“Real” Arda Gülərlə bağlı qərar verdi
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
İspaniyanın “Real Madrid” klubu türkiyəli futbolçu Arda Gülərlə bağlı yekun qərarını verib.
Adalet.az xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Perez Türkiyə millisinin 19 yaşlı üzvünün komandada qalacağını bildirib.
Onun sözlərinə görə, istedadlı oyunçu icarə əsasında başqa kluba keçməyəcək: “Arda qış transfer dövründə bizimlə olacaq. Bu barədə heç bir şübhə yoxdur”.
Daha əvvəl futbolçunun az oynadığına görə başqa komandaya keçmək fikrində olduğu yazılmışdı.
Qeyd edək ki, bu mövsüm "Real Madrid"in heyətində 12 rəsmi matçda forma geyinən Arda Gülər 307 dəqiqə meydanda olub.

“Real” Arda Gülərlə bağlı qərar verdi
19 Noyabr 2024 11:48
“Real” Arda Gülərlə bağlı qərarını verdi İdmanXəbər
04 Noyabr 2024 19:28
“Real” Arda Gülərlə bağlı qərar verdi Yeni Çağ Media
19 Noyabr 2024 11:56
“Real Madrid” Arda Gülərlə bağlı yekun qərarını verdi
19 Noyabr 2024 12:11

