Icma.az
close
up
RU
Rauf Arifoğlu: Ayaz Salayevə xüsusi təşəkkür düşür, o olmasaydı... GÜNDƏM MÜSAHİBƏSİ

Rauf Arifoğlu: Ayaz Salayevə xüsusi təşəkkür düşür, o olmasaydı... GÜNDƏM MÜSAHİBƏSİ

Bakivaxti-dan alınan məlumata görə, Icma.az xəbər verir Rauf Arifoğlu: Ayaz Salayevə xüsusi təşəkkür düşür, o olmasaydı... GÜNDƏM MÜSAHİBƏSİ.

Bakıvaxtı.az-ın “Düzünə qalsa” rubrikasının qonağı “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğludur. 

Onunla müzakirəni təqdim edirik:  

Ayaz Salayev yaddaşımda milli kimliyi, torpağına bağlılığı olan bir insan kimi qalıb

- Kinorejissor, kinoşünas və ssenarist Ayaz Salayevin “Rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir” yanaşmasından sonra Azərbaycanda rus dilinin geniş arealda tədrisi, rusdilli məktəblərin sayının çoxluğu və Türk dilinin Azərbaycan dilinə basqısı sualları ətrafında fikir çəkişmələri aparılır. Bu məsələyə sizin yanaşmanız necədir və bu müzakirədə "qızıl orta"nı necə tapmalı?

- Əvvəla, mənə elə gəlir ki, Ayaz Salayevə xüsusi təşəkkür düşür. O bu məsələni açıq şəkildə müzakirəyə çıxarmaqla, daha sonra isə mövqeyindən geri çəkilməməklə, cəmiyyətdə ciddi debatların yaranmasına cəmiyyətin xəritəsinə nəzər salmamıza şərait yaratdı. Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişaf istiqamətini və cəmiyyətin dərinliklərində Rusiyaya münasibətin xarakterini görə bildik.  

Mənim Ayaz Salayevə şəxsi münasibətim nə pisdir, nə də çox yaxşıdır. Mən onu Şuşada lentə almışam - 2021-ci ilin mayında, Xarıbülbül festivalında. Cıdır düzünə ilk addımlarımızı atarkən, onun necə hönkür-hönkür ağladığını təsadüfən qeydə almışam. Bu mənzərə mənim üçün unudulmazdır. Ayaz Salayev yaddaşımda, gözümün qarşısında milli kimliyi, torpağına bağlılığı olan bir insan kimi qalıb.

Ancaq Ayaz Salayev rus dilində təhsil aldığı, rus mədəniyyətini sevib ona bağlı olduğu üçün bu gün də öz düşüncələrində həmin mədəniyyətin təsiri altında qalır. O, milli dəyərlərimizin keşiyində dayanan biri olmasa da, bu mövzunu açaraq, millətimizin içindəki milli şüurun dərinliyini ortaya çıxardı. Azərbaycanda hər yaş kateqoriyasına aid insanların dilimiz, mədəniyyətimiz və milli kimliyimizə nə qədər bağlı olduğunu açıq şəkildə görmək imkanı yaratdı.

Bütün bu müzakirələr göstərdi ki, biz dayanıqlı bir xalqıq. Biz başqa mədəniyyətlər içində ərimədik, əriməyəcəyik və gələcək nəsillərimiz də heç bir zaman assimilyasiyaya uğramayacaq.

- Azərbaycanda mövcud olan rusdilli məktəblərin sayı digər region ölkələri ilə müqayisədə çoxdur. Bu, hər hansı bir təhlükə, təhdid vəd etmirmi?

- Bəli, rusdilli məktəblər Azərbaycanda həddən artıq çoxdur. Amma burada bir məqamı nəzərə almaq lazımdır.

- Hansı məqamı?

- Azərbaycan xalqı Rusiyadan tarixən çox böyük zərbələr alıb. Bu gün Rusiya təkcə qonşuları üçün yox, bütün dünya üçün təhlükə mənbəyidir. O, modern dünyada daimi gərginlik, qan-qada və təhdid amilidir. 

Azərbaycan dövlətinin və dövlətçilik ənənələrinin, atributlarının ilk quruluş dövrünə (1918-1920) və son 35 illik müstəqillik tarixinə baxsaq, Rusiyanın bizim üçün nə demək olduğunu görə bilərik: 1 saylı və qorxunc təhdid! Məhz bu səbəbdən, məhz bu tarixi dərsi nəzərə alaraq, Azərbaycan dövlətinin Rusiyaya qarşı siyasəti həssas və diqqətli olmalıdır.

Rus dilinə və rus məktəblərinə bu qədər geniş imkan yaradılmasının bir səbəbi də Rusiyanın Azərbaycana düşmən münasibət sərgiləməsinin qarşısını almaqdır. Yəni biz "Rus ayısı"nın diqqətini çəkməmək, onu təxribata sürükləməmək üçün müəyyən kompromislərə getmişik. Bu baxımdan, "Azərbaycanda rus məktəbləri" təkcə dil məsələsi deyil, milli təhlükəsizlik məsələsidir, sağqalma texnologiyasıdır, siyasi gedişdir...

İndi Ermənistan dövlətçiliyinin özü ciddi sual altındadır

- Bu məsələdə Ermənistandakı proseslər də bizim üçün bir nümunə, bir dərs statusunda ola bilərmi?

- Ermənilər və Ermənistan uzun illər Rusiyaya sadiq müttəfiq olub. Ermənilər və erməni kilsəsi, daha sonra isə dövlət deyilən təsisat Rus Çarlığından SSRİ-yə, oradan da bu günə qədər Kremlin ən yaxın aləti, bölgədəki maşalarından biri kimi tanınıb. Lakin son illərdə (2018-ci ildən) Ermənistanın Rusiyaya münasibəti kəskin dəyişdi. Kollektiv Qərb (ABŞ və Fransa) özünə orada bir zümrə yarada, onu öncə mətbuata, daha sonra isə siyasətə uğurla peyvənd edə bildi. Daha sonra isə iqtidara gətirməyi bacardı...

- Paşinyanın Rusiyadan uzaqlaşıb Qərb orbitinə yaxınlaşması niyyəti Ermənistan üçün nə ilə nəticələndi?

- Paşinyanın ifasındakı rəsmi İrəvan Rusiyanı gözdən salmağa, əhəmiyyətsizləşdirməyə başladı; rus dilinə təzyiqlər artdı, Rusiyanın təsirini zəiflətmək üçün addımlar ciddi atıldı... Nəticə isə göz qabağındadır - Putin Rusiyası Ermənistandan dəstəyini çəkdi və Ermənistan tarixində ilk dəfə olaraq tamamilə tək qaldı… Rusiyanın Ermənistanı tək buraxması, onun yerinə əvvəlki kimi döyüşməməsi Azərbaycana fürsət yaratdı; proses Qarabağın azadlığı ilə nəticələndi... 200 ildən sonra ilk dəfə Moskva kiçik bir zaman kəsiyində erməniləri dəstəkləməkdən imtina etdi, nəticələrə özünüz bir baxın. İndi  Ermənistan dövlətçiliyinin özü ciddi sual altına düşüb.

- Rəsmi Bakı yaranmış tarixi fürsəti fövtə vermədi…

- Bəli, Azərbaycan iqtidarı bu proseslərdə hər addımını dəqiqliklə hesabladı və düzgün siyasi oyun qura bildi. Azərbaycan Rusiyaya qarşı Ermənistanın buraxdığı qaba səhvləri təkrarlamadı, əksinə, bu durumdan istifadə edərək, həssas siyasət apararaq, yeni strategiya qurdu. Rusiyanı işğalçı Ermənistanla aramızdan çəkə bildi və biz savaşaraq Qarabağı azad etdik; eyni zamanda Rusiya ilə münasibətləri balanslı şəkildə qoruyaraq milli maraqlarımızı təmin etdik. Bu baxımdan, rus məktəblərini Qarabağ uğrunda yürüdülən möhtəşəm siyasətin mühüm bir elementi saymaq olar. Burada da nəticə göz önündədir. Hazırda isə biz yeni mərhələyə keçmişik.

- Söhbət hansı mərhələdən gedir, detalları aça bilərsinizmi?

 - Yəni Rusiyanın Azərbaycana təsir imkanlarının yeni balansını yaradırıq. Yuxarıdakı suala qayıtsaq... Azərbaycan dilini qorumaq, milli kimliyimizi gücləndirmək və rus dilinin Azərbaycandakı yerini düzgün tənzimləmək üçün balanslı siyasət aparılmalıdır. Rusdilli məktəblərin sayını tədricən azaltmaq və onları daha çox seçici hala gətirmək lazımdır. Rus dilini öyrənmək istəyənlərə imkan yaradılmalı, lakin bu, Azərbaycan dilinin əleyhinə çevrilməməlidir. Bununla paralel, Anadolu türkcəsi ilə Azərbaycan dilinin (türkcəsinin) inteqrasiyası aparılmalıdır. Beləliklə, Ayaz Salayevin məlum çıxışı göstərdi ki, Azərbaycan xalqı milli kimliyini qorumaqda barışmazdır. Bizim hədəfimiz nə rus dilindən tam imtina etmək, nə də onu üstün mədəniyyət kimi qəbul etməkdir. Biz öz mədəniyyətimizi, dilimizi və milli mənsubiyyətimizi heç bir gücün təzyiqi altında itirməyəcəyik.

- “Rus evi” və “Sputnik” informasiya agentliyinin bağlanması Rusiya-Azərbaycan münasibətlərini böhrana sürükləyərmi?

- Fikrimcə, “Rus evi” və “Sputnik” agentliyi çoxdan bağlanmalı idi. Bu, Azərbaycanın informasiya və siyasi məkanını xarici təsir agentlərindən qorumaq üçün gecikmiş addımdır. “Sputnik” agentliyi erməni əsilli Kremlin təbliğatçılarına bağlı idi və onun Azərbaycanda fəaliyyət göstərməsi absurddur. İndiyə qədər rəsmi Bakı Rusiyanın Azərbaycana təhdid yaratma ehtimalını nəzərə alaraq, ehtiyatlı siyasət yürüdüb. Lakin Azərbaycan artıq yeni strateji mərhələyə keçib. Birincisi, Qarabağ azad edilib, Rusiya sülhməramlıları ölkədən çıxarılıb. İkincisi, Rusiya zəifləyib, onun beynəlxalq gücü Ukrayna müharibəsi ilə tükənməkdədir. Buna görə də Azərbaycan artıq Rusiyanın maraqlarını nəzərə alaraq dözümlü davranmaq məcburiyyətində deyil. “Rus evi” və “Sputnik”in bağlanması, dekabrın 25-də Azərbaycan təyyarəsinin vurulmasından sonra başlayan yeni münasibətlər sisteminin bir hissəsidir. Bu, doğru addımdır və Azərbaycan bundan sonra da milli maraqları çərçivəsində xarici təsir mərkəzlərinə nəzarət etməlidir.

Rusiya Azərbaycana qarşı işğalçı planlar qura biləcək durumda deyil

- Gürcüstan və Ukraynadan sonra Rusiyanın hədəfi Azərbaycan ola bilərmi?

- Məncə, Rusiya artıq imperialist ambisiyalarını həyata keçirmək gücündə deyil. Putinin başlatdığı avantüra xarakterli Ukrayna müharibəsi, Rusiyanı tükətməklə yanaşı, şərqi slavyan xalqlarının parçalanmasına, əbədi düşmənçiliyinə və Rusiyanın beynəlxalq mövqelərinin sarsılmasına səbəb olub. Bəzi iddialara görə, Tramp Putin üçün yeni imkanlar açacaq və Rusiya güclənəcək. Lakin bunu da mümkün saymıram, ABŞ, Kollektiv Qərb Trampdan ibarət deyil. Ukrayna müharibəsi Rusiyaya ağır zərbə vurdu və Moskvanın yeni ekspansiya cəhdləri uzun müddət qeyri-mümkün olacaq.

- Bunu hansı amillərlə əsaslandırırsınız?

- Birincisi, Rusiya Ukraynadakı məqsədlərinə çatmadı və güclü, əbədi bir düşmən qazandı. İkincisi, slavyan birliyini qurmaq planı fiaskoya uğradı və nəticədə materikdə türk dünyasının güclənməsi üçün yeni imkanlar açıldı. Bu kontekstdə Rusiya Azərbaycanı işğal etməkdən çox, Türkiyə və Azərbaycanla əməkdaşlığa məcbur qalacaq. Artıq Rusiya hegemon güc kimi geri çəkilməkdədir və bundan sonra regional siyasətdə daha çox balanslı yanaşmalara üstünlük vermək məcburiyyətindədir.

Rusiya Azərbaycana qarşı işğalçı planlar qura biləcək durumda deyil, əksinə, Azərbaycan və Türkiyənin güclənən mövqeyi ilə hesablaşmaq məcburiyyətindədir.

Ermənistanla sülh müqaviləsini imzalamağa tələsmək lazım deyil

- Rauf bəy, Azərbaycan-Ermənistan münasibətlərinə də diqqət çəkək. Ermənistanla yekun sülh və Zəngəzur dəhlizinin açılmasına yol görünürmü?

- Ermənistanla sülh müqaviləsini imzalamağa tələsmək lazım deyil. Sülh sazişi öhdəliklər deməkdir və indiki şəraitdə bu, Azərbaycanın manevr imkanlarını məhdudlaşdıra bilər. Eyni zamanda, müqavilə fərqli güclərin qarantor amil kimi iştirakını da ortaya çıxaracaq və hazırda bizə belə bir müsabiqə lazım deyil. 

Keçmişdə sülh müqaviləsinin tez imzalanması Azərbaycanın Xankəndi və digər strateji əraziləri tam azad etməsinə mane ola bilərdi. Bu gün də Azərbaycanın əsas məqsədi Ermənistanı tam şəkildə mövqeyini dəyişməyə məcbur etməkdir.

- Rəsmi Bakı buna nail ola biləcəkmi?

- Ermənistan hazırda Azərbaycanın tələblərini qəbul etməyə məcburdur. Konstitusiya islahatları üçün referenduma gedəcək, Azərbaycanın ərazi bütövlüyünü rəsmən və bütün xalq olaraq səsvermə yolu ilə tanıyacaq. Türkiyə və türk dünyasına qarşı “soyqırımı” iddialarından imtina edəcək. İşğalçı və aqressiv qonşu statusundan çıxaraq, normal diplomatik münasibətlər qurmaqda özü maraqlı olacaq. Zəngəzur dəhlizi məsələsi də sülh müqaviləsinin bir hissəsi kimi deyil, ayrıca müstəvidə həll olunmalıdır. Ermənistan dəhlizin açılmasına formal razılıq verib, lakin icra prosesini sülh müqaviləsinə bağlamağa çalışır. Hesab edirəm ki, proses rəsmi açıqlamalardan daha irəlidədir və Zəngəzur dəhlizi yaxın zamanlarda fəaliyyətə başlayacaq.

Rusiya da, Ukrayna da Trampın ağzından çıxan kəlmələrə möhtac duruma düşüb

- Hazırda qlobal siyasi məkanda aktual olan, analitiklərin daha çox dartışdığı məsələ ABŞ lideri Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasındakı münasibətlərin həlimləşməsi, Trampın Ukrayna prezidenti Volodimir Zelenskinin ünvanına ittihamçı mövqedə dayanmasıdır. İddialara görə, supergüclərin yaxınlaşması siyasi oxların, baxışların uclarını Ukraynanın uduzması və ya uduzdurulması hədəfinə tuşlayır. Sizcə, bu, doğru yanaşmadırmı?

- Bu sualın cavabına Ukrayna-Rusiya müharibəsinin ümumi nəticələrindən başlamaq istərdim. Bu müharibədə təkcə Ukrayna deyil, Rusiya da uduzdu və hər iki tərəf ağır məğlubiyyət, çöküş yaşayır. 

- Ukrayna üçün bu məğlubiyyət nə deməkdir?

- Birincisi, dövlət dağıldı və parçalandı. İkincisi, sürətli inkişaf perspektivini itirdi, xarici asılılıq daha da dərinləşdi. Üçüncüsü, ABŞ və Qərbin yardımlarına tam möhtac vəziyyətə düşdü. Dördüncüsü, milyonlarla gənc əhali dünyaya səpələndi. 

- Bəs Rusiya üçün bu məğlubiyyət nə deməkdir?

- Öncə qeyd edim ki, şimal qonşumuz qlobal güc statusunu itirdi, beynəlxalq izolyasiya ilə üzləşdi. Bundan başqa, Putin dövrü başa çatmaq üzrədir və Rusiya daxilində sabitlik ciddi şəkildə sarsılıb. Üstəgəl, Moskvanın təsir dairəsi sürətlə daralır, keçmiş sovet respublikaları Rusiyadan uzaq durmağa çalışır. Kremlin qurduğu formatlar (MDB, KTMT, Avrasiya İttifaqı) dağılmağa məhkumdur. 

- Belə görünür, müharibənin ən böyük qalibi isə ABŞ oldu. Niyə? 

- Çünki həm Ukraynanı, həm də Rusiyanı öz nəzarətinə aldı. Hər ikisi Trampın ağzından çıxan kəlmələrə möhtac duruma düşüb. Eyni zamanda ABŞ Avropanı zəiflətdi və onu Vaşinqtona daha da möhtac hala saldı. Trampın Putini yumşaq sözlərlə tərifləməsi və Zelenskini ittiham etməsi məhz bu qalib mövqedən irəli gəlir. Onun davranışları, əslində, müharibənin nəticələrindən öz xeyrinə maksimum istifadə etməyə çalışan bir güc mərkəzi liderinin addımlarıdır. O, Putini tərifləməklə Rusiya üzərində birbaşa nəzarət rıçaqları yaradır, Zelenskini günahlandırmaqla isə Ukraynanı daha böyük güzəştlərə məcbur etmək istəyir.

Bu gün ABŞ artıq həm Rusiyanı, həm də Ukraynanı öz əlində oyuncağa çevirib. Trampın bu sərt və amansız ritorikası da məhz bundan qaynaqlanır.

- Bu müharibənin ikinci qalibi Çindir...

- Rusiyanın zəifləməsi və ABŞ-nin Avropanı nəzarətə götürməsi Çin üçün yeni imkanlar açdı. Pekin indi Moskva üzərində dominant mövqeyə sahibdir və Rusiyanı özünə daha da yaxınlaşdırıb.

- Bu proseslərdə qardaş Türkiyə harada qərarlaşıb?

-Türkiyə bu müharibədən öz regional gücünü möhkəmləndirərək çıxdı. Yəni Suriya və Yaxın Şərqdə daha fəal rol aldı. NATO daxilində müstəqil siyasət yürütmək imkanını artırdı. 

- Sözügedən müharibə sanki rəsmi Bakının da “əlinə oynamış oldu”…

- Azərbaycan da bu proseslərdən maksimum faydalanaraq öz milli maraqlarını təmin etdi. Qarabağın tam azad olunması və Rusiya sülhməramlılarının çıxarılması təmin edildi. Rusiyanın Cənubi Qafqazda təsir dairəsi zəiflədikcə, Azərbaycan daha sərbəst siyasi manevr imkanına sahib oldu. Ermənistanın arxasında duran Qərb güclərinin zəifləməsi nəticəsində Bakı İrəvan üzərində daha böyük təzyiq qurmaq imkanı qazandı.

- Ukrayna müharibəsi ilə Ermənistan nələr itirdi, nələr qazandı?

- Ermənistan bu müharibənin dolayı məğlublarından biri oldu. Çünki Qərbin zəifləməsi və Avropa və ABŞ arasında daxili problemlərin yaranması Ermənistanı daha da çarəsiz hala saldı. Bundan əlavə, Paşinyan hökuməti Qərbdən dəstək gözləyirdi, amma Trampın Ukrayna və Avropaya münasibəti göstərdi ki, Ermənistan da asanlıqla tərk edilə bilər. Bu mənada ki, Ermənistan indi nə Qərbdən, nə Rusiyadan real dəstək ala bilir və mövcud vəziyyət onu Azərbaycan və Türkiyə ilə məcburi barışığa aparır. Ümumi mənzərəyə baxsaq, Ukrayna təkcə Rusiyaya yox, həm də Qərbə məğlub oldu. Ona görə ki, müharibə Ukraynanın maraqlarına deyil, ABŞ və Qərbin strateji planlarına xidmət etdi. Eyni zamanda Avropa da bu müharibədə zəiflədi və Vaşinqtondan daha çox asılı oldu. Rusiya da öz imperiya ambisiyalarını yerinə yetirə bilmədi və ağır zərbə aldı. Bütün bunların fonunda Azərbaycan və Türkiyə isə strateji olaraq mövqelərini gücləndirdi və regionda daha dominant oyunçuya çevrildi. Ona görə də, bu müharibənin nəticəsini “Ukrayna uduzdu” yox, “böyük güclər arasında yeni qaydalar formalaşdı” kimi qiymətləndirmək daha doğrudur.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:21
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see363

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see170

Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya düşdü

21 Fevral 2025 20:09see134

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see118

Xarici brendlərin Rusiyaya qaytarılması üçün şərtlər...

21 Fevral 2025 21:35see111

Həkimlər də şoka düşdü: Ağ ata anadan qara körpə doğuldu

21 Fevral 2025 03:31see111

Ağrı hissini nəyin artırdığı ortaya çıxdı

21 Fevral 2025 07:16see111

Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI

21 Fevral 2025 21:47see110

Güclü qar səbəbindən təhsil dayandırılıb

21 Fevral 2025 03:02see110

Xarici İşlər Nazirliyi Xocalıda baş vermiş mina partlayışına münasibət bildirib

21 Fevral 2025 21:43see109

Aİ ölkələri Rusiyadan nə qədər qaz alır? RƏQƏMLƏR KONKRET

21 Fevral 2025 17:47see109

Zoğal bu infeksiyanın qarşısını alır

21 Fevral 2025 20:14see109

Cəbhədə və masada...

21 Fevral 2025 09:38see108

Türkiyə ordusunun İraqda bir hərbçisi şəhid olub

21 Fevral 2025 11:05see108

Şəhid oğlu olan bu məşhurun toyudur Fotolar

21 Fevral 2025 21:39see108

Su borusu partladı, maşınlar buz bağladı VİDEO

21 Fevral 2025 16:51see108

Qvardiola: “İstənilən komanda ilə rəqabət apara bilərik“

21 Fevral 2025 20:20see107

Çində insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar edilib

21 Fevral 2025 13:58see106

İtaliya çempionunda ağır itki Uzun müddət oynamayacaq

21 Fevral 2025 09:40see106

Netanyahudan əmr: Böyük antiterror əməliyyatı başlayır...

21 Fevral 2025 09:20see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri