“Red Bull”un pilotu Azərbaycan Qran prisini buraxa bilər
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Red Bull”un fransalı məşhur pilotu İsak Hacar biləyindən aldığı zədə səbəbindən “Formula-1”in Azərbaycan Qran-prisini buraxa bilər.
İdman.Biz “GPblog” istinadən xəbər verir ki, komanda fransalı pilotun Bakıda keçiriləcək mərhələdə sükan arxasına qayıdacağını hələ təsdiqləyə bilmir.
İsak Hacar yay fasiləsi zamanı zədələnib və artıq ardıcıl üç mərhələni buraxıb. Niderland və İtaliya Qran-prilərində onu Liam Louson əvəzləyib. İspaniya Qran-prisində də heyət dəyişməyəcək.
Hacar özü komanda ilə birlikdə Madridə gəlib. Lakin o, zədələnmiş biləyində hələ də fiksator gəzdirməkdə davam edir. Nəşrin məlumatına görə, “Red Bull” pilotun qayıdışını konkret mərhələ ilə əlaqələndirmək niyyətində deyil və onun tam bərpa olunması üçün nə qədər vaxt lazım olsa, gözləməyə hazırdır.
Fransalı pilotun vəziyyəti Bakıda keçiriləcək mərhələ yaxınlaşdıqca yenidən qiymətləndiriləcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 24-26 sentyabr tarixlərində baş tutacaq.
Bakı mərhələsi payızın üçlü yarış seriyasının ilk yarışı olacaq. Bundan sonra Qran-pri mərhələləri ardıcıl olaraq Malayziya və Sinqapurda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 11 Sentyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















