Icma.az
close
up
RU
Ramiz Mehdiyevin gülləkeçirməz villasının görüntüləri yayıldı VİDEO

Ramiz Mehdiyevin gülləkeçirməz villasının görüntüləri yayıldı VİDEO

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin daha dəbdəbəli villası Qəbələ rayonunda yerləşir. 

Sitat.info-nun əldə etdiyi məlumata görə, rayonun mərkəzində, dağın ətəyində sıx meşəlikdə yerləşən bu villa kənardan balaca görünsə də, əslində rayondakı ən böyük villadır.
Ətrafında isə sabiq məmurlara məxsus bir neçə villa var. Ətrafı hündür ağaclarla o qədər sıx hörülüb ki, kənardan aydın görüntüsünü əldə etməkdə çətinlik çəkdik. Villaya getmək üçün nəzarət postu qoyulub. Həmin postdan yalnız Mehdiyevin ailə üzvləri və villada çalışan işçilər  keçə bilər.

İcazə alıb içəri keçməmiz mümkün olmadığından, dolayı yolla postdan keçib villanın hündür hasarlarını çəkməyə nail olduq.

Təqribən 200 metr irəliləyib dağın ətəyi ilə  yuxarı qalxdıq. Hündürlüyü 5-6 metr olan daş hasarlardan villanın harada yerləşdiyini görmək mümkünsüzdür. Girişdə iki nəhəng darvaza var. Villanın əsas girişindən əlavə dörd avtomobil boksu da var. Görünür, Ramiz Mehdiyevin bu villası əvvəllər qonaqlı- qaralı olurmuş.

Aldığımız məlumata görə, Ramiz Mehdiyev sonuncu dəfə ötən il bura istirahətə gəlib. Bu il isə yalnız qızı və kürəkəni İlham Əliyev gəlib.

Vaxtilə Mehdiyevin bu villasında tez-tez görüşlər, ziyafətlər təşkil olunurmuş. Hazırda villada xadimələr, mühafizəçilər və digər xidmətçilər var. 

Ərazidə olduğumuz zaman öyrəndik ki, R. Mehdiyevin bu mülkü 5 hektardan çox ərazini əhatə edir. Qiyməti təxminən 6-7 milyon manat olar. Qəbələ sakinləri arasında bu məşhur villanı tanımayan çətin tapılar.

Sakinlər iddia edir ki, pəncərələri gülləkeçirməzdir, zirzəmisinin dərinliyi 10 metrə qədərdir. Villanın tikintisi üçün xüsusi olaraq Avropadan tikinti mütəxəssisləri gətirilib.

Villanın arxa tərəfi birbaşa meşəyə açılır. Bu səbəbdən də meşəyə qalxmaq üçün olan yol dəmir şlaqbaumla bağlanıb.

Villanın dördbir yanında kamera nəzarəti var. 5 mərtəbədən ibarət villa meşənin dərinliyinə doğru inşa olunduğundan hasardan görünmür. Mehdiyevin imarəti dağın ən ucqar nöqtəsindən belə mühafizə qorunur. 

Sitat.info-nun hazırladığı videoreportajı təqdim edirik:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sitat.info
archiveBu xəbər 04 Noyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri