Icma.az
close
up
RU
Milli Qəhrəman Şükür Həmidovun 50 illik yubileyi qeyd olundu FOTOLAR

Milli Qəhrəman Şükür Həmidovun 50 illik yubileyi qeyd olundu FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

01 aprel 2025-cü il tarixində, Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, " Konustitusiya və Suverenlik ili" çərçivəsində, Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda, 27 sentyabr 2020-ci il tarixində başladılmış Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda igidlik göstərərək qəhrəmancasına şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Həmidov Şükür Nəriman oğlunun 50 illik yubileyi münasibətilə tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Ceyhun Məmmədov, Tərtər rayon İcra Hakimiyyətinin müavini Zabil Paşayev, Hüquq-mühafizə orqanları, YAP rayon təşkilatının rəhbərliyi, Müdafiə Nazirliyinin əməkdaşları, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və qazilər, Milli qəhrəmanımızın döyüş yoldaşları, ailə üzvləri, yaxınları və ictimayyət nümayəndələri iştirak ediblər. 

II Fəxri Xiyabanda Şəhidimizin məzarı üzərinə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Tədbir Sumqayıt şəhər 28 May mədəniyyət evində davam etdirilib. 

Əvvəlcə tədbir iştirakçıları tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Milli Qəhrəmanımızın həyat yolundan bəhs edən video-çarx nümayiş olunub. 

Qubadlı Rayon İcra Hakimiyyəti başçısı Malik İsaqov  çıxış edərək bildirib ki, Sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmiş, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazanıb və tarixi ədaləti bərpa olunub. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf olub, ərazi bütövlüyümüz bərpa olunub. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşadıb. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirib. 

Tədbirdə digər çıxış edənlər şəhid Milli qəhrəmanımız Şükür Həmidov haqqında öz xatirələrini bölüşüblər.

30 ilə yaxın həsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunub. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 12 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazıblar. Şəhidlərimizin qisası alınıb, qanı yerdə qalmayıb.

Şəhid, Milli Qəhrəman Şükür Həmidovun qardaşı Əsəd Həmidov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlığını bildirib. 

Tədbirdə məktəblilərin ifasında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şerlər səsləndirildi. Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Qubadlı rayon nümayəndəliyi və tanınmış müğənnilərin ifasında muğam parçaları ifa olunub. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Aprel 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri