Icma.az
close
up
RU
Razi Nurullayev: “Gənclər ya işsizdir, ya da...”

Razi Nurullayev: “Gənclər ya işsizdir, ya da...”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Gənclərimizin əmək bazarına çıxışında ciddi və sistemli bir problem mövcuddur: işəgötürən təcrübə tələb edir, gənc isə təcrübəni yalnız işləməklə qazana bilər. 

Bu ziddiyyət illərdir aradan qaldırılmır və nəticədə minlərlə gənc ya işsiz qalır, ya da qeyri-rəsmi məşğulluğa məcbur olur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat qeyd edib ki, təşəbbüsü bu sistem boşluğunun qanunvericilik səviyyəsində doldurulmasına yönəlib:

“Təklif edirəm ki, ilk dəfə rəsmi əmək müqaviləsi ilə işə qəbul olunan gəncləri işə götürən müəssisələr üçün vergi və sosial sığorta güzəştləri tətbiq edilsin. Bu addım işəgötürən üçün əlavə yükü azaldacaq, gənclər üçün isə real iş imkanları yaradacaq.

Eyni zamanda dövlət–özəl sektor əməkdaşlığı çərçivəsində “ilk iş yeri” proqramlarının qanunla təsbit olunması vacibdir. Bu proqramlar sadəcə statistik məşğulluq deyil, konkret müddət, real bacarıq və davamlı iş perspektivi üzərində qurulmalıdır. 

Bu təşəbbüsün məqsədi yalnız gəncləri işlə təmin etmək deyil. Məqsəd gənc kadr potensialını itirməmək, insan kapitalına erkən investisiya qoymaq, qeyri-rəsmi məşğulluğun qarşısını almaq və uzunmüddətli iqtisadi inkişaf üçün sağlam əmək bazarı formalaşdırmaqdır.

İnanıram ki, bu yanaşma sosial məsuliyyətlə iqtisadi səmərəliliyin düzgün balansını yaradacaq və gənclər arasında işsizliyin azalmasına real töhfə verəcək”.

Razi Nurullayev çıxışının davamında kəndlərin inkişafı məsələsinə də toxunub. Deputat qeyd edib ki, hazırda kəndlərin inkişafı ilə bağlı əsas problemlərdən biri torpaq icarəsi və torpaqdan istifadə prosedurlarının mürəkkəbliyi, eləcə də kənd yerlərində fəaliyyət göstərən istehsal və emal müəssisələri üçün stimulların yetərli olmamasıdır. Bu maneələr kənddə istehsalı zəiflədir, investisiya marağını azaldır və nəticədə gənclərin regionlardan köçünü sürətləndirir.

R.Nurullayev təklif edib ki, torpaq icarəsi və istifadəsi ilə bağlı prosedurlar sadələşdirilsin, xüsusilə kənd yerlərində fəaliyyət göstərən emal müəssisələri üçün vergi və sosial güzəştlər artırılsın. Bu, kənddə əlavə dəyər yaradan istehsalın inkişafına real stimul verəcək:

“Eyni zamanda hesab edirəm ki, “Kəndlərin inkişafı haqqında” ayrıca bir qanunun qəbuluna ehtiyac var. Bu gün ölkəmizdə “ağıllı kənd” layihələri həyata keçirilir, müasir infrastruktur qurulur. Lakin bu təşəbbüslər qanunvericilik səviyyəsində sistemləşdirilməzsə, davamlı və vahid siyasətə çevrilməsi çətin olacaq.

Belə bir qanun kənd təsərrüfatı, emal sənayesi, məşğulluq, sosial infrastruktur və rəqəmsal həlləri vahid çərçivədə birləşdirərək kəndlərin uzunmüddətli inkişaf modelini formalaşdıra bilər.

Məqsədimiz yalnız kənddə istehsalı artırmaq deyil. Məqsəd kəndi yaşanan, işləyən və gələcək vəd edən məkana çevirmək, gənclərin regionlarda qalmasını təmin etmək və ölkənin ərzaq təhlükəsizliyini daha da gücləndirməkdir”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Fevral 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri