Icma.az
close
up
RU
Raniyə əl Maşat: Misirdə Azərbaycan investisiyalarının, eləcə də ticarət mübadiləsinin həcminin artmasında maraqlıyıq

Raniyə əl Maşat: Misirdə Azərbaycan investisiyalarının, eləcə də ticarət mübadiləsinin həcminin artmasında maraqlıyıq

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qahirə, 24 noyabr, AZƏRTAC

Misirli nazir Raniyə əl-Maşat çıxışında Misir-Azərbaycan əlaqələrinin dərin köklərə malik olduğunu, ölkələr arasında dinamik və uzunmüddətli tərəfdaşlığın mövcudluğunu qeyd edib. Bildirib ki, ölkəsində Azərbaycan investisiyalarının, eləcə də ticarət mübadiləsinin həcminin artmasında maraqlıdır. Misirdə müxtəlif sahələrdə, xüsusilə turizm, xidmətlər, sənaye, tikinti, rabitə, kənd təsərrüfatı, İKT sahələrində 35 şirkət fəaliyyət göstərsə də, bu, Misirlə Azərbaycan arasındakı əlaqələrin həcminə uyğun deyil. özəl sektordakı imkanlardan istifadə edilməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Qahirədə Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə əl-Maşat Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin iştirakı ilə keçirilən Azərbaycan-Misir Biznes Forumunda çıxışında bildirib. Forum Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclası çərçivəsində baş tutub.

Misirli nazir əlavə edib ki, ölkəsi Azərbaycanla sənaye və texnologiya, xüsusilə də avtomobil sənayesi, toxuculuq, sement istehsalı, tibbi avadanlıqların hazırlanması sahələrində əməkdaşlığı genişləndirmək istəyir. Qeyd olunub ki, Misir yüksək istehsal imkanları olan sektorlarda əməkdaşlığa keçidi gücləndirən strateji tərəfdaşlıqları genişləndirmək istəyir.

Misir iqtisadiyyatının hazırkı vəziyyətindən danışan Raniyə əl-Maşat ötən maliyyə ilində 4,4 faiz inkişaf göstəricilərinə nail olunduğunu diqqətə çatdırıb.

Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri müştərək komissiyaların ölkələr arasında iqtisadiyyat, ticarət və investisiya sahələrində imkanların yollarının üzə çıxarılması və inkişafında beynəlxalq əməkdaşlıq mexanizmlərindən biri olduğunu qeyd edib. Misirdə münbit investisiya mühitinin formalaşdığını bildirən nazir Süveyş kanalı İqtisadi Zonası və digər investisiya və iqtisadi imkanlar haqqında danışıb.

Misirli nazir ölkəsi ilə Azərbaycan arasında tərəfdaşlığın dərinləşəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, bu gün, həmçinin Misirin planlaşdırma, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə əl-Maşatın və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin həmsədrliyi ilə Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclası keçirilib.

Ölkəmizi iclasda nazir Rəşad Nəbiyevin sədrliyi ilə geniş nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə iqtisadiyyat, gənclər və idman, mədəniyyət nazirlərinin müavinləri, eləcə də Xarici İşlər Nazirliyinin, AZPROMO-nun, Dövlət Turizm Agentliyinin, Ələt Azad İqtisadi Zonasının, Qida Təhlükəsizliyi Agentliyinin, Elm və Təhsil, Energetika və Kənd Təsərrüfatı Nazirliklərinin, KOBİA-nın, TƏBİB-in və SOCAR Trading-in məsul şəxsləri daxildir. Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov tədbirdə iştirak edib.

Səfər çərçivəsində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin ikitərəfli görüşləri planlaşdırılır.

Qeyd edək ki, Müştərək Komissiya 1994-cü il aprelin 7-də Qahirədə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb. Müştərək Komissiyanın beşinci iclası 2022-ci il fevralın 25-də Bakıda keçirilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri