“Real yeni Kroosunu tapdı Alonso ulduz futbolçunu istəyir
Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Real Madrid” Toni Kroosun boşluğunu doldurmaq üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, “Real” “Kristal Pelas”ın futbolçusu Adam Uortonu transfer etmək istəyir. “Daily Mail”ə görə, Uortonun oyun quruculuğu və dərin ötürmə qabiliyyəti onun Toni Kroosla müqayisə edilməsinə səbəb olub. Onun oyunu İngiltərə milli komandasının məşqçisi Tomas Tuxel tərəfindən yüksək qiymətləndirilib. Məlumata görə, “Kristal Pelas” futbolçu üçün 70 milyon avro transfer haqqı tələb edə bilər.
Futbolçunun “Kristal Pelas”la müqaviləsi 2029-cu ildə yekunlaşır. Bildirilir ki, Cud Bellinghem İngiltərə millisindən komanda yoldaşı olan “Liverpul”un futbolçusu Trent Alexander-Arnoldun “Real”a transferində mühüm rol oynayıb. Məlumata görə, Bellinghem bu transferdə də vasitəçilik edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 19 May 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















