Icma.az
close
up
RU
Razılaşma olsa belə, bu qarşıdurma bitməyəcək Açıqlama

Razılaşma olsa belə, bu qarşıdurma bitməyəcək Açıqlama

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ və İran arasında aparılan danışıqların mümkün nəticələri beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasındakı danışıqların nəticəsinin yaxın 48 saat ərzində məlum ola biləcəyini bildirib.
Tərəflər arasında əldə oluna biləcək hər hansı razılaşma Yaxın Şərqdəki geosiyasi balans, regional təhlükəsizlik məsələləri və ölkələrin xarici siyasət prioritetləri baxımından mühüm nəticələr yarada bilər.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov bildirib ki, siyasi prosesləri qiymətləndirərkən gündəlik bəyanatlardan daha çox, hadisələrin mahiyyətinə, uzunmüddətli tendensiyalara və tərəflərin strateji məqsədlərinə diqqət yetirmək lazımdır.

Onun sözlərinə görə, əsas məsələ ondan ibarətdir ki, ABŞ ilə İran, eləcə də İsrail ilə İran arasında uzun illərdir davam edən ciddi və köklü ziddiyyətlər mövcuddur:
“Bu ziddiyyətlər yalnız konkret hadisələrdən və ya hərbi-siyasi insidentlərdən qaynaqlanmır. Onların kökündə regionun gələcəyi ilə bağlı tamamilə fərqli baxışlar, geosiyasi maraqlar, ideoloji yanaşmalar və təhlükəsizlik konsepsiyaları dayanır. Məhz buna görə də bu münasibətlərdə yaranan gərginliyi təkcə hər hansı bir hadisə və ya bəyanat fonunda qiymətləndirmək düzgün olmaz. Təbii ki, zaman-zaman müxtəlif məsələlər üzrə kompromislər əldə edilə bilər. Məsələn, nüvə proqramı ilə bağlı danışıqlar müəyyən nəticə verə, iqtisadi sanksiyalar ətrafında razılaşmalar əldə oluna və ya bölgədə baş verən konkret hərbi gərginliklər müvəqqəti olaraq səngiyə bilər. Eyni zamanda, Qırmızı dənizdə və Süveyş kanalı ətrafında təhlükəsizlik məsələləri, eləcə də digər regional problemlərlə bağlı müəyyən anlaşmalar mümkündür. Lakin bunlar münaqişənin əsas səbəbini aradan qaldırmır".
Ekspertin fikrincə, əsas ziddiyyət tərəflərin Yaxın Şərqin gələcəyi ilə bağlı fərqli baxışlarından qaynaqlanır:
"İran regionda öz ideoloji və siyasi təsir dairəsini genişləndirməyə çalışır, müxtəlif müttəfiq qüvvələr vasitəsilə nüfuzunu qorumağa və artırmağa cəhd göstərir. İsrail isə öz milli təhlükəsizliyini təmin etməyi, bölgədə üstün mövqeyini qorumağı və gələcək strateji maraqlarını həyata keçirməyi prioritet hesab edir. Bu baxımdan tərəflərin geosiyasi maraqları bir çox hallarda bir-biri ilə kəskin şəkildə toqquşur.
Məhz buna görə də, nə qədər ki, İranda mövcud siyasi sistem dəyişməyib və xarici siyasət kursu indiki istiqamətdə davam edir, eyni zamanda İsrail də milli təhlükəsizlik və regional strategiyası çərçivəsində addımlarını davam etdirir, tərəflər arasındakı qarşıdurmanın tamamilə aradan qalxacağını gözləmək çətindir. Müxtəlif dövrlərdə atəşkəs, vasitəçilik təşəbbüsləri və ya hətta müəyyən razılaşmalar əldə olunsa belə, bu, münaqişənin birdəfəlik həll olunduğu anlamına gəlmir”, - deyə politoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Avqust 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri