Icma.az
close
up
RU
Ramiz Mehdiyevin mənzil hədiyyə etdiyi adam indi onu niyə söyür? Siyasi meyitin Elşən Musayev nümunəsi…

Ramiz Mehdiyevin mənzil hədiyyə etdiyi adam indi onu niyə söyür? Siyasi meyitin Elşən Musayev nümunəsi…

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ramiz Mehdiyev barəsində həbs qərarı elan olunduqdan sonra bir qrup deputat sanki yarışa çıxıb. Onlar Prezident Administrasiyasının sabiq rəhbərinin ünvanına sərt ifadələr səsləndirir, onunla heç bir zaman əlaqələrinin olmadığını iddia edirlər.
Hətta bəzilərinin ürəyi soyumur və müəllif yazısı ilə çıxış edərək, R.Mehdiyevin ünvanına çox ağır ifadələr işlədirlər. Bunların əksəriyyəti vaxtilə R.Mehdiyevin yaxın çevrəsinə aid olan şəxslərdir - kimisi onun dəstəyi ilə mandat qazanıb, kimisi də müxtəlif imtiyazlardan yararlanıblar. Məsələn, millət vəkili Elşən Musayev kimi…”
Bizim.Media xəbər verir ki, bu fikirləri “Post TV”nin direktoru, tanınmış jurnalist Samir Feyruzov sosial şəbəkə hesabında yazıb.
O, deputat Elşən Musayevin Ramiz Mehdiyevlə əlaqələrindən söz açıb:
“20 oktyabr 2025-ci ildə qafqazinfo.az saytında “Allah vurub Ramiz Mehdiyevi də, onun “komanda”sını da...” sərlövhəli məqalə dərc olunub.
//qafqazinfo.az/.../allah-vurub-ramiz-mehdiyevi-de...
Məqalənin müəllifi olan millət vəkili Elşən Musayev yazır: “…Kirayələrdə çürüdüyüm dövr məhz Ramiz Mehdiyevin vəzifədə olduğu dövrlə üst-üstə düşür…”.
 

Halbuki, 2012-ci ilin qış aylarında Ramiz Mehdiyev BŞİH-in sabiq başçısı Hacıbala Abutalıbova zəng edərək Elşən Musayevə mənzil verilməsi barədə göstəriş verib. Bununla da, E.Musayevə “Şamaxinka” deyilən ərazidə yerləşən və yeni tikili binada 3 otaqlı mənzil hədiyyə olunub.


Bu həmin dövr idi ki, E.Musayev cırıq ayaqqabılarla, nimdaş paltoda şəhər küçələrində gəzirdi və bu üsulla da özünün məzlum obazını yaratmağa nail olmuşdu.
Bəlkə də sənin evinin divarlarında Ramiz Mehdiyevin kölgəsi qalıb, diqqətlə bax!
E.Musayev həmin məqalədə daha sonra yazır:
“Bəlkə də uzun illər siyasətlə məşğul olan tək - tük adamlardan biriyəm ki, həyatım boyunca bircə dəfə də olsun, nə Ramiz Mehdiyevlə yolum kəsişib, nə onunla telefonla danışmışam, nə köməkçisinə zəng edib görüş istəmişəm, nə bir masada əyləşmişəm, nə xeyirində - şərində iştirak etmişəm, nə məktub yazmışam, nə də hardasa əl verib görüşmüşəm”.
Bu da ağ yalandır! Nə üçün?
Çünki həmin mənzil hədiyyəsindən öncə o, Ramiz Mehdiyevin qəbulunda olub. Ramiz Mehdiyev onu atasının - mərhum Məmmədhənifə Musayevin dostu kimi qarşılayıb, xoş sözlər deyib və dəstəyini bildirib. Qeyd edim ki, E.Musayevin atası M.Musayev Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun rektoru (1999 - 2001) və Azərbaycan Müəllimlər İnstitutunun rektor əvəzi (2001-2004) olub.
Ramzi Mehdiyevin ev hədiyyəsindən və diqqətindən təsirlənən E.Musayev 16 mart 2012-ci ildə qafqazinfo.az saytına razılaşdırılmış müsahibə verir.
//qafqazinfo.az/.../ramiz-mehdiyev-her-yoldan...
O, həmin müsahibədə deyir: “Ramiz Mehdiyev hər yoldan keçənə cavab verəcəksə o zaman biz kimik? Nə deyib ortada gəzirik? Məni narahat edən məsələnin bu tərəfidir”.

Göründüyü kimi, E.Musayev “dövlətçi” qiyafəsinə girərək özünü Ramiz Mehdiyevin fədakar xidmətçisi-müdafiəçisi kimi önə çəkir.
 

Heç şübhəsiz, uzun illər dövlət idarəçiliyin ən üst iyerarxiyasında mühüm post tutan Ramiz Mehdiyev barəsində açılmış cinayət işi dövlət qurumlarının səlahiyyətində olan məsələdir. Onun hüquqi tərəfi barədə hökm çıxarmaq cəmiyyətin yox, dövlət sisteminin işidir.


Amma məsələnin mənəvi tərəfi daha dərindir. Elşən Musayev kimilər riyakarlıq nümayiş etdirməklə cəmiyyətdə çox pis presedentlər yaradırlar. Kəskin mövqe dəyişikliyi, keçmişə qarşı “moral qisas” ritorikası cəmiyyətdə ciddi etimad böhranı yaradır. Xalq görür ki, dünən “ustad” dediklərinə bu gün “tanımıram” deyənlər sabah kiminsə qarşısında yenidən eyni davranışı sərgiləyə bilər. Deputatlara qarşı olan qıcıq, qəzəb boş yerə deyil ki?! Bəzi istisnalar olmaqla, hansı deputat danışırsa, özünü batırır. Ramiz Mehdiyevin həbsi hər nə qədər müzakirə olunursa, Elşən Musayevin də elastik mövqeyi bir o qədər ikrah doğurur.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Oktyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri