“Real” və “Barselona” 16 yaşlı istedad üçün hərəkətə keçdi 10 milyon avroluq mübarizə
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Real Madrid” “Mançester Yunayted”in 16 yaşlı futbolçusu Cey-Cey Qabrieli transfer etmək uğrunda “Barselona”nı qabaqlamaq niyyətindədir.
İdman.Biz xəbər verir ki, İspaniya nəhəngləri gənc ingiltərəli futbolçunun transferində əsas favoritlər hesab olunurlar. PSJ və “Bavariya” isə bu mübarizədə onlardan geri qalır.
Məlumata görə, “Real” rəhbərliyi Qabrielin və onun nümayəndələrinin maliyyə tələblərini qarşılamağa hazırdır. Potensial sövdələşmənin ümumi dəyəri təxminən 10 milyon avro (19,8 milyon manat) qiymətləndirilir.
“Barselona” isə artıq öz təklifini hazırlayıb. Kataloniya klubu gənc futbolçu ilə illik iki milyon avro (3,96 milyon manat) maaş və əlavə bonuslar nəzərdə tutulan üçillik müqavilə imzalamağa hazırdır.
Qabriel və onun yaxın ətrafı gələcəyi ilə bağlı yekun qərarın yaxın vaxtlarda veriləcəyini açıqlayıblar.
Bildirilir ki, istedadlı futbolçu artıq “Mançester Yunayted”in düşərgəsini tərk edib və hazırda Barselonada fərdi məşqlər keçir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 Oktyabr 2026 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















