Icma.az
close
up
RU
“Real” “Barselona”dan bir qədər də uzaqlaşdı

“Real” “Barselona”dan bir qədər də uzaqlaşdı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Turda “el klasiko” varsa, başqa oyunlar istər-istəməz bir qədər gözdən düşür, diqqətdən kənarda qalır. Bəli, “Real” “Barselona”nı evdə məğlub etməklə onunla xal fərqini 5-ə çatdırdı. Turun hadisələrindən biri kimi “Selta”nın mövsümdə ilk qələbəsini qazanmasını da vurğulaya bilərik.

"Football-plus.az" xəbər verir ki, “Real” – “Barselona” duelləri ətrafında onsuz da həmişə müəyyən gərginlik olur. Sadəcə, bu dəfə Yamal yaşına uyğun olmayan və yersiz açıqlamalar ilə gərginliyi bir qədər də artırmış, sanki alovun üzərinə benzin tökmüşdü. Məntiqlə gənc istedad dediklərini meydandakı oyunu ilə tamamlamalı, oyunun qəhrəmanlarından biri olmalıydı. Ancaq...
Hər halda, hər iki komanda meydana qələbə üçün çıxdığını göstərdi. “Barsa” əsas oyunçularından Levandovski ilə Rafinyanın köməyindən məhrum idi. İlk yarıda “Real” daha üstün idi. Daha aqressiv və inadkar görünür madridlilər oyun başlayan kimi penalti qazandı, ancaq hakim VAR monitoruna baxandan sonra qərarını dəyişdi. Fasiləyə qədər top 4 dəfə “Barsa”nın qapısından keçdi. Bunlardan yalnız ikisi qaydalar çərçivəsində vurulduğuna görə sayıldı. Kataloniyalılar hətta rəqibin aşkar təzyiqi fonunda da qollardan birinin əvəzini çıxa bildi. İlk yarının axarı 2-ci hissədə də yüksək məhsuldarlıq görəcəyimizə inam yaratmışdı. Ancaq oyunun strukturu dəyişdi. “Real” daha çox hesaba oynamağa başladı. Belədə təşəbbüsü ələ keçirən “Barsa”, sadəcə, Kurtuanın qapısı önündə təhlükəli vəziyyətlər yarada bilmirdi. Madridlilər təzyiqin öhdəsindən gəlir, vaxtaşırı rəqib qapısı önündə görünürdülər.
2-ci hissənin əvvəlində hətta fərq arta bilərdi. Ancaq Şensnı Mbappenin penaltisini dəf etməyi bacardı. Bir də cərimə meydançasında nəzarətsiz qalan Kundenin fərqlənmək, hesabı bərabərləşdirmək imkanı var idi. Sadəcə, müdafiəçi instinkti qalib gəldi, topu özündən bir qədər irəli buraxdı ki, belədə Kurtua ona sahib çıxdı. Yamalın oyunöncəsi qalmaqallı açıqlamaları fonunda hakimin final fitindən sonrakı dava-dalaş gözlənilməz olmadı. Sarı və qırmızı vərəqələr “göydə uçuşdu”.
Səfərdə “Valensiya”nı məğlub edən “Vilyarreal” 2-ci pillədəki “Barselona” ilə xal fərqini 2-yə endirdi. Mövsümə yaxşı başlayan “Espanyol” “Elçe” üzərindəki qələbə sayəsində xalını 18-ə çatdırdı.
“Qarabağ”la oyunda hədsiz güc və enerji sərf edən “Atletik” növbəti xal itkisi ilə üzləşdi. Basklar evdə “Xetafe”yə uduzdu. “Rayo Valyekano” uzatma dəqiqələrində vurduğu qolla “Alaves”ə qalib gəldi. “Selta”, nəhayət, cari mövsümdə ilk qələbəsini qazandı. Düran 88-ci dəqiqədə vurduğu qolla qalisiyalıları sevindirdi.
Autsayderlərin – “Jirona” ilə “Ovyedo”nun dueli maraqlı ssenari üzrə cərəyan etdi. 0:2 geri düşən kataloniyalılar 90-cı dəqiqədə penalti qolu ilə artıq 3:2 önə çıxdı, bununla belə, “Ovyedo” 7-ci uzatma dəqiqəsində hesabı bərabərləşdirə bildi. “Malyorka” – “Levante” oyununda da heç-heçə qeydə alındı.
“Real Sosyedad” mövsümdəki 2-ci qələbəsini “Sevilya” üzərində qazandı. Bu oyunun taleyini Oyarsabalın dublu həll etdi. Turun dünən axşam keçirilən son oyununda “Atletiko” “Betis”ə qalib gəldi.
10-cu tur
Real – Barselona 2:1 (2:1)

Real: Kurtua, Valverde (Karvaxal, 72), Militao, Höysen, Karreras, Çuameni, Kamavinqa, Gülər (Dias, 66), Vinisius (Rodriqo, 72), Bellingem (Q.Qarsiya, 90), Mbappe (Sebalyos, 90+1).
Barselona: Şensnı, Balde (Martin, 90+7), E.Qarsiya (Arauxo, 74), Kubarsi (Bardaqji, 84), Kunde, De Yonq, Pedri, Lopes, Yamal, Reşford, Torres (Kasado, 74).
Qollar: Mbappe, 22 (1:0). Lopes, 38 (1:1). Bellingem, 43 (2:1).
Mbappe 52-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Valverde, 23. Pedri, 42. Höysen, 57. Lopes, 90+9. Vinisius, 90+11. Rodriqo, 90+11. Torres, 90+11. Balde, 90+11. Militao, 90+11 – sarı. Pedri, 90+10 – qırmızı (ikinci sarı). Lunin, 90+11 (meydandan kənarda) - qırmızı.
Hakim: Sesar Soto Qrado.
26 oktyabr. Madrid. 78107 tamaşaçı.
Real Sosyedad – Sevilya 2:1
Oyarsabal, 19-p.; 36 – Qudel, 30. (30965)
Jirona – Ovyedo 3:3
Stuani, 64-p.; 90-p. Unai, 83 – Vinyas, 38-p. Rondon, 57. Karmu, 90+7. (11120)
Espanyol – Elçe 1:0
Romero, 47. (30820)
Atletik – Xetafe 0:1
Mayoral, 75. (47749)
Valensiya – Vilyarreal 0:2
Moreno, 45-p. Komesanya, 57. (45560)
Malyorka – Levante 1:1
Maffeo, 79 – Eyonq, 22. (12964)
Osasuna – Selta 2:3
Budimir, 37-p.; 45+1 – Cutqla, 26; 69. Düran, 88. (20065)
Rayo Valyekano – Alaves 1:0
Alemao, 90+1. (11734)
Betis – Atletiko 0:2
Simeone, 3. Baena, 45+1. (57537)
1. Real 10 9 0 1 22-10 27
2. Barselona 10 7 1 2 25-12 22
3. Vilyarreal 10 6 2 2 18-10 20
4. Atletiko 10 5 4 1 18-10 19
5. Espanyol 10 5 3 2 14-11 18
6. Betis 10 4 4 2 15-12 16
7. Rayo Valyekano 10 4 2 4 12-10 14
8. Elçe 10 3 5 2 11-10 14
9. Atletik 10 4 2 4 9-10 14
10. Xetafe 10 4 2 4 10-12 14
11. Sevilya 10 4 1 5 17-16 13
12. Alaves 10 3 3 4 9-9 12
13. Selta 10 1 7 2 11-13 10
14. Osasuna 10 3 1 6 9-12 10
15. Levante 10 2 3 5 14-18 9
16. Malyorka 10 2 3 5 11-15 9
17. Real Sosyedad 10 2 3 5 10-14 9
18. Valensiya 10 2 3 5 10-16 9
19. Ovyedo 10 2 1 7 7-19 7
20. Jirona 10 1 4 5 9-22 7
Bombardirlər: Mbappe (Real) - 11, Alvares (Atletiko), Eyonq (Levante) – 6, Vinisius (Real), Muriqi (Malyorka) – 5.
Növbəti turun oyunları oktyabrın 31-i – noyabrın 3-ü aralığında keçiriləcək: Xetafe – Jirona, Vilyarreal – Rayo Valyekano, Atletiko – Sevilya, Real Sosyedad – Atletik, Real – Valensiya, Levante – Selta, Alaves – Espanyol, Barselona – Elçe, Betis – Malyorka, Ovyedo – Osasuna.
Turun rəqəmi
12 – Mbappe müxtəlif komandaların heyətində “Barselona”nın qapısından keçirdiyi qolların sayını bu həddə çatdırdı. Fransalı ulduz kataloniyalılara qarşı 9 dəfə oynayıb, qollardan 6-nı PSJ-nin, 6-nı “Real”ın oyunçusu kimi vurub. 21-ci əsrdə yalnız iki futbolçu “Barsa”nı bundan da çox cəzalandırıb: Kriştiano Ronaldo (34 oyunda 20 qol) və Kərim Benzema (46 oyunda 16 qol).
Turun ulduzu
Cud Bellingem (Real) – ingiltərəli komandasının qələbəsi üçün əlindən gələni etdi. Onun hesabında qol və məhsuldar ötürmə var. Hər iki halda da ustalığını və qol duyumunu aşkar şəkildə göstərdi.
Turun sitatı
Arsen Venger, “Arsenal”ın sabiq baş məşqçisi:

“Bu oyun bəzi aspektlərdə kişilərin oğlanlara qarşı mübarizəsi kimi göründü. Məsələn, “Real” müdafiədə “Barselona”dan çox yaxşı oynadı. “Barselona” Levandovski ilə Rafinyanın yoxluğunda “dişsiz” görünürdü. “Real”ın balanslaşdırılmış oyununa görə Xabi Alonsoya təşəkkür düşür. “Barsa”nın Mbappeyə qarşı oynayan müdafiə xəttində təcrübə və yetkinlik çatışmadı”.


Faktlar
* Mbappe Kriştiano Ronaldo ilə Ronaldinyonun “el klasiko”dakı göstəricisini təkrarladı. Kilian ardıcıl 4-cü belə oyunda “Barsa”nın qapısına yol tapdı. Fransalı “el klasiko” tarixinə ardıcıl 4 oyunda fərqlənən 3-cü futbolçu kimi düşdü. Əvvəllər bunu yalnız Ronaldinyo (2004-06-cı illərdə “Real”ın qapısına 4 oyunda 5 qol) və K.Ronaldo (2012-ci ildə “Barsa”nın qapısına 6 oyunda 7 qol) bacarmışdı.
* Mbappe ardıcıl 7 dəqiq penaltidən sonra 8-ci zərbədə büdrədi. O, sonuncu dəfə bu ilin mayında “Real Sosyedad”la oyunda penaltini qola çevirə bilməmiş, ancaq qapıçının seyvindən sonra təkrar zərbə ilə topu qapıdan keçirmişdi.
* “Real” son 5 oyunda ilk dəfə “Barsa”nı məğlub etdi. Ötən il keçirilən 4 oyunun hamısında “Barsa” qələbə qazanmışdı. La Liqada 4:0 və 4:3, İspaniya Superkubokunun finalında 5:2 və ölkə kubokunun finalında 3:2 hesabıyla.
* “Real” qələbə sayında “Barsa”nın ona çatmasına imkan vermədi. Əbədi rəqiblər indiyə qədər müxtəlif turnirlər çərçivəsində 262 dəfə qarşılaşıb. Bunların 106-da “Real”, 104-də “Barsa” qələbə qazanıb, qalan 52 oyun heç-heçə bitib.
Oyundan sonra
Xabi Alonso, “Real”ın baş məşqçisi:

“Qələbədən, oyundan, meydanda gördüyümüz işin həcmindən razıyam. Komanda və azarkeşlər üçün çox vacib qələbə idi. “Santyaqo Bernabeu”nun meydanda başverənlərdən necə təsirləndiyini gördüm. Bu qələbinin 3 xalla yanaşı, başqa önəmli cəhətləri də var. Topsuz qalanda çox yaxşı, vahid orqanizm kimi oynadıq, topla olanda isə rəqibi necə çətinliyə salacağımızı bilirdik. Bu komanda vacib oyunlarda qələbə qazanmaq bacarığını göstərdi”.


Markus Zorq, “Barselona”nın məşqçisi (Hans-Diter Flik cəzalı idi – red.):

“Düşünürəm ki, həmişəkindən çox səhvə yol verdik. Bu doğrudu ki, çox dərindən müdafiə olunduq. Meydanın rəqibə aid hissəsində yetərincə təhlükəli ola bilmədik. Nəticə ədalətlidimi? Bütün variantları sınadıq. Sonda hətta iki müdafiəçi ilə oynadıq, baxmayaraq ki, “Real”ın əks-hücumlarda təhlükəli olduğunu bilirdik. İkinci qolu vurmaq üçün lazımi qol vəziyyətləri əldə edə bilmədik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Noyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see347

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see264

Dondurma dadında banan

13 İyul 2026 18:44see237

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see235

“Eyni dildə danışan insanlar bəzən bir biri ilə vuruşurlar”

14 İyul 2026 00:23see228

Panik atak və infarktı necə ayırd etmək olar?

14 İyul 2026 00:01see225

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see225

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see198

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see190

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see183

İlham Əliyev: “Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır“

13 İyul 2026 21:13see176

III Çarlz dörd ildən sonra şahzadə Harri və ailəsi ilə GÖRÜŞDÜ

13 İyul 2026 21:39see172

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see171

“” və “”la bağlı gözlənilməz QƏRAR

13 İyul 2026 20:48see168

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see165

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see163

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see162

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 00:04see159

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see157

D 8 təşkilatının Baş katibi: Üzv dövlətlərlə praktiki əməkdaşlıq güclənəcək

13 İyul 2026 18:51see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri