Icma.az
close
up
RU
Ramos: Kuboku qazanmaq inanılmaz yuxu olardı

Ramos: Kuboku qazanmaq inanılmaz yuxu olardı

Icma.az bildirir, Qol.az portalına istinadən.

Meksikanın "Monterrey" komandasının futbolçusu Serxio Ramos bu il keçiriləcək klublararası dünya çempionatı haqda danışıb. 

QOL.az xəbər verir ki, o, FİFA-nın rəsmi saytına müsahibəsində deyib: "Bu turnir özünü göstərə bilməyən klublar üçün əla fürsət və unikal platformadır. FIFA turnirləri həmişə əlavə motivasiya verir. Yaşından asılı olmayaraq, "Monterrey"i təmsil etmək böyük həyəcandır. Biz böyük həvəslə hazırlaşırıq və yaxşı çıxış etməyi hədəfləyirik".

Təcrübəli müdafiəçi turnirin ABŞ-da keçirilməsi qərarını müdrik hesab etdiyini qeyd edib: "Düşünürəm ki, turnirin burada keçirilməsi ağıllı qərardır. Bu, Amerika cəmiyyətinin futbolu daha yaxşı tanıması ilə bağlıdır. Avropada futbola daha dərin bağlılıq var. ABŞ-da futbol, ​​bəlkə də, əhalinin çoxluğuna və ya Amerika futbolu və NBA kimi idman növlərinin nüfuzuna görə hələ də eyni təsirə malik deyil. Amma böyük irəliləyiş var. Bu addımlar ABŞ-da da futbola marağı artıracaq. Bu, futbol dünyası üçün yaxşı bir inkişafdır və Meksikada da bu maraq artır”.

O, Los-Ancelesdə Meksika əsilli azarkeşlərdən dəstək gözlədiklərini bildirib: "Los-Ancelesdə çoxlu meksikalı azarkeşlərin olması vacibdir. Səfərdə olsaq da, onların sevgisi və dəstəyi bizə güc verəcək. Hətta tribunada rəqiblərimizdən daha çox azarkeşimiz ola bilər. Bu, böyük üstünlükdür və özümüzü evdəki kimi hiss edəcəyik".

S. Ramos titulu qazanmaq ehtimalından danışıb: "Kuboku qazanmaq inanılmaz yuxu olardı. Ötən gün FİFA prezidenti Canni İnfantino yeni kuboku ABŞ prezidenti Donald Trampla birlikdə təqdim edib. Bu, həqiqətən də gözəl kubokdur. Əslində, məni Meksikaya gətirən amillərdən biri də yeni turnirdə oynamaq imkanı idi. Mən həmişə optimistəm və yüksək yerləri, qalib gəlmək haqda düşünürəm. Komanda meydana bu mentalitetlə çıxır”.

Qeyd edək ki, sözügedən turnir iyunun 15-dən iyulun 13-dək ABŞ və Meksika ölkələrində keçiriləcək. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://qol.az
archiveBu xəbər 09 Aprel 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri