Real ın hücumçusu Endrik: Futbolçu olmaq çətin deyil
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Madridin "Real" klubunda çıxış edən və Braziliya millisinin üzvü Endrik futbolçu həyatı ilə bağlı maraqlı fikirlər səsləndirib.
20 yaşlı hücumçu futbolçuların işi ilə səhər tezdən axşama qədər işləməli olan insanların həyatını müqayisə edib.
"Futbolçu olmaq çətin deyil. Əsl çətinlik səhər saat 5-də yuxudan qalxıb, bazar ertəsindən bazar gününə qədər işləməyə gedən insanların payına düşür", – deyə Endrik bildirib.
Endrik 2024-cü ilin yayında "Real"a transfer olunub. O, Madrid klubunun heyətində indiyədək 34 rəsmi qarşılaşmada meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Braziliyalı futbolçu ötən mövsümün ikinci hissəsini Fransanın "Lion" klubunda icarə əsasında keçirib. Endrik burada 19 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
///bakuws///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 05 Oktyabr 2026 04:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















