Rasim Novruzovun 50 illik yubileyi qeyd olunmuşdur FOTOLAR
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən ,,Heydər Əliyev Prospekti 1A,,(Qobustan RİH-nın 1 saylı Yaşıllaşdırma İdarəsi) Ərazi Partiya Təşkilatının sədri Rasim Novruzovun 50 illik yubileyi münasibətilə onunla YAP Qobuatan rayon təşkilatının qərargahında görüş keçirilmişdir.
Məlumat üçün bildiririk ki, Rasim Novruzov 2024-cü ildə keçirilmiş parlament seçkilərində Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olmuşdur.
YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov səbəbkarla xeyli səmimi söhbət etmiş, qayğıları ilə maraqlanmış,sonra yubilyarı təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamışdır.
Görüşün sonunda Rasim Novruzova rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 50 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilmişdir.
Sonda çıxış edən Rasim Novruzov göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləmişdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 11 Dekabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















