Icma.az
close
up
RU
Redington, Azərbaycan ofisi ilə MDB bölgəsindəki inkişafını sürətləndirir FOTO

Redington, Azərbaycan ofisi ilə MDB bölgəsindəki inkişafını sürətləndirir FOTO

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Redington Türkiyə, Azərbaycanda açdığı yeni ofis ilə MDB bölgəsindəki mövcudluğunu daha da gücləndirir. Davamlı inkişaf hədəflərinin bir hissəsi olaraq reallaşdırılan və regionun rəqəmsal transformasiyasına töhfə verməyi hədəfləyən bu strateji addımın təqdimatı 7 may tarixində Bakıdakı Four Seasons Otelində keçirilən xüsusi tədbirdə baş tutub.

Redington Türkiyə, davamlı inkişaf strategiyası çərçivəsində Qazaxıstandan sonra Azərbaycanda da yeni bir ofis açıb. 40-dan çox bazarda fəaliyyət göstərən və 290-dan çox texnologiya brendinin distribyutorluğunu həyata keçirən Redington Qrupu, Türkiyədə əldə etdiyi uğuru MDB bölgəsinə daşımağı planlaşdırır. Redington Türkiyə & MDB, Azərbaycanda yeni ofisi ilə bazara güclü bir giriş edərək regionun texnologiya ekosisteminə mühüm töhfələr verməyə hazırlaşır.

Redington Türkiyə, Azərbaycanda yerli mövcudluğunu gücləndirir

Türkiyədə əhəmiyyətli uğurlara imza atan və davamlı inkişafını davam etdirən Redington Türkiyə, indi isə Azərbaycandakı son istifadəçilərə texnologiya ehtiyaclarına ən uyğun proqram təminatı həllərini partnyorları vasitəsilə təqdim etməyi hədəfləyir. Şirkət Azərbaycan ofisi vasitəsilə regionun böyük potensialından faydalanmağı və yerli ehtiyaclara cavab vermək üçün qlobal təcrübə ilə yerli xidmətləri birləşdirməyi qarşısına məqsəd qoyub.

Azərbaycanda fəaliyyət göstərən və hər keçən gün böyüyən mütəxəssis komandası ilə Redington, distribyutorluğunu etdiyi qlobal markaların Kibertəhlükəsizlik, Server, Məlumatların Saxlanması, Məlumatların Qorunması və Analitika həllərini partnyorları vasitəsilə son istifadəçilərə təqdim edəcək. Yaxın zamanda Bulud Hesablama həlləri ilə regiondakı məhsul portfelini genişləndirəcək olan Redington Türkiyə, Arctera, Cohesity, Mastercard, Kehua Technology, Automind, Qlik, EDB, Pure Storage, Kaytus, Vast Data, Eviden, Binalyze, Sangfor, Corelight, Tripwire / Fortra, Red Hat, SAS, PTC, DTEN və ZOOM kimi dünyaca məşhur texnologiya markaları ilə innovativ həllər təqdim etməyi planlaşdırır.

Yeni ofis çərçivəsində fəaliyyət göstərəcək Redington Azərbaycan Akademiyası, Azərbaycanın İT ekosistemində texniki bilik səviyyəsini artırmağı və rəqəmsal transformasiya proseslərinə dəstək göstərməyi hədəfləyir. Redington-un qlobal həlləri, iri müəssisələrdən kiçik və orta bizneslərə qədər bütün səviyyələrdəki şirkətlərin ehtiyaclarını qarşılamağa hazırdır.

Açılış tədbiri texnologiya liderlərini bir araya gətirdi

Azərbaycan ofisinin açılış mərasimi 7 may tarixində Bakıdakı Four Seasons Otelində keçirilən xüsusi tədbirlə qeyd olundu. Tədbirdə Redington rəhbərliyi, qlobal texnologiya markalarının regional yüksək səviyyəli nümayəndələri və yerli partnyorlar bir araya gələrək yeni əməkdaşlıq imkanlarını müzakirə etdilər. Görüşlərdən sonra tədbir əyləncəli şou və canlı musiqi müşayiəti ilə keçirilən qala şam yeməyi ilə başa çatdı.

Tədbirdə Redington Türkiyə & MDB-nin Baş direktoru Bora İncirRedington Türkiyə, MDB və Afrika Regionunun Rəhbəri Serkan Çelik də iştirak ediblər. Bora İncir öz növbəsində yeni komandanı təqdim etdi. Komandaya Redington-un MDB ölkələri üzrə regional meneceri Abdullah Doğanay və Redington-un Azərbaycan üzrə meneceri Cəlal Sadıxov daxildir.

Bora İncir: "Türkiyədə qazandığımız uğuru Azərbaycana daşıyırıq"

Redington Türkiyə & MDB-nin Baş direktoru Bora İncir, Azərbaycanda uzunmüddətli və güclü bir inkişaf hədəflədiklərini vurğulayaraq bildirib:
"Türkiyədə əldə etdiyimiz güclü inkişaf və uğuru başda Azərbaycan olmaqla bütün MDB bölgəsinə daşımağı planlaşdırırıq. Qlobal təcrübəmizi yerli xidmət yanaşması ilə birləşdirərək, Azərbaycandakı partnyorlarımız vasitəsilə regiondakı texnologiya ehtiyaclarına ən uyğun həlləri təqdim edəcəyik. Azərbaycanda açdığımız ofis, bu bölgəyə verdiyimiz strateji əhəmiyyətin bariz nümunəsidir. İnvestisiyalarımızı davam etdirərək bölgədəki mövqeyimizi daha da gücləndirəcəyik."

Contact:
Selin Bozdağ
Senior Brand Manager
[email protected]
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri