Real Madrid in əsas transfer hədəfi bəlli oldu
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo "Leypsiq"in cinah hücumçusu Yan Diomandın komandanın əsas transfer hədəfi olduğunu təsdiqləyib.
AZXEBER.COM xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, portuqaliyalı mütəxəssis "Real" rəhbərliyinə hücum xəttində daha çox sürətə və yeni gücə ehtiyacı olduğunu bildirib. Bundan əvvəl "Bild" nəşri İspaniya nəhənginin 19 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazır olduğunu yazıb. Ötən mövsüm ərzində Diomand bütün turnirlərdə 36 oyunda iştirak edərək, 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
"Transfermarkt" portalında yer alan məlumata əsasən, futbolçunun bazar dəyəri 90 milyon avro təşkil edir.
Baxış sayı:101
Bu xəbər 25 İyul 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















