxil olan şəxslərin sayı müəyyən saydadır. Bəlkə də Abdulla İbrahimli və İbrahim Əsədli Ramiz Mehdiyevin tabeçiliyində olan şəxslərdir. Təbii ki, bu kimi məsələlərə istintaq aydınlıq gətirəcək. Hazırda məlum olan fakt ondan ibarətdir ki, Ramiz Mehdiyev və onun dəstəsinin əsas fəallarından olan AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavatın keçmiş və indiki başqanları İsa Qəmbər və Arif Hacılı, eləcə də SSRİ bayrağını sinələrinə sıxıb rus əlaltısı rolunda çıxış edənlər ölkəmizdə geniş təxribat sxemi qurublar. Lakin onların bəd əməlləri heç bir halda reallaşmayacaq. İstənilən məqamda R.Mehdiyev və dəstəsi ifşa olunduğu kimi onlar da ifşa edilib, ədalət məhkəməsi qarşısına çıxarılaraq layiq olduqları cəzanı alacaqlar.

İLHAM ƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see239

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see238

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see202

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see174

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see161

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see152

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see145

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see144

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see140

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see134

“Azəriqaz” rəhbərliyi müharibə veteranını saymır

25 Noyabr 2025 12:36see132

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see131

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see129

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see128

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see127

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see121

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see120

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri