“Real Madrid”in sabiq futbolçusu yenidən zədələndi
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Udineze”nin avstriyalı futbolçusu David Alaba yenidən zədələnib.
İdman.Biz xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“David Alabanın sağ baldır əzələsində dartılma aşkarlanıb. Futbolçu artıq reabilitasiya prosesinə başlayıb və onun vəziyyəti hər həftə qiymətləndiriləcək”, - deyə klubun açıqlamasında bildirilir.
“Real Madrid”in sabiq futbolçusu sentyabr ayında azad agent kimi “Udineze”yə qoşulub. Lakin o, yeni komandasında cəmi iki matçda iştirak edə bilib.
34 yaşlı müdafiəçi zədə səbəbindən həftəsonu “Milan”a qarşı keçiriləcək A Seriyası matçını buraxacaq. Onun yaşıl meydanlara qayıdacağı dəqiq tarix hələ məlum deyil.
Qeyd edək ki, Kosta Runyaiçin rəhbərlik etdiyi “Udineze” son beş qarşılaşmada qələbə qazana bilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 20 Oktyabr 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















