Rəcəb Tayyib Ərdoğan: Tramp Ukrayna üzrə danışıqlar aparmaq üçün Putinlə Türkiyədə görüşməyə hazırdır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 27 iyun, AZƏRTAC
Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Donald Tramp Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzrə sülh danışıqları üçün Türkiyəyə gələcəyi təqdirdə, özü də bu məqsədlə Türkiyəyə gəlməyə hazır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Haaqada keçirilmiş Şimali Atlantika Alyansının sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Əsas məqsədimiz ölkəmizdə liderlər səviyyəsində görüş keçirmək və çoxdan gözlənilən sülhə nail olmaqdır. Mən bu barədə ABŞ Prezidentinə Haaqadakı görüşümüz zamanı məlumat verdim. Tramp bildirdi ki, Rusiya Prezidenti Vladimir Putin İstanbul və ya Ankaraya nizamlanma üçün gələrsə, o da gələcək. Zəruri təmasları həyata keçirəcəyik və ümid edirəm ki, ən qısa zamanda görüşə biləcəyik”, – deyə “Anadolu” agentliyi Prezident Ərdoğanın sözlərindən sitat gətirib.
Baxış sayı:59
Bu xəbər 27 İyun 2025 07:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















