Icma.az
close
up
RU
Ramiz Mehdiyevin indiyədək gizli qalan baldızı... Levon bu qadının oğlu imiş + FOTO

Ramiz Mehdiyevin indiyədək gizli qalan baldızı... Levon bu qadının oğlu imiş + FOTO

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə ev həbsinə qapadılmasından sonra illərdir gizli qalan bir sıra maraqlı məqamlar üzə çıxır.

“Baku Oksford Məktəbi”nin əsl təsisçisi Nailə Rzayevanın müsahibəsini təqdim etdiyimizdə, burada bir ad xüsusi diqqət çəkmişdi - Çanturiya Nazı Qeorgiyevna.

Nailə Rzayeva müsahibəsində bildirmişdi ki, sözügedən məktəb məhz PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi ilə “Baku Steel Company”nin hazırda həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun təzyiqi nəticəsində Rzayevalar ailəsindən alınıb, heç bir ödəniş edilmədən öz adlarına keçirilib. Bu zaman Nazı Çanturiya 50 faizdən çox paya sahib olub.

Bəs, adıçəkilən, barəsində indiyədək mətbuatda heç bir məlumat olmayan Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın bacısı Nazı Çanturiya kimdir?

Teleqraf Nazı Çanturiyanın kimliyi haqqında araşdırma aparıb və bəzi maraqlı məqamları üzə çıxarıb.

Fotoda Nazı Çanturiya

Əldə etdiyimiz məlumata görə, N.Çanturiya 28 avqust 1949-cu ildə Gürcüstanın Sxakaya rayonun Medje kəndində anadan olub. 1956-cı ildə ailəsi ilə Sxumiyə köçüb. Orada Ş.Rustavelli adına 1 nömrəli ümumi təhsil məkbətinə qəbul olub. 1968-ci ildə isə V.Saraşvili adına Tbilisi Dövlət Konservatoriyasının fortopiano sinfinə qəbul olub və qiyabi təhsil alıb.

Həmin ildə də Sxumidə musiqi kollecində konsertmeyster işinə başlayıb. 1993-cü ilə qədər müəllim kimi çalışıb. 1973-cü ildə isə Azərbaycan Dövlət Konservatoriyasında konsertmeyster kvalifikasiysası üzrə kursu bitirib.

1976-cı ildə isə Quskaya Yuriy Yuryeviçlə ailə həyatı qurub. Bu izdivacdan bir il sonra isə oğlu Levon dünyaya gəlib. Levon Qurskaya uzun müddət Azərbaycanda hüquq-mühafizə orqanlarında çalışıb. Onun sonuncu vəzifəsi Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəis müavini olub. 2022-ci il fevral ayında isə Levon Qurskaya vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Nazı Çanturiya 1992-ci ildə Abxaziyada müharibə başlayandan sonra Bakıya qohumlarının yanına gəlib. 1993-cü ildə Qara Qarayev adına musiqi məktəbində işləyib.

Onun son iş yeri isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası olub. 1996-cı ildə işə başlayan Nazı Çanturiya 3 il sonra baş müəllim, 2008-ci ildə isə dosent olub. 2011-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülən Ramiz Mehdiyevin baldızı, 2013-cü ilin sentyabrın 11-də işdən çıxıb. O, bu müddət ərzində Konsertmeyster ustalığı kafedrasında çalışıb. Nazı Çanturiya 2 il əvvələ qədər Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qurtqaşınlı küçəsində yerləşən evdə qeydiyyatda olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Oktyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri