Icma.az
close
up
RU
Reanimasiya çarpayısının olmaması ciddi sistem pozuntusudur Sosioloq

Reanimasiya çarpayısının olmaması ciddi sistem pozuntusudur Sosioloq

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Bakı şəhər sakini, xəstəxanalarda reanimasiyalarda boş yerin olmamasından şikayətçidir.

"Medicina" xəbər verir ki, qadın ağır dializ xəstəsinin təcili reanimasiyaya yerləşdirilməli olduğunu bildirib. "Atam böyrək çatışmazlığından əziyyət çəkir. Vəziyyəti ağırlaşdığı üçün Mərkəzi Neftçilər Xəstəxanasına apardıq. Həkim rəyinə əsasən, reanimasiyaya yerləşdirilməlidir. Nəinki bu xəstəxanada, biz Təcili Təxirəsalınmaz Tibbi Yardıma başqa xəstəxanada yerləşdirilmə üçün müraciət etsək də, bizə imtina edirlər. Atamın yaşama və müalicə hüququ var, "SOCAR" sığortası var"


Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, son zamanlar tibb müəssisələrinə artan müraciət saylarının nəticəsidir ki, xəstəxanalarda doluluq faizi yüksəkdir:

"Bir sıra tibb müəssisələrində çarpayı fondunun idarə olunması üzrə nəzarət modulu yaradılıb. TƏBİB-in aidiyyəti struktur bölmələri və tibb müəssisələrinin rəhbərləri həmin modula giriş imkanına malikdirlər. Qeyd etməliyik ki, xəstəxanalarda çarpayı sayı (stasionar, intensiv terapiya) tibb müəssisəsinin mövcud infrastrukturu, kadr potensialı, ixtisaslaşması normativ hüquqi aktlara əsasən tənzimlənir.  Son zamanlar tibb müəssisələrinə artan müraciət saylarının nəticəsidir ki, xəstəxanalarda doluluq faizi yüksəkdir. Bəzən boş çarpayı olmadığı üçün müraciət etmiş vətəndaşlar TƏBİB tabeli tibb müəssisələrinə yerləşdirilə bilmir. Artım dinamikasını nəzərə alaraq yeni intensiv terapiya şöbələrinin yaradılması nəzərdən keçirilir".

O zaman ağır xəstəniz varsa, ya özələ aparmalısız, ya da Allaha dua edib boş çarpayı istəməlisiz.


Sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirib ki, son illərdə səhiyyə sahəsində baş verən problemlər cəmiyyətin geniş kəsimində ciddi narazılıq doğurur:


“Bu problemlərin miqyası və müxtəlifliyi onları sadalamağı zaman baxımından çətinləşdirir. Lakin reanimasiya şöbələrində çarpayı çatışmazlığı xüsusi olaraq diqqətəlayiq və sistem xarakterli bir problemdir. Belə ki, reanimasiya təcili, həyati təhlükə daşıyan vəziyyətlərdə olan, əməliyyatdan çıxmış və ya ağır travma almış xəstələrin qısa müddətli intensiv nəzarət və müalicə aldığı sahə olaraq əvvəlcədən planlaşdırılmalı və müvafiq infrastrukturla təmin edilməlidir. Əgər bir xəstə hospitala müraciət edir, əməliyyata alınırsa, əməliyyatdan sonrakı mərhələdə onun reanimasiya şəraitində müalicəsi də planın bir hissəsi olmalıdır. Lakin reanimasiya çarpayısının olmaması, xüsusilə xəstəxanaya vaxtında yerləşdirilmiş və tibbi müdaxiləyə ehtiyacı təsdiqlənmiş pasiyent üçün ciddi sistem pozuntusudur. Bu cür hallar, təəssüf ki, bəzən xəstə yaxınlarının əlavə ödəniş etməsi müqabilində reanimasiya yerlərinin “tapılması” ilə müşahidə olunur ki, bu da korrupsiya ehtimalını gündəmə gətirir. Məsələ ictimai müzakirəyə çıxarılmalı, geniş ictimaiyyətin və aidiyyəti dövlət orqanlarının diqqətinə çatdırılmalıdır. Belə halların mövcudluğu, səhiyyə sistemində nəzarət və tənzimləmə mexanizmlərinin qeyri-effektivliyini göstərir. Əgər sözügedən xəstəxana dövlət müəssisəsidirsə, orada hər bir xəstənin əməliyyatdan və ya travmadan sonra reanimasiyada yerləşdirilməsi təmin edilməlidir. Əgər bu özəl tibb müəssisəsidirsə, onun da özəl tibbi fəaliyyətlə bağlı normativ hüquqi öhdəlikləri mövcuddur və onlar icra olunmalıdır. Bütün bu hallar onu göstərir ki, reanimasiya xidmətlərində mövcud çatışmazlıqların aradan qaldırılması üçün Səhiyyə Nazirliyi və ona nəzarət edən müvafiq dövlət strukturları tərəfindən araşdırma aparılmalı, komissiyalar yaradılmalı və məsuliyyət daşıyan şəxslər müəyyən olunaraq müvafiq tədbirlər görülməlidir. Demokratik və müstəqil bir ölkədə səhiyyə sistemində belə neqativ hallar xüsusən də insan həyatının təhlükədə olduğu situasiyalarda qəbuledilməzdir və bu, həm peşəkar, həm də mənəvi baxımdan cəmiyyət üçün utancverici hal kimi qiymətləndirilməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 İyun 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri