“Real Madrid”də qalmaqal Mbappenin zədəsi səhv diaqnoz edilib
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniyanın “Real Madrid” klubunda tibbi heyətlə bağlı qalmaqal yaranıb.
Bakupost.az İspaniya mediasına istinadən xəbər verir ki, klubun hücumçusu Kylian Mbappe zədələndikdən sonra tibbi müayinə zamanı ciddi səhvə yol verilib.
Mediada yayılan məlumatlara əsasən, futbolçunun dizində zədə olduğu halda, tibbi personal səhvən sağlam ayağı müayinə edib. Nəticədə zədə vaxtında düzgün müəyyən edilməyib və Mbappe bir neçə oyunda zədə ilə çıxış etməyə davam edib. Bu isə klub daxilində tibbi xidmətin fəaliyyəti ilə bağlı ciddi qalmaqal yaradıb.
Bildirilir ki, sonradan futbolçu əlavə müayinə üçün Fransaya gedib və orada aparılan yoxlamalar nəticəsində zədə düzgün müəyyən edilib və müalicə planı hazırlanıb. Bundan sonra futbolçunun vəziyyətinin yaxşılaşdığı qeyd olunur.
Hadisədən sonra klubun tibbi xidmətinin fəaliyyəti geniş müzakirə mövzusuna çevrilib. Hazırda tibbi heyətin tam şəkildə işdən çıxarılması barədə rəsmi açıqlama verilməsə də, məsələ klub daxilində ciddi nəzarətə götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 25 Mart 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















