Rauf Məmmədov: “Teymurla oyundan sonra iki gecə yatmamışam, şokdayam”
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
"Düşünürəm ki, bu çempionluq mənim növbəti uğurlu nəticələrimi də gətirəcək".
Bunu İdman.biz-ə şahmat üzrə Azərbaycan çempionatının qalibi Rauf Məmmədov deyib.
Yarımfinada millinin liderindən Teymur Rəcəbovu, finalda reytinqinə görə ölkənin ən güclüsü Şəhriyar Məmmədyarovu məğlub edən 37 yaşlı qrossmeyster qələbə təəssüratlarını bölüşüb. O etiraf edib ki, Azərbaycan şahmatında ilk dəfə olaraq bütün aktiv şahmatçıların qatıldığı yarışda titul qazanmaq onun üçün gözlənilməz olub: "Düzü, hələ də şokdayam. Ona görə də nəsə xüsusi bir hiss keçirdiyimi deyə bilmərəm. Teymurla oyundan sonra isə iki gecə yatmamışam. Çox çətin yarış idi, bundan sonra ancaq istirahət etmək istəyirəm".
Azərbaycan çempionu yarımfinalın daha çətin keçdiyini vurğulayıb: "Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov bizim irəlidə gedən şahmatçılarımızdır. Teymura qalib gəldikdən sonra çempion olacağıma dair bir hiss gəldi, ancaq Şəhriyarı yenə də favorit sayırdım. Hətta deyərdim ki, son ana qədər qalib gələcəyimə inanmırdım. Şükür Allaha ki, bəxtim gətirdi".
Qeyd edək ki, Məmmədov Məmmədyarova tay-brekdə qalib gəlib. Bu, onun 6-cı Azərbaycan çempionluğu olub.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 Fevral 2025 22:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















