Icma.az
close
up
RU
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda köhnə və qəzalı binaların sökülməsi, həmin ərazilərdə yeni yaşayış komplekslərinin inşası zamanı mənzil sahiblərinə veriləcək kompensasiya məsələsi aktuallığını qoruyur. Belə hallarda ev sahiblərinə ödəniləcək məbləğin müəyyənləşdirilməsi, mənzilin bazar dəyərinin nəzərə alınması və vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır.

Bəs binanın sökülməsi qərarı verilərsə, ev sahibinə verilən kompensasiya hansı meyarlar əsasında hesablanmalıdır?

Milli.Az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov Demokrat.az-a açıqlamasında burada bir neçə metod olduğunu bildirib.

Onun sözlərinə görə, birinci, ümumi işlək metod mövcuddur:

"Ərazidə yeni yaşayış binası tikildikdə, qanunla təsbit olunmasa da, ümumi praktikaya əsasən, inşaat şirkətləri sakinlərə sökülən mənzilin sahəsindən 20 faiz artıq sahəyə malik mənzil təklif edirlər.

Məsələn, 60 kvadratmetrlik mənzil söküldükdə, sahibinə əvəzində yeni binadan 60 deyil, əlavə 20 faiz nəzərə alınmaqla 72 kvadratmetrlik mənzil təklif olunur. Eyni zamanda, tikinti müddətində mənzil sahibinin kirayə xərcləri də qarşılanır. Bu, ümumi praktikada tətbiq olunan üsuldur. Bəzi hallarda isə məsələ pul kompensasiyası ilə həll edilə bilər. Belə olduqda ətraf ərazilərdəki mənzillərin qiymətləri əsas götürülür və kompensasiya kvadratmetrə uyğun hesablanır. Lakin burada böyük problem yaranır. Mənzilin sahəsi kiçik olduqda, xüsusilə də şəhər mərkəzində yerləşdikdə, ödənilən kompensasiya ilə eyni ərazidə yeni mənzil almaq çətinləşə bilər. Bu isə ev sahibinin əvvəlki yaşayış yerindən köçməsinə səbəb ola bilər. Çünki həmin qiymətə oxşar sahəyə malik mənzil tapmaq çətinləşir. Digər tərəfdən, bu məsələnin tənzimlənməməsi süni qiymət artımına səbəb olur. Belə ki, dövlət öz ehtiyacları üçün söküntü apardıqda müəyyən qiymət müəyyənləşdirir.

Məsələn, paytaxtın "Papanin" adlanan ərazisində bir kvadratmetr üçün 2 700 manat kompensasiya nəzərdə tutulur və sakinlərə müəyyən edilmiş qaydada ödəniş edilir. Lakin özəl tikinti şirkətləri tərəfindən aparılan söküntülərdə sakinlərə eyni yanaşma tətbiq olunmur. Onlara sadəcə şirkətlə razılaşmaq təklif edilir. Nəticədə bəzi sakinlər həddindən artıq yüksək məbləğlər tələb edirlər. Məsələn, 40 kvadratmetrlik evi olan şəxs bunun əvəzində övladları və digər ailə üzvləri üçün bir neçə mənzil, hətta həmin mənzillərin altı-yeddi ilə təhvil verilməsini tələb edə bilər. Bunun nəticəsində tikinti şirkətlərinin xərcləri artır. Tutaq ki, şirkətin 50 milyon manatlıq kredit öhdəliyi var. Bu yük son nəticədə tikinti xərclərinə və mənzil qiymətlərinə təsir göstərir. Eyni zamanda, yeni mənzil gözləyən sakinlər üçün kirayə haqları da arta bilər. Belə hallarda mənzillərin hər kvadratmetrinin qiyməti ən azı 200-300 manat bahalaşa bilər. Burada əsas problem qanunvericilikdəki boşluqdur. Yaxşı olardı ki, söküntü aparılacaq ərazilər üzrə şərtlər əvvəlcədən müəyyənləşdirilsin. Əgər hər hansı ərazidə söküntü planlaşdırılırsa, kompensasiya və köçürülmə qaydaları bütün tərəflər üçün məcburi xarakter daşımalıdır. Bu şərtlər müəyyənləşdirilmədən söküntüyə başlanılmamalıdır. Söküntüyə başlanılıbsa, proses müəyyən edilmiş qaydalar çərçivəsində aparılmalıdır. Belə olduqda həm tikinti şirkəti öz maliyyə imkanlarını əvvəlcədən hesablaya bilər, həm sakinlərin hüquqları qorunar, həm də tərəflər arasında əsassız tələblərin və anlaşılmazlıqların qarşısı alınar".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Oktyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri