Real ın yeni hədəfi bu türk futbolçudur
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Real Madrid"in "Trabzonspor"da çıxış edən qapıçı Onuralp Çevikkanın xidmətində maraqlı olduğu bildirilir.
Metbuat.az xəbər verir ki, “Real” gənc qapıçının oyunlarını yaxından izləyir. AS qəzetinin xəbərinə görə, “Real Madrid” Onuralp Çevikkanı transfer edəcəyi təqdirdə, onu klubun gənclərdən ibarət heyətində oynadacağı qeyd edilib.
Qeyd edək ki, Onuralp Çevikkan bu mövsüm “Trabzonspor”un U19 komandasında 4 matçda forma geyinib və 4 qol buraxıb. Onuralp Çevikkanın "Trabzonspor"la müqaviləsi 2028-ci ildə yekunlaşır. Qolkiperin hazırkı transfer dəyərinin 1 milyon 300 min avro olduğu bildirilir. “Altınordu” klubunda futbola başlayan Onuralp Çevikkan iki il əvvəl "Trabzonspor"la 700 min avroya anlaşıb. Türk futbolçunun adı bundan əvvəl də “Real Madrid”lə hallanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 28 Yanvar 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















