Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Ramos yeni klubunda niyə “93” nömrəni seçib?

Ramos yeni klubunda niyə “93” nömrəni seçib?

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir neçə gün əvvəl Serxio Ramosun işsizliyə son qoyduğu məlum oldu.

"Football-plus.az" xəbər verir ki, məşhur ispaniyalı futbolçu Meksikada qərar tutub. Halbuki son aylar ərzində ABŞ və Səudiyyə Ərəbistanı klublarından kifayət qədər təkliflər almışdı. Diqqəti cəlb edən digər fakt dünya və Avropa çempionunun yeni klubunda daşıyacağı formanın nömrəsi ilə bağlıdı.
Daim 2014-cü ildəki finalı xatırladacaq
Artıq Ramos rəsmən “Monterrey”in oyunçusudu. Klubun mətbuat xidmətinin məlumatında 38 yaşlı müdafiəçi ilə birillik müqavilə imzalandığı, ulduz futbolçunun bu müddətdə 4 milyon avro maaş alacağı və qazancını bonuslar kimi daha 1 milyon avro artıra biləcəyi bildirilib. Onun yeni komandasında “93” nömrəli formada çıxış edəcəyi də açıqlanıb.
Xatırladaq ki, Ramosun sonuncu klubu “Sevilya” olub. O, daha əvvəl 2003-05-ci illərdə də formasını daşıdığı doğma klubundan ötən yay ayrılmaqla azad agent statusu qazanmışdı. Ulduz futbolçu karyerası ərzində “Real”da (2005-21) və PSJ-də (2021-23) də oynayıb.
Gələk əsas məsələyə. Ortaya təbii sual çıxır: Serxio yeni klubunda niyə “93” nömrəni seçib? Bu suala özü cavab verib. 93 onun Çempionlar Liqasının 2014-cü ildə keçirilən finalının start fitindən 92 dəqiqə 48 saniyə sonra “Real”ın formasında “Atletiko”nun qapısına vurduğu qolun dəqiqə ilə qeydə alındığı göstəricidi. Başqa sözlə, ispaniyalı həmin unudulmaz anı yeni komandasında daim xatırladacaq. Bu haqda “Monterrey”in saytına belə açıqlama verib:

“93-cü dəqiqə finalın ən epik anı idi və bu seçimim həm “Real”a, həm də öz karyerama hörmət əlamətidi. Həmin anı sizinlə, Meksika, “Monterrey” və fanatlarımızla ən yaxşı halda necə bölüşmək olar?”


Serxionun nömrə seçiminə “Real” da reaksiya verib. İspaniya klubunun rəsmi saytında bu cümlələr yazılıb:

“Klubumuzun əfsanəsinin seçdiyi nömrə bizim 93-cü dəqiqəmizdi. Bizim tariximizi dəyişən o anın “Real”ın bütün azarkeşlərinə həsr edilməsidi”.


Madridlilərin italiyalı baş məşqçisi Karlo Ançelotti bu məqama zarafatyana münasibət bildirib və futbolçu həyatının 16 ilini keçirdiyi Ramosa Meksikada uğurlar diləyib:

“Düzünü desəm, onun nə üçün bu nömrəni seçdiyini bilmirəm (gülür). Amma Serxio əfsanədi, ona əbədi olaraq minnətdaram. Ramosa ən xoş arzularımı diləyirəm. Meksika onunla onunla həzz alacaq”.


“AS” ona “93”ü təklif etmişdi
İndi isə qısaca həmin finalı xatırlayaq. 2014-cü ilin finalı mayın 24-də Lissabon şəhərində keçirilirdi. “Atletiko” müdafiəçi Dieqo Qodinin 36-cı dəqiqədə vurduğu qolla Çempionlar Liqasında qələbəyə çox yaxın idi. Lakin Dieqo Simeonenin çalışdırdığı komanda əsas vaxtın sonuna bir neçə saniyə qalmış qələbəni və Çempionlar kubokunu əldən verdi. Daha dəqiq ifadə etsək, 90+3-cü dəqiqədə Ramos hələ də “Real”ın uğurları üçün tər tökən Luka Modriçin künc zərbəsi ilə asmasına başı ilə toxunaraq komandasını uçurumdan xilas etdi. Onun matçda qapıya endirdiyi ilk zərbəsi həlledici oldu. Serxio oyunu əla keçirən Qodini hava mübarizəsində qabaqlayaraq hesabı bərabərləşdirdi. “Real” 30 dəqiqəlik əlavə vaxtda Qaret Beyl, Marselo və Kriştiano Ronaldonun qolları ilə “Atletiko”ya 1:4 hesablı məğlubiyyətin böyük şokunu da yaşatdı.
Serxio əfsanələşən qolunu 2020-ci ilin mayında belə xatırlamışdı:

“Dəqiqə 92:48. Bizim tariximizi dəyişən həmin andan 6 il keçib. Bunu təkrarlamaqdan heç vaxt yorulmayacam. Bu hissdən heç vaxt yorulmayacam”.


Bir maraqlı məqamı da qeyd edək. “AS” finaldan dərhal sonra ona “93” nömrəni seçməyi təklif etmişdi. İspaniyanın populyar idman qəzetində yazılanları olduğu kimi nəzərinizə çatdırırıq:

“Ramosun forma nömrəsini dəyişmək məqamı yetişib. İndi ona “93” yaraşır. Ramos həmişə risk etməyə hazırdı. Tez-tez oyunun məsuliyyətini üzərinə götürür, hərçənd buna görə dəfələrlə tənqid olunub. Amma o, ürəyinin səsinə qulaq asarkən səhvlərə yol versə də, məsuliyyətdən əsla geri çəkilmir”.


Nəhayət, Serxio unudulmaz qolundan təxminən 11 il ötəndən sonra Avropadan çox-çox uzaqda – Meksikada “AS”ın təklifini müsbət cavabladı.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Fevral 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see645

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see346

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see327

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see239

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see237

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see235

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see234

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see227

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see223

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see219

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see219

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see219

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see218

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see217

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see215

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see213

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see213

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see212

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see210

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri