“Red Bull” Azərbaycan Qran prisi ərəfəsində pilotla müqaviləni uzatdı
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Formula-1” komandası “Red Bull” Azərbaycan Qran-prisi ərəfəsində İsak Hacarla müqavilənin müddətini uzatdığını açıqlayıb.
“İdman.Biz” “Formula-1”in rəsmi saytına istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən fransalı pilot 2027-ci il mövsümündə də Avstriya komandasında çıxış edəcək.
Hacar cari mövsümün əvvəlində “Red Bull”a qoşulub. O, Yuki Tsunodanı əvəzləyərək dördqat dünya çempionu Maks Ferstappenin komanda yoldaşı olub. Fransalı pilot cari çempionatda mütəmadi olaraq xal toplayıb və Monako Qran-prisində üçüncü yeri tutub.
Hacar biləyindən aldığı zədə səbəbindən son üç mərhələni buraxıb. 21 yaşlı pilotun qarşıdakı həftəsonu keçiriləcək Azərbaycan Qran-prisində mübarizəyə qayıtması gözlənilir.
“Mən “Red Bull”da çıxışımı davam etdirəcəyim üçün çox şadam. Müqaviləni imzaladığım ilk andan qarşıma özümü tamamilə komandaya həsr etmək məqsədi qoymuşam. Daim dinləməyə, öyrənməyə və hər gün daha yaxşı olmağa çalışıram”, - Hacar deyib.
“Red Bull”un rəhbəri Loran Mekiys pilotun çıxışlarının müqavilənin uzadılması qərarını komanda üçün asan etdiyini bildirib.
“İsak komandaya qoşulduğu gündən həm trasda, həm də ondan kənarda özünü möhtəşəm göstərib. Müqavilənin uzadılması ona nə qədər güvəndiyimizi göstərir. Onun trasa qayıtmasını səbirsizliklə gözləyirik”, - Mekiys bildirib.
Qeyd edək ki, Hacar “Red Bull”un gənc pilotlar proqramının yetirməsidir. O, 2025-ci ildə “Racing Bulls” komandasının heyətində “Formula-1”də debüt edib və Niderland Qran-prisində ilk uğurunu qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 23 Sentyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















