Ramos yeni klubunda ilk qolunu vurdu VİDEO
Icma.az bildirir, Fanat portalına istinadən.
"Monterrey"in ulduz müdafiəçisi Serxio Ramos Meksikada ilk qolunu vurub.
Fanat.Az xəbər verir ki, 38 yaşlı futbolçu "Santos Laquna" ilə keçirilən Klausura matçında fərqlənib.
İspaniyalı veteran 57-ci dəqiqədə hesabı 2:1 komandasının xeyrinə edib.
"Monterrey" yekun nəticədə 4:2 hesablı qələbə qazanıb. Mərkəz müdafiəçisi final fitinə qədər oynayıb.
Bu, Serxio Ramosun "Monterrey"də ikinci oyunu olub.
Xatırladaq ki, “Real Madrid”in sabiq kapitanı Meksika təmsilçisinin sıralarına fevralın əvvəlində qoşulub. Bundan əvvəl o, 7 ay klubsuz qalıb.
Bu nəticədən sonra "Monterrey" Meksika çempionatının turnir cədvəlində onuncu yerdə qərarlaşıb.

Serxio Ramos rəsmən Meksika klubunda
07 Fevral 2025 09:10
Serxio Ramos yeni klubunda ardıcıl 3 cü oyunda qol vurdu
13 Mart 2025 16:08
Ramos yeni klubunda niyə “93” nömrəni seçib?
20 Fevral 2025 23:35
Serxio Ramos yeni klubunda rekorda imza atdı
19 Mart 2025 16:32
Serxio Ramos Meksika klubunda qırmızı vərəqə ilə cəzalandırıldı VİDEO
17 Mart 2025 14:50

