Icma.az
close
up
RU
Real həyatda onu görsəm arxama baxmadan qaçaram Eşref Rüya nın aktrisası

Real həyatda onu görsəm arxama baxmadan qaçaram Eşref Rüya nın aktrisası

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Kanal D-nin məşhur “Eşref Rüya” serialında vəkil Gonca obrazı ilə diqqət çəkən aktrisa Ebru Aytemur verdiyi müsahibədə həm şəxsi həyatı, həm də canlandırdığı obraz barədə maraqlı açıqlamalar edib.
Aktrisa bildirib ki, real həyatda toksik münasibətlər ona çox uzaqdır:
“Gerçək həyatda toksik münasibətlərdən ürəyim bulanır. Belə münasibəti əsla qəbul etmərəm. Aşiq olmaq insanın özündən vaz keçməsi demək deyil”.
Ebru Aytemur serialdakı Gonca və Gürdal münasibətini “təhlükəli və manipulyativ əlaqə" kimi xarakterizə edib. Onun sözlərinə görə, Gonca güclü qadın olsa da, daxilində böyük boşluq və çatışmazlıq hissi yaşayır:
“İşində uğurlu, güclü qadındır, amma şəxsi həyatında həmişə natamam qalıb. Qarşısındakı kişinin o boşluğu dolduracağına inanır. Amma eyni zamanda manipulyasiya olunur”.
Məşhur aktrisa sevginin insanı təhlükəli nöqtəyə sürükləyə biləcəyini də etiraf edib:
“Aşk təhlükəli hissdir. İnsan ‘mən əsla etmərəm’ dediyi şeyləri belə edə bilir. Amma indi əvvəlki kimi deyiləm, artıq özümü qorumağı öyrənmişəm”.
Gonca obrazının ona bənzəmədiyini deyən aktrisa məhz buna görə rolu sevərək qəbul etdiyini vurğulayıb:
“Gonca çox sərt, dalğalı və emosional biridir. Mən isə real həyatda daha kontrollu insanam. Manipulyasiya hiss etdiyim anda həmin münasibəti bitirərəm”.
Serialdakı ağır səhnələrin onu psixoloji baxımdan çətin vəziyyətə saldığını da deyən Ebru Aytemur xüsusilə uşaqla bağlı səhnələrin təsirindən danışıb:
“O səhnələr məni çox sarsıtdı. İtki hissini həyatda yaşamış biri kimi o emosiyanı dərindən hiss etdim”.
Aktrisa real həyatda Gürdal kimi biri ilə münasibət qurmayacağını da açıq şəkildə deyib:
“Qaçardım. Həm də arxama baxmadan. O adamda bütün ‘red flag’lər var — xəyanət, manipulyasiya, şiddət…”
İqtisad fakültəsini bitirdiyini deyən aktrisa aktyorluğun uşaqlıq arzusu olduğunu bildirib. Ailəsinin əvvəlcə bu qərara qarşı çıxdığını deyən Ebru, sonradan onları razı sala bildiyini vurğulayıb:
“Ailəm əvvəlcə daha ‘təhlükəsiz’ peşə istəyirdi. Diplomamı aldıqdan sonra isə öz yolumu seçdim. İndi xoşbəxtdirlər, çünki bu işi nə qədər sevdiyimi görürlər”.
Atasını gənc yaşda kolon xərçəngindən itirdiyini də danışan aktrisa yaşadığı ağrıların onu daha güclü etdiyini bildirib.
Son dövrlər seriallardakı şiddət səhnələri ilə bağlı müzakirələrə də münasibət bildirən Ebru Aytemur bütün məsuliyyətin serialların üzərinə atılmasının doğru olmadığını deyib:
“Biz münasibətlərin qaranlıq tərəflərini romantikləşdirmək üçün yox, əksinə göstərmək üçün çalışırıq. Bütün problemlərin səbəbini seriallarda axtarmaq doğru deyil”.
Aktrisa hazırda həyatında eşq olmadığını desə də, “gözəl bir şey qarşıma çıxsa, əlbəttə istəyərəm” sözləri ilə sevgiyə qapısını bağlamadığını bildirib.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 May 2026 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri