Icma.az
close
up
RU
“Real” daha bir vunderkind aldı

“Real” daha bir vunderkind aldı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“River Pleyt”in və Argentina yığmasının 17 yaşlı yarımmüdafiəçisi Franko Mastantuono bugünlərdə “Real”a keçib. Bu keçid İspaniya klubuna 45 milyon avroya başa gəlib, müqavilə müddəti 2031-ci ilə qədərdi.

"Football-plus.az" xəbər verir ki, Mastantuono öz nəslinin ən parlaq istedadlarından biridi. O, vətənində Lamin Yamalın tempi ilə rekordları yeniləyir: Franko 17 yaşında “River Pleyt” tarixinin ən gənc debütantı və qol müəllifi oldu. Argentina yığmasında ilk dəfə 17 yaş 9 ay və 22 günlüyündə oynadı ki, bu da rekorddu.
Mastantuono “River Pleyt”də keçirdiyi iki ildə 61 oyuna çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə verib. Futbolçu 2024-cü ildə “The Guardian”dan yüksək qiymət alıb:

“O, solaxaya və çox sürətli futbolçudu, müstəsna driblinq bacarığı var. Franko güclü xarakterə də malikdi, yaxın 10 ildə dünyanın ən yaxşı futbolçularından biri olmaq üçün onda bütün keyfiyyətlər var. Gələcək onun əlindədi”.


Gözlənildiyi kimi, Avropanın bir çox top-klubu argentinalının “ovuna çıxmışdı” – ona iddialılar sırasında “Liverpul”, “Çelsi”, “Mançester Siti”, “Bavariya” və PSJ-nin adı çəkilirdi. Parislilər sövdələşməyə çox yaxın olsalar da, “Real” tam zamanında müdaxilə etdi və Mastantuononu ələ keçirdi. Yeri gəlmişkən, “Real”ın ödədiyi 45 milyon avro Frankonun transferini Argentina tarixində ən qiymətli etdi. Bu da daha bir rekord olsun.
Florentino Peresin rəhbərlik etdiyi klub dəst-xəttini davam etdirməkdədi – bütün dünyadan olan istedadlar üçün böyük pullar xərcləyirlər. “Real”ın bu strategiyası artıq dəfələrlə effektli olub. Məsələn, braziliyalı vinger Vinisius da 2018-ci ildə məhz 45 milyon avro müqabilində Madridə yollanıb. İndi isə bundan dörd dəfə bahadı.
Əlbəttə, “Real” heç də həmişə bu mənada uğura nail olmur. Endrik və ya Arda Gülər Madrid klubuna yaşıl meydanda hələ də istədiyini verməyib. Ancaq adı çəkilən futbolçular hələ gəncdi. Bir qədər sonra parlamaları istisna olunmur.
“Real”ın 2018-ci ildən bəri aldığı gənc oyunçular
ad alındığı qiymət indiki qiyməti

Vinisius 45* 170
Rodriqo 45 90
Endrik 35 35
Arda Gülər 20 45
Braim Dias 17 40
Federiko Valverde 5 130
* - milyon avro ilə göstərilib.
“Kral klubu”nun strategiyası ümumilikdə fasiləsiz işləyir. Mastantuono növbəti uğurlu nümunə olacaqmı? Bunu da tezliklə görəcəyik.
Franko “Real”a avqustda – yetkinlik yaşına çatandan sonra qoşulacaq. Yarımmüdafiəçi klublararası dünya çempionatına “River Pleyt”in heyətində yollanıb. Marselo Qalyardonun çalışdırdığı komandanın qrupdakı rəqibləri “Urava Red Daymonds”, “Monterrey” və “İnter”di.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 İyun 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri