Real Tçuamenini bu kluba sata bilər MƏBLƏĞ
"Real Madrid"in dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni karyerasını digər Avropa nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Defensa Central" yayıb.
Xəbərə görə, 24 yaşlı futbolçunun xidmətində PSJ maraqlıdır. Mənbə "Kral klubu"nun Orelyeni 80-85 milyon avroya satmağa hazır olduğunu vurğulayıb.
Cari mövsüm bütün turnirlərdə 16 matça çıxan Tçuameni məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun "Real"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı sözügedən oyunçunun transfer qiymətini 100 milyon avro ilə dəyərləndirir.
Nihat
Baxış sayı:72
Mənbə:https://fanat.az