Rəfsəncaninin qızına atasının ölümü ilə bağlı iddialarına görə məhkəmə işi açılıb
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Rəfsəncaniyə qarşı məhkəmə işi açılıb.
APA İran mediasına istinadən xəbər verir ki, buna səbəb Faizə Rəfsəncaninin atasının ölümü ilə bağlı çıxışı olub.
Faizə Rəfsəncani atasının xalqın yanında olduğu üçün və hakimiyyətin siyasətini tənqid etdiyinə görə sui-qəsdlə öldürüldüyünü iddia edib.
Bu iddiadan sonra İranın Ədliyyə Nazirliyi sabiq prezidentin qızına qarşı iş qaldırıb, Faizə Rəfsəncani fikirlərinə aydınlıq gətirməsi üçün məhkəməyə çağırılıb.
Qeyd edək ki, 2017-ci ildə vəfat edən Əli Əkbər Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İranın prezidenti olub. Rəfsəncaninin ürəktutmasından öldüyü bildirilsə də, ailəsi buna şübhə ilə yanaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 29 Oktyabr 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















