Razi Nurullayev: “Azərbaycan öz sözünü Avropada daha fəal deməlidir”
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycanın Avropa təşkilatlarında iştirakı ilk növbədə öz mövqeyimizi birbaşa ifadə etmək və milli maraqlarımızı müdafiə etmək baxımından vacibdir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Azərbaycanın Avropa platformalarındakı fəaliyyət prinsipini şərh edərkən deyib.
O qeyd edib ki, biz orada kiminsə mövqeyini qəbul etmək üçün yox, Azərbaycanın həqiqətlərini, mövqeyini və reallıqlarını çatdırmaq üçün iştirak edirik:
“Təbii ki, Avropa platformalarında Azərbaycana qarşı tənqidi və bəzən də bizim ədalətsiz hesab etdiyimiz yanaşmalar səslənir. Amma bunun cavabı heç də hər zaman həmin platformalardan uzaqlaşmaq olmamalıdır. Əksinə, Azərbaycan öz sözünü daha fəal deməli, arqumentlərini faktlarla ortaya qoymaqda davam etməlidir, necə ki, hazırda edir”.
Deputat deyib ki, Prezidentin son mesajlarını Avropadan uzaqlaşmaq kimi deyil, münasibətlərin qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulması çağırışı kimi görür:
"Azərbaycan Avropa ilə əməkdaşlıqda maraqlıdır və enerji, nəqliyyat, ticarət və digər sahələrdə bu əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətlidir. Amma əməkdaşlıq o demək deyil ki, Azərbaycan öz milli maraqlarından və müstəqil mövqeyindən imtina etməlidir.
Biz Avropa ilə əməkdaşlıq edə bilərik və etməliyik, eyni zamanda öz dövlətçilik xəttimizi, milli maraqlarımızı və müstəqil qərarvermə hüququmuzu qorumalıyıq.
Gələcəkdə əsas sual da budur: fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan və Avropa bir-birinə daha çox hörmət edən və praqmatik dialoqa əsaslanan münasibət qura biləcəkmi? Məncə, bu mümkündür və bunu görə biləcəyik”, - deyə o bildirib.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 18 Sentyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















