Icma.az
close
up
RU
Reallığı əks etdirməyən hər görüntü cinayət sayıla bilməz Deputat

Reallığı əks etdirməyən hər görüntü cinayət sayıla bilməz Deputat

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əgər hansısa görüntü reallığı əks etdirməsə də, şəxsin şərəf və ləyaqətinə zərər vurmursa, bu halda cinayət tərkibi yaranmır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, qanun layihəsində “reallığı əks etdirməyən” ifadəsi normadan çıxarılmalı və ya daha dəqiq formada, şəxsin şərəf və ləyaqətini alçaldan, nüfuzuna ziyan vuran foto, video və audio materialların hazırlanmasının cinayət məsuliyyəti yaratdığı kimi ifadə olunmalıdır.

O qeyd edib ki, hər bir reallığı əks etdirməyən məlumat cinayət hesab edilə bilməz: 

“Cinayət Məcəlləsinin 14-cü maddəsinə əsasən, əməl yalnız ictimai təhlükəli olduqda cinayət sayılır. Əgər hansısa görüntü reallığı əks etdirməsə də, şəxsin şərəf və ləyaqətinə zərər vurmursa, bu halda cinayət tərkibi yaranmır”.

Deputat əlavə edib ki, belə hallarda vətəndaşın məhkəməyə müraciət etməsi əlavə vaxt itkisinə və məhkəmələrin yüklənməsinə səbəb ola bilər. Buna görə də normada zərər meyarı açıq şəkildə göstərilməlidir.

Q.Həsənquliyev həmçinin təklif edib ki, süni intellekt və xüsusi proqram təminatlarından istifadə etməklə törədilən cinayətlər ayrıca maddələrdə qeyd olunmaq əvəzinə, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əlavə edilərək ağırlaşdırıcı hal kimi nəzərdə tutulsun.

Onun sözlərinə görə, son dövrlərdə bu texnologiyalardan istifadə etməklə törədilən əməllər daha təhlükəli xarakter daşıyır və bu, cəza təyin edilərkən nəzərə alınmalıdır.
Deputat sonda cərimələrin müəyyənləşdirilməsi məsələsinə də toxunaraq bildirib ki, cəzaların həcmi müəyyən edilərkən ölkənin iqtisadi vəziyyəti, əhalinin gəlir səviyyəsi və sosial rifah göstəriciləri də nəzərə alınmalıdır. O hesab edir ki, bu yanaşma hüquqda ədalətlilik prinsipinin təmin olunması baxımından vacibdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Aprel 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri