Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını açıqlayıb
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən qubernatorlar, hökumət üzvləri və diplomatlar gəliblər.
Oxu.Az -ın xəbərinə görə, bu barədə Ramzan Kadırov öz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, Rusiya baş nazirinin birinci müavini Denis Manturov və baş nazirin müavini Aleksandr Novak, Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Çayka, Rusiya Liberal-Demokrat Partiyasının sədri Leonid Slutski, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov, eləcə də digər regionların başçıları, dünya idmanının ulduzları, elm, mədəniyyət və din xadimləri Adam Kadırovu toyu münasibətilə təbrik etmək üçün gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 30 İyun 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















