Icma.az
close
up
RU
“Real” QKnın, Ançelotti isə klubun tarixinə düşdü!

“Real” QKnın, Ançelotti isə klubun tarixinə düşdü!

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 18-də FİFA-nın bir il əvvəlki qərarı ilə bərpa etdiyi Qitələrarası Kubokun (QK) finalı keçirildi.

Həlledici matçda rəqibinə heç bir şans verməyən “Real” turnirdəki qələbə sayını rekord həddə çatdırdı.
final
Real - Paçuka 3:0 (1:0)

Real (Madrid, İspaniya, Avropa): Kurtua, Vaskes (Asensio, 88), Rüdiger, Çuameni, Qarsiya, Kamavinqa (Sebalyos, 62), Valverde, Rodriqo (Modriç, 70), Bellingem (Gülər, 88), Vinisius, Mbappe (Dias, 62).
Paçuka (Meksika, Şimali Amerika): Moreno, Barreto, Qonsales, Rodriges (Sançes, 75), Mikolta, Pedrasa, Deossa (Dominges, 88), Bautista (Mena, 75), Montyel, İdrissi (Ernandes, 88), Rondon.
Qollar: Mbappe, 37 (1:0). Rodriqo, 53 (2:0). Vinisius, 84-p. (3:0).
Vərəqələr: Pedrasa, 51. Rondon, 90+3 - sarı.
Hakim: Xesus Valensuela (Venesuela).
18 dekabr. Lusail. 67249 tamaşaçı.
Qeyd edək ki, bu ad altında 1960-2004-cü illərdə təşkil edilən turnirdə Avropa və Cənubi Amerikanın ən güclü klubları iştirak ediblər.
FİFA Klublararsı Dünya Çempionatını təsis etdikdən sonra Qitələrarası Kubok keçirilməyib. Ali futbol təşkilatının qərarı ilə 20 ildən sonra bərpa olunan yarışda dünyanın 6 regionunu təmsil edən klublar iştirak edir. Bu turniri hər il təşkil etməyi lazım bilən FİFA UEFA Çempionlar Liqasının (ÇL) qalibinə birbaşa finalda oynamaq hüququ verib. Başqa sözlə, “Real”ın finalda iştirak edəcəyi əvvəlcədən məlum idi. Digər 5 regionun qalibi isə mükafat uğrunda mübarizəyə 1-ci və ya 2-ci mərhələdən başlamışdı. “Paçuka” finala qədər iki komandaya qalib gəlmişdi: 2-ci mərhələdə Cənubi Amerikanın ən güclü klubu olan “Botafoqo”nu 3:0 hesabıyla məğlub edən meksikalılar pley-offda “Əl-Əhli” ilə qolsuz heç-heçə oynamış və Afrika çempionuna penalti seriyasında üstün gəlmişdilər.
Qətərin Lusail şəhərində keçirilən finalda sensasiya baş vermədi: uruqvaylı Xorxe Almadanın çalşdırdığı “Paçuka” matçın favoriti sayılan “Real”a üç cavbsız qolla uduzdu. Halbuki ilk dəqiqələr meksikalıların üstünlüyü ilə keçmişdi. Kurtuanın bir neçə seyvindən sonra təşəbbüsü tədricən ələ alan ÇL-in son qalibinin 37-ci dəqiqəyə təsadüf edən ilk ciddi hücumu qolla nəticələndi: Mbappe qapıçını aldadan Vinisiusun ötürməsini tamamlamaqda elə bir çətinlik çəkmədi. “Real” fasilədən az sonra daha bir qol vurdu. Rodriqonun uzaq dirək istiqamətində qapıya göndərdiyi top matçdakı intriqaya böyük zərbə oldu. Buna baxmayaraq, rəqib təslim olmaq istəmirdi. Kurtua Qonsales ilə Rondonun təhlükəli zərbələrinin qarşısını almaqla komandasını ilhamlandırdı. Tezliklə qapıçı ilə təkbətəkdən yararlana bilməyən Vinisius Vaskesin qazandığı penaltini qola çevirdi. Bununla da “Real” 22 ildən sonra turnirin qalibi oldu.
Laureatlara gəlincə, Vinisius Junior QK-nın ən yaxşı oyunçusu kimi “Qızıl top” mükafatına layiq görüldü. Onun oyundaşı Federiko Valverdeyə “Gümüş top”, “Paçuka”nın 19 yaşlı yarımmüdafiəçisi Elias Montyelə isə “Bürünc top” təqdim edildi.
Faktlar
* “Real” 4-cü dəfə QK-nın qalibi olmaqla “Milan”ı arxada qoyaraq yeni rekord müəyyən etdi. İspaniya klubu bu turnirdə daha əvvəl 1960, 1998 və 2002-ci illərdə çempion olmuşdu.
* “Real” 2024-cü ildə 5-ci titulunu qazandı. Komanda daha əvvəl İspaniya Superkuboku, İspaniya çempionatı, Çempionlar Liqası və Avropa Superkubokunun qalibi olmuşdu.
* “Real” ilə 15-ci titulunu qazanan Ançelotti Migel Munyosu arxada qoyaraq klub tarixinin ən titullu məşqçisi oldu. İtaliyalı mütəxəssis indiyədək müxtəlif klublarla (Yuventus, Milan, Çelsi, PSJ, Bavariya, Real) 31 titula (İntertoto Kubokunu da nəzərə almaqla) sahib olub.
* “Real” ilə 28-ci titulunu qazanan Modriç Daniel Karvaxalı arxada qoyaraq klub tarixinin ən titullu oyunçusu oldu.
* Vinisius “Real” ilə 14-cü titulunu qazandı.
* Vinisius “Real” ilə iştirak etdiyi 12 finalda 13 qolun vurulmasında iştirak edib. Braziliyalı futbolçu həlledici matçlarda 8 qolun və 5 məhsuldar ötürmənin müəllifi olub. Onun cari mövsümdə madridlilərin formasında bütün turnirlərdə meydana çıxdığı 22 matçda 14 qol vurub 8 məhsuldar ötürmə etdiyini də qeyd edək.
* Mbappe karyerasında 20-ci titulunu qazandı. O, ən titullu fransalı futbolçular arasında 9-cu yeri tutur. Bu siyahıya 33 titulla Kərim Benzema başçılıq edir.
* Mbappe müxtəlif turnirlərdə iştirak etdiyi son 7 finalda 8 qol vurub. Maraqlıdı ki, bu qollardan 4-ü Qətərin Lusail şəhərinin eyniadlı stadionunda qeydə alınıb. Kilian Fransa yığmasının formasında DÇ-2022-nin bu arenada keçirilən Argentina ilə finalında (3:3) het-trik etmişdi.
Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Sözün düzünü deyəcəyəm: “Real” ilə titul qazanmaq hər hansı başqa komanda ilə müqayisədə daha asandı. Bu, dünyanın ən yaxşı futbolçularının cəmləşdiyi və azarkeşlərindən inanılmaz dəstək alan fantastik klubdu. “Real” ilə 15 titul qazanmaq çoxdu! Buna çox sevinirəm. Çox xoşbəxtəm. Bu, böyük uğurdu. Belə oyunlar həmişə qeyri-adi olur. Ona görə ki, rəqibi tanımırsan, matç isə həftənin ortasında keçirilir. Oyuna ləng başlasaq da, tədricən nəzarəti ələ aldıq. Rəqiblə müqayisədə ustalıq səviyyəmiz daha yüksək idi, amma finala düzgün münasibət bəsləmək tələb olunurdu. Çox xoşbəxtik. Bu, vacib titullardan biridi. Bizim üçün fantastik il oldu. Amma ilboyu müxtəlif çətinliklərlə, məsələn zədə problemi ilə üzləşdiyimizi də deməliyəm. 2024-ü böyük uğurlarla başa vururuq. Bundan artığına nail olmaq mümkün deyildi. Amma “Real”da həmişə deyildiyi kimi, indi gəlin, 2025 haqda düşünək”.


Kilian Mbappe, “Real”ın hücumçusu:

“Qitələrarası kubok Madridə qayıtdı. Bu mövsüm ikinci titulumu qazandım. Bu dəfə “Lusail” stadionunda qalib gəldim...”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Dekabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri