Icma.az
close
up
RU
“Red Black Army” “Qəbələ”nin mərhələ keçəcəyinə inanır

“Red Black Army” “Qəbələ”nin mərhələ keçəcəyinə inanır

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Qışa qədər cəmi 8 xal toplayan “Qəbələ” fasilədən sonra keçirdiyi iki oyunda 6 xal qazanıb. Kaxaber Sxadadzenin komandası ilk 16 matçda baxımlı oyunla yadda qalsa da, nəticə baxımından çatışmazlıq yaşayırdı.

Görünür, “qırmızı-qaralar” artıq bu səddi də aşıb. Onlar 17-ci turda “Şamaxı”, 18-ci turda isə “İmişli”ni məğlub etdi. Artıq həm oyun var, həm də nəticə. Klub qış fasiləsində “Neftçi”dən icarə əsasında Rza Cəfərovu, Cənubi Afrikanın "Stellenboş" klubunda çıxış edən cinah müdafiəçisi Turan Manafovu və iki legioner - İsmael Akinade ilə Seydina Keytanı heyətinə qatıb.
Həmçinin “Qəbələ” kubokun 1/4 final oyununda səfərdə lider “Sabah”la qolsuz heç-heçə etdi, cütün taleyi Qəbələdə həll olunacaq. Bəs indiki “Qəbələ”nin “Sabah”ı keçməsi mümkündü?
Bu haqda komandanın əsas azarkeş qrupu “Red Black Army”nin rəhbəri Cavad Şəriflinin fikirlərini öyrəndik:

“Qəbələ” indi yaxşıdı, yaxşılığa doğru gedir. Düzdü, ilk dövrədə 10-15 hücum edirdik, qol vurmaqda çətinlik çəkirdik, rəqiblər gəlib əks-hücumda cəzalandırırdı, qalib gəlirdi. Şükürlər olsun, indi bir-iki toxunuş oldu, komanda özünə gəldi. Vəziyyət elə oldu ki, rəhbərlik, məşqçi, futbolçular, azarkeşlər - hər kəs yumruğunu birləşdirdi, dedik ki, ən azı elitada qalmalıyıq. 1-ci liqadan yeni qayıtmışıq. Yüksək pillələr uğrunda oynamaq tezdi. Heyətimizin 70 faizi 1-ci liqada da bizimlə oynayan futbolçular idi. Hər kəs baş məşqçinin arxasında dayandı. Yanvardan sonra yaxşı oyun sərgiləyirik. Çempionatda ardıcıl 2 qələbə və 2 qol elə-belə nəticə deyil. “Qəbələ” yanvardan sonra çempionatın ən yaxşı komandalarından biridi. Kubokda elitanın lideri “Sabah”la səfərdə 0:0 da çox yaxşıdı, məncə. Reallığa baxanda “Sabah”ın yaxşı heyəti, komandası var. Belə komanda ilə oyunun şansını Qəbələyə saxlamışıqsa, bu özü uğurdu. Bu futboldu, hər şey ola bilər. “Qəbələ” ən zəif vaxtlarında kubokun yarımfinalına, finalına çıxıb, hətta qalib olub. İnanırıq ki, komandamız gələcəkdə daha yüksək yerlər uğrunda oynayacaq. Üstümüzdən çempionatda qalmaq uğrunda mübarizənin ağırlığı götürüləcək. Kubokda da inanıram ki, iki oyunun nəticəsinə görə “Qəbələ” növbəti mərhələyə yüksələr”.


MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Fevral 2026 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri