Icma.az
close
up
RU
Regenerativ və imkanları genişləndirən şəhərlərə keçidi dəstəkləmək üçün daxili inkişafdan istifadə mövzusunda panel müzakirəsi baş tutub FOTO

Regenerativ və imkanları genişləndirən şəhərlərə keçidi dəstəkləmək üçün daxili inkişafdan istifadə mövzusunda panel müzakirəsi baş tutub FOTO

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

COP29 çərçivəsində "Regenerativ və imkanları genişləndirən şəhərlərə keçidi dəstəkləmək üçün daxili inkişafdan istifadə" mövzusunda panel müzakirəsi baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Inner Development Goals təşkilatının həmtəsisçisi Erik Fernholm panel müzakirəsi zamanı bildirib ki, iqlimlə bağlı məlumatlılıq mühüm daxili imkanları, bacarıqları və perspektivləri müəyyən edən xəritə tələb edir.

"Bizdə davamlılıq böhranı yox, davranış böhranı var. Biz harada olduğumuza görə özümüz məsuliyyət daşıyırıq və bunu anlamaq təbii ki, narahatlıq doğurur. Bu emosional bir prosesdir: əgər mənfi emosiyaların öhdəsindən gələ bilməsək və onları saxlaya bilmiriksə, vəziyyəti dərk edə bilmərik. Biz özümüzü müdafiə edirik, bəhanələr gətiririk və əvvəlki kimi yaşamağa davam edirik", - o bildirib.

Onun sözlərinə görə, dərk etmək lazımdır ki, bizim çağırışlarımız əməllərimizlə yaranır.

"Bu, çətin bir həqiqətdir, lakin ümidvericidir: bunu dərk etməklə biz harada dəyişikliklər edə biləcəyimizi görə bilərik", - o bildirib.

O qeyd edib ki, sistemli düşünmək, yeni perspektivlər tapmaq və hərəkət etmək bizim üçün vacibdir - həm fərdi, həm də kollektiv şəkildə.

Alohas Regenerative Fondunun həmtəsisçisi Mark Buckley öz növbəsində qeyd edib ki, bir dövrdən digərinə keçid innovasiyalar olmadan mümkün deyil.

"Nə üçün biz innovasiya mərkəzində daxili və xarici inkişafı müzakirə edirik? Çünki istər buxar maşını, istər çap maşını, istərsə də kosmosa gedən istənilən inkişaf, hər keçid yenilik tələb edir. Bütün bu texnologiyalar bəşəriyyəti dəyişdi", - o bildirib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri