Icma.az
close
up
RU
“Real”la Xabi Alonsonun izdivacı erkən bitdi: kimdi günahkar?

“Real”la Xabi Alonsonun izdivacı erkən bitdi: kimdi günahkar?

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya Superkuboku uğrundakı oyundan heç 24 saat keçməmiş Xabi Alonso “Real”ın baş məşqçi postundan qovuldu. Artıq onu Alvaro Arbelonanın əvəz edəcəyi də bəllidi.

"Football-plus.az" xəbər verir ki, “Barselona”ya məğlubiyyətin (2:3) ardından Alonso klubun məşq bazasına dəvət olunub. Orda klubun baş direktoru Xose Anxel Sançes əməkdaşlığı son qoyulduğunu bildirib. Xabi məsələnin belə qoyuluşu ilə razılaşmasa da...
Alonsonun qovulmasıyla bağlı qərar şok effekti doğurdu. İş ondadı ki, istefa qərarının açıqlanmasından cəmi bir saat əvvəl yerli AS nəşri baş məşqçinin vəzifəsində qalacağı ilə bağlı insayd dərc etmişdi. Amma tezliklə madridlilərin rəsmi saytında Xavinin qovulduğunu elan edən press-reliz yer aldı:

“Real”da həmişə Xabiyə hörmət edəcəklər, çünki o, klubun əfsanəsidi. Madrid onun evi kimi qalır. Baş məşqçiyə və məşqçi korpusuna işinə görə təşəkkür edir, gələcəkdə uğurlar arzulayırıq”.

Bundan dərhal sonra yeni insaydlar yağış damcıları kimi səpələndi. “El Chiringuito” yazır ki, oyunçular Xabinin qovulmasından şoka düşüb. Paralel şəkildə “Barselona” ilə oyundan sonra baş məşqçinin komands ilə münaqişəsinin yeni dalğası haqda xəbər yayıldı: o, oyunçularına rəqib üçün “şərəf dəhlizi” açmağı tapşırıb, onlar isə Kilian Mbappeyə qulaq asaraq meydanı tərk edib. Həmkarlarımızdan Pepe Alvaresin insaydı daha həqiqətə yaxın görünür. Onun yazdığına görə, Alonso özü istefa verib, ona görə ki, “oyunçular tərəfindən hörmətsizlik hiss edib və bütün bunlardan yorulub”. Rəsmi versiyada isə müqavilənin “qarşılıqlı razılıq əsasında” pozulduğu deyilir.
Alonsoya heç cür inanmadılar
Xabinin işi ilə bağlı ilk suallar hələ yayda – klublararası dünya çempionatının gedişində yarandı: onda “Real” yarımfinalda PSJ-yə 0:4 uduzdu, özü də madridlilər ilk üç qolu 24-cü dəqiqəyə qədər buraxdılar. Baş məşqçiyə komandanı faktiki mövsümöncəsi hazırlıq keçmədən “döyüşə atmasına” görə də güzəşt etmədilər.
“Atletiko” ilə sentyabrdakı çempionat oyunu (onda madridlilər ümidsizcəsinə 2:5 uduzdular) ikinci həyəcan siqnalı idi. Ancaq “Real” həmin oyundan sonra ardıcıl 6 qələbə (biri “el klasiko”da) qazandı və istefa söhbəti unuduldu.
Üçüncü böhran təxminən bir ay – noyabrın əvvəlindən dekabra qədər uzandı. Həmin vaxt Madrid nəhəngi 7 oyunun yalnız ikisində qələbə qazandı. Deyilənə görə, “Mançester Siti”yə məğlubiyyətdən sonra ona vəziyyəti düzəltmək üçün 3 oyunluq şans verilibmiş. İspaniyalı mütəxəssis “Alaves”, “Sevilya” və “Betis”i məğlub etməklə yenidən çətin durumdan çıxa bildi.
Elə həmin vaxtlar mediada mütəxəssisin yetirmələri ilə problem yaşaması haqda xəbərlər peyda olmağa başladı. Məsələn, “The Athletic” yazırdı ki, Vinisius məhz baş məşqçi ilə münaqişə üzündən “Real”la müqavilə müddətini uzatmaqdan boyun qaçırır. Nəticədə az qala Alonsonun işə başladığı ilk gündən haqqında yazılan hadisə baş verdi: o, istefaya göndərildi.
“Real” yeni Zidan tapmağa çalışır
Əslində Karlo Ançelotti gedəndən sonra Xabi Alonso bazarda yeganə yaxşı variant idi. Bekar top səviyyəli məşqçilərin sayı heç də artmayıb, odu ki, klub rəhbərliyi indi öz akademiyasının resurslarına müraciət etməli oldu. Alvaro Arbeloa məhz elə orda tapıldı. O, yaydan bəri klubun gənclər komandasını - “Real Madrid Kasilya”nı çalışdırır. Bu komanda 42 yaşlı ispaniyalının rəhbərliyi altında 19 oyuna 31 xal toplamaqla ölkənin gücünüə görə 3-cü divizionunda 4-cü pillədə qərarlaşıb. Vaxtilə Zinəddin Zidan da eyni yolu qət etmişdi. Gənclər komandasından əsas komandaya qədər irəliləyən fransalı mütəxəssis ardıcıl üç il Çempionlar Liqasının qalibi oldu.
Və daha bir maraqlı sual: doğrudanmı, Alonso zəif nəticə göstərib? Komanda onun rəhbərliyi altında keçirdiyi 34 oyunun 24-də qələbə qazanıb (4 heç-heçə, 6 məğlubiyyət), buraxdığından iki dəfə artıq qol vurub. “Ağ şimşəklər” “Barselona”dan 4 xal geri qalmaqla ikinci pillədə qərarlaşıb. Çempionlar Liqasında, ümumiyyətlə, ilk “8-lik”dədilər (yeri gəlmişkən, “Barselona” orda 15-ci yerdədi).
Həm də Alonso ötən mövsüm heç bir titul qazanmayan komanda ilə çalışmağa razılıq vermişdi. Odu ki, hansısa yüksək gözləntilərdən danışmağa dəyməz. Belədə istefa qərarı bir qədər də qəribə görünür.
Təbii ki, rəsmi press-relizdə yer alan diplomatik ifadələr şübhəli qərarla bağlı risk ehtimallarını aşağı salmaq üçün seçilib. Ancaq jurnalistlərlə insayderlərin hamısının ağzını yummaq mümkün deyil ki! Kimsə yazır ki, Alonso özü gedib, çünki daimi təzyiq və lazımınca dəstək görməmək – istər rəhbərlikdən, istərsə də futbolçulardan – onu bezdirib. Bir başqası yazır ki, qovulmanın səbəbi futbolçularla mübahisələr, qeyri-qənaətbəxş nəticə və mütəxəssisin daha məzmunlu oyun göstərməklə bağlı uğursuz cəhdləridi. Guya Xabi heç cür komanda üçün münasib formul tapa bilməyib.
İndi bu variantlar ətrafında uzun-uzadı danışmağın mənası yoxdu. Reallıq budu ki, ispaniyalı mütəxəssis bu komandada uğursuzluğa düçar olub ayrıldı. İstefanı Alonso özü istəyibsə, deməli, daxildə “virusa yoluxma” var. Vinisiusun isterikaları, Mbappenin narazılığı, Valverdenin deyinməsi – belə çıxır ki, ən ulduz futbolçular da inkişaf vektorunu müəyyənləşdirə bilmir. Axı Xabi hansısa fundamental səhvlərə yol verməyib, hətta nəticələri də fiasko saymaq mümkünsüzdü.
Belə çıxır ki, Peres şıltaq və qeyri-sabit prezident kimi davranıb, halbuki indiyə qədər belə obraza malik deyildi. De Laurentis, Boeli, Anyelli, Retkliff belə vəziyyətdə məşqçini birtərəfli şəkildə qova bilərdi. Amma Florentino yox. “Real”ın statusu elə böyükdü ki, prezidentinin belə absurd davranışa əl atması çox yersizdi.
Nəticə
Bu istefa olayından doğan daha bir əsas nəticəni bölüşmək istəyirik: "Real" dünya futbolunun müasir reallıqlarına uyğunlaşmaq və sözün ən yaxşı mənasında üzvi şəkildə əsl kluba çevrilmək şansına malik idi. Sehr, şans, psixologiya, aura və yalnız səviyyə artıq həlledici rol oynamır, titullar gətirmir - bu, Ançelottinin son mövsümünün ortalarında aydın oldu. Məhz buna görə də Alonso - aydın ideyalara, sistemə və dünyanın aparıcı komandaları arasında qərarlaşmaq üçün lazım olan bütün başqa atributlara malik gənc, perspektivli bir mütəxəssis gəldi.
Madrid klubunun orqanizmi buna, yəni yeniliyə hazır deyildi. Məşhurların saysız-hesabsız çoxluğu və alqoritmlərə tabe olmaq istəməməsi kimi təbii proseslər Xabini, sadəcə, rədd etdi. Zidan və Ançelottinin səyləri ilə inkişaf etdirilən toxunulmazlıq, sistemsizlik ilə şərtlənən immunitet sistemi işə düşdü. Lakin zaman dəyişir. Və sonra tanış modellərə qayıdış gəlir. İnformasiya məkanında artıq müəyyən insaydlar peyda olub ki, bunlar da Arbeloanın komandanı dəmir taktiki planlar olmadan Karlonun modeli əsasında oynatmaq istəyindən xəbər verir.
Bəli, "Real” normal kluba çevrilmək fürsətini əldən verdi. Madridlilərin buna ehtiyac duyub-duymadığını isə hələ aydınlaşdırmaq lazımdı. Yüksək səviyyəli futbolun trendləri “Real”ın səhv yolda olduğunu az qala qışqıra-qışqıra deyir. Xabi Çempionlar Liqasında ilk “8-lik”də idi (Ançelotti buna nail ola bilməmişdi) və çempionatda "Barselona"dan çox da geri qalmırdı. Görünür, rəhbərlər, sadəcə, mürəkkəb konstruksiyaların bir neçə aya başa gəlmədiyini anlaya bilmədilər.
Bəlkə də Alonso sonda uğursuz olacaqdı, amma ona heç nəyəsə nail olmaq üçün yarım mövsüm belə verilmədi. Hələlik biz Xabinin işdən çıxarılmasını ciddi bir səhv kimi qeyd edə bilərik. Bu qərarın fəsadlarının necə olacağını isə heç kim bilmir. Ancaq "Bernabeu"nun üzərini qara buludlar alıb və asma dam da belə vəziyyətdə xilaskar kimi görünmür.
Sitat
Alvaro Arbeloa:

“Bu klubun məqsədi qələbə, qələbə və daha çox qələbə qazanmaqdı. Bu, bizim DNT-mizdi. Klub muzeyinin rəflərinin dolmasına səbəb olan da budu. Mən bu dəyərləri oyunçu kimi paltardəyişmə otağında mənimsədim və ən vacib şey də budu”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:357
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Yanvar 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri