Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Ravvinlər Ankarada toplaşa bilər, Bakıda yox? Türkiyə mediası həddini aşır

Ravvinlər Ankarada toplaşa bilər, Bakıda yox? Türkiyə mediası həddini aşır

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Son günlər Türkiyə mediası yenə Azərbaycanı hədəf alıb.

Əslində hədəfdə tək Azərbaycan deyil, illərin sınağından çıxmış Azərbaycan-Türkiyə münasibətləridir. Türkiyədə bəzi güclər sanki "Bir millət, iki dövlət" şüarına qənim kəsiliblər. 

Bir neçə ay əvvəl, İsrail-İran qarşıdurması zamanı da qardaş ölkənin bəzi media resursları Azərbaycana qarşı açıq-aşkar propaqanda həyata keçirir və yalan məlumatlar yayırdılar.

Proses bu gün də davam edir...

Azərbaycana qarşı aparılan kampaniyanın səbəbi nədir?

Bu dəfə isə mövzu Avropa Ravvinlər Bakı Konfransıdır.

Xəbər verildiyi kimi, 3-6 noyabr tarixlərində Bakıda keçiriləcək bu tədbirdə təxminən 600 nəfərin - dini liderlərin, siyasətçilərin və ravvinlərin, o cümlədən Davud Yosef və Kalman Berin, habelə İsrail nazirlərinin - Amihay Şikli və Amihay Eliyahunun iştirakı planlaşdırıldı.

Bu gün İsrail tərəfi həmin tədbirin ləğv olunduğunu açıqladı.

Lakin buna baxmayaraq Türkiyə mediası susmur. Yazırlar ki, guya bu tədbir "müsəlman həmrəyliyinə zərbədir".

Xatırlatma...

Milli.az saytı yazır ki, 2021-ci ildə İstanbulda İslam Ölkələri Ravvinlər İttifaqının ilk toplantısı keçirilmişdi. Türkiyə yəhudi icmasının dəvəti ilə müsəlman ölkələrinin ravvinləri İstanbulda toplanmışdılar. İstanbula 14 ölkədən, o cümlədən Rusiyadan nümayəndələr gəlmişdi. Tədbirdə Türkiyənin rəsmi şəxsləri də iştirak edirdi. Daha sonra nümayəndə heyəti Ankaraya getdi. Və diqqət edin - ravvinləri qarşılayan sıradan bir məmur yox idi. Onları şəxsən Türkiyə prezidenti Ərdoğan qarşıladı.

Cənab Ərdoğan ravvinlərlə görüşündə demişdi: "İslam Ölkələri Ravvinlər İttifaqının saygılı mənsubları, Türkiyədəki yəhudi toplumunun qiymətli üzvləri, dəyərli qonaqlar... Sizi ən səmimi duyğularımla salamlayıram. Prezident Sarayına, millətin evinə hamınız xoş gəlmisiniz. Sizinlə bir araya gəlməkdən böyük məmnuniyyət duyuram. Sizin şəxsinizdə öz vətəndaşlarımızla birlikdə bütün yəhudiləri şəxsən öz adımdan və millətim adından səmimiyyətlə salamlayıram".

Bu, sadəcə protokol yox, siyasi mesaj idi. Sadə dildə desək: "Xalqın evinə xoş gəlmisiniz. Sizin simanızda bütün yəhudiləri - həm prezident, həm də xalqım adından - ürəkdən salamlayıram". Yəni Türkiyə kimi müsəlman ölkəsinin məşhur və nüfuzlu yəhudi din xadimlərinə deyirdi siz burada yad deyilsiniz, siz bu evin hörmətli qonağısınız.

Ərdoğan o vaxt daha bir mühüm fikir səsləndirmişdi: Ankara bölgədə müxtəlif din və mədəniyyətlərin dinc yanaşı yaşadığı bir mühit görmək istəyir; Türkiyə İsraillə münasibətlərin inkişafında maraqlıdır; Fələstin məsələsində fikir ayrılığı olsa da, Türkiyə və İsrail arasında iqtisadi, ticarət və turizm əlaqələri normal axarla davam edir və hər iki tərəfə fayda gətirir. Bu, emosiyasız, praqmatik və realist bəyanat idi.

Və indi diqqət edin. O vaxt da Qəzzada qan axırdı. Fələstinlilər ölürdü. Fələstin məsələsi heç yerə itmirdi, blokada, itkilər, dövlət qurmaq imkanının əlindən alınması - hamısı artıq vardı. Sadəcə bugünkü miqyasda deyildi. Bu faciə dünən yaranmayıb.

Amma həmin fonunda Türkiyə İsraillə yalnız diplomatik nəzakət nümayiş etdirmirdi. Münasibətlər dərin, çoxşaxəli və konkret sahələr üzrə qurulurdu: hərbi əməkdaşlıq, texnologiya, ticarət, turizm, logistika, enerji, infrastruktur. İki ölkə arasında biznes əlaqələri yüksək səviyyədə idi. İsrail Türkiyənin əsas ticarət tərəfdaşlarından biri idi, Türkiyə də İsrailin ilk beş ticarət tərəfdaşı arasında yer alırdı. Həcm milyardlarla dollar idi - konkret rəqəmlərlə, real təchizat zəncirləri ilə, emosiyasız iqtisadi reallıqla.

Bəs yaxşı, o vaxt Türkiyə mediasında, xüsusilə də indi Bakını tənqid edən mətbuat orqanlarında kim çıxıb deyirdi ki, "Fələstin qan içindədir, amma Ankara Təl-Əvivlə ticarət edir"? Heç kim. Səssizlik. Televiziya efirlərində sükut. Qəzetlərin baş səhifələrində - susqunluq. İndi isə həmin ağızlar birdən-birə "ədalətli qəzəb"lə yanır, çünki məsələ Azərbaycana aiddir.

Azərbaycan elə bir ölkədir ki, burada yəhudi icmaları əsrlər boyu yaşayır; dağ yəhudiləri bu torpaqda qonaq kimi yox, cəmiyyətin ayrılmaz hissəsi kimi tanınır; sinaqoqlar muzey ekspozisiyası kimi deyil, canlı ibadət və icma məkanları kimi fəaliyyət göstərir. Azərbaycanda insanlara dini mənsubiyyətinə görə əl qaldırmaq adət deyil. Bu, təbliğat şüarı deyil - nəsillərin böyüdüyü real həyatdır.

Belə məqamda Azərbaycan tam mənəvi haqqla deyir: biz kiminsə daxili siyasi oyununun dekorasiyasına çevrilmək məcburiyyətində deyilik. Bizim adımız və nüfuzumuz kiminsə türk teleefirində reytinq toplamaq səhnəsinə çevrilməyəcək. Biz, dünən susmaq onlara sərf edəndə susan, bu gün isə qışqırmaq sərf edəndə qışqıran peşəkar riyakarlara öz reputasiyamızı qurban verməyəcəyik.

Bəli, Azərbaycan hər zaman Türkiyə ilə qardaşlıqdan danışacaq. Bu, tariximizin bir hissəsidir, kimliyimizin təməlidir. Amma qardaşlıq - qamçı deyil. Qardaşlıq qarşılıqlı hörmətdir. Bu, Ankaranın öz maraqları olduğu kimi, Bakının da öz maraqları olduğunu anlamaq deməkdir. Və bizdə yetərincə yaddaş var ki, deyək: biz Türkiyənin maraqlarına hörmət etmişik, hətta bu, bizə acı gələndə belə. İndi isə maraqlarımıza hörmət etməyin vaxtıdır - şantajsız, isterikasız, böhtansız.

Bakı bir həqiqətin çox aydın dərk olunmasını istəyir: Azərbaycan müstəqil dövlətdir. Daxili siyasətini özü müəyyən edir. Xarici siyasətini də özü qurur. İstanbul mediasındakı bir neçə aqressiv köşə yazısı, bir neçə isterik televiziya efiri, bir-iki "reportyor-bloqer"in küçə şouları Azərbaycanın siyasi kursunu dəyişə bilməz. Bu, sadəcə səsdir. Studiya işığının qızmar istiliyi qədər təsirsiz səs.

Azərbaycan mediası uzun müddət türk həmkarlarına qarşı diplomatik zəriflik sərgilədi. Bəlkə də çox uzun müddət. Bəlkə də hörmətdən. Bəlkə də ümumi tarix, ümumi qan, ümumi zəfər borcundan. Amma Azərbaycanı sistemli şəkildə hədəfə alan, gündəlik diffamasiya texnologiyasına çevrilmiş kampaniya başlayanda, bu səssizlik dövrü bitir.

Çünki Bakının cavabı var. Və o cavab səslənəcək.

Və o zaman Ankarada bir çoxlarına çox xoş olmayan xatirələr yada düşəcək - Sürix protokolları, "futbol diplomatiyası", o illər ki, türk biznesi Ermənistanda özünü evdəki kimi hiss edirdi, halbuki azərbaycanlıları doğma torpaqlarından qovurdular və öldürürdülər. Xatırlamaq ağır olacaq ki, Türkiyədə illərlə anti-Azərbaycan təbliğatı aparan, "biz hamımız erməniyik" şüarını informasiya gündəminə çevirən strukturlar sərbəst işləyirdi. Ağrılı olacaq xatırlamaq ki, türk mediası İsraillə milyard dollarlıq ticarət əlaqələrini susqunluqla keçirdi, indi isə nədənsə "müsəlman dünyasının vicdanı" obrazına girərək Azərbaycana dərs keçməyə çalışır.

Buradan çıxan nəticə təkcə siyasi deyil - mənəvi yetkinlik göstəricisidir. Əgər danışmağın zamanı gəlibsə, danışaq. Amma danışmaq qardaşlığı sarsıtmaq demək deyil. Danışmaq - qardaşlığı parazitlərdən təmizləmək deməkdir.

Azərbaycan qardaşlığın da, dostluğun da, müstəqilliyin də qiymətini çox yaxşı bilir.

Azərbaycan mediasının rolu...

Xüsusi olaraq qeyd edək ki, Azərbaycan mediasında Türkiyəyə qarşı hər hansı bir neqativ informasiya yayılanda qardaş ölkə buna çox həssas yanaşır və bu məlumatları inkar edərək dezinformasiya adlandırır, qarşısının alınması üçün tələblər irəli sürür. 

Hətta qardaş Türkiyə təmsil olunduğu ölkələrdə dezinformasiyalarla mübarizə aparmaq üçün səfirlikləri və diplomatları da səfərbər edib. Əgər Türkiyə barədə hər hansı yanlış və ya dezinformasiya xarakterli məlumat yayılırsa, bu ölkənin Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi təkzib verir və həmin məlumatın digər ölkə medialarında yayılması da təşkil olunur.  

Təəssüflə qeyd etməliyik ki, biz bu dəstəyi və aktivliyi qardaş ölkədən görmürük. İstər İsrail-Fələstin münaqişəsi zamanı, istər İsrail-İran toqquşmasında, istərsə də sonuncu məslədə Türkiyə mediasında Azərbaycan-İsrail münasibətləri fonunda yalan və böhtan xarakterli informasiyalar yayılmaqdadır. Lakin nədənsə qardaş Türkiyənin aidiyyəti qurumları bu məsələdə həssaslıq nümayiş etdirmirlər və yayılan dezinformasiyaların qarşısının alınması üçün heç bir əməli tədbir görmürlər. 

Son günlər qardaş Türkiyə mediasına nəzər saldıqda görürük ki, sanki erməni telegram kanallarla birləşib İsrail mövzusunda Azəbaycana qarşı qərəzli məlumatlar yayırlar. Təbii ki, qardaş ölkənin mediasında yayılan bu dezinformasiyalardan ən çox istifadə edənlər ermənilərdir. Onlar yaranmış vəziyyətdən öz mənafeləri üçün yararlanırlar.

Bunun səbəbləri bizə məlum deyil, amma Azərbaycanda, ölkəmizin media məkanında Türkiyə haqqında hər hansı neqativ məlumat və materialın yayılmasını təsəvvür edə bilmədiyimiz halda, qardaş ölkənin mediasında anti-Azərbaycan əhval-ruhiyyəsinin mövcudluğu və rəsmi dairələrin buna susqunluğu düşündürücüdür...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see363

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see317

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see283

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see259

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see256

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see247

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see236

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see230

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see228

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see226

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see210

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see209

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see206

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see203

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see202

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see201

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see198

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see197

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see187

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri