Icma.az
close
up
RU
Region ölkələri hansı halda İrana qarşı çıxa bilər?

Region ölkələri hansı halda İrana qarşı çıxa bilər?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"İranın İsraillə müharibə fonunda Hörmüz boğazını bağlayacağını bildirməsi geosiyasi baxımdan son dərəcə ciddi və çoxşaxəli nəticələrə yol aça biləcək bir məsələdir".

Bunu Oxu.Az-a açıqlamasında Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu deyib.

O vurğulayıb ki, Hörmüz boğazı dünya enerji ticarəti üçün ən strateji dəniz keçidlərindən biridir:

"Hər gün bu boğazdan təxminən 17-20 milyon barel neft daşınır. Bu isə dünya neft ticarətinin 20%-dən çoxu deməkdir. Əsasən, Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Qətər, BƏƏ və Bəhreyn kimi ölkələr neft və mayeləşdirilmiş təbii qaz (LNG) ixracatında bu boğazdan istifadə edir. Tankerlər üçün alternativ marşrutlar yoxdur, çünki bu regionda digər çıxış yolları ya yoxdur, ya da çox məhdud və olduqca təhlükəlidir. Bu mənada İranın boğazla bağlı verdiyi bəyanatdan sonra müzakirə olunan əsas suallardan biri də məhz bununla bağlıdır: İran faktiki olaraq Hörmüz boğazını bağlaya bilərmi? Əslində, bəli, texniki olaraq, qısamüddətli bağlama mümkündür. Lakin bunun uzunmüddətli və davamlı olması real deyil".

Ekspert bunu bir neçə səbəblə əlaqələndirib:

"İran bu boğaza çıxış imkanına malikdir və "A2/AD" (anti-access/area denial) strategiyası çərçivəsində raketlər, dəniz minaları və sürətli hücum qayıqları ilə keçidi müvəqqəti dayandıra bilər. Lakin ABŞ və onun bölgədəki müttəfiqləri (xüsusilə BƏƏ və Səudiyyə Ərəbistanı) güclü hərbi-dəniz qüvvələrinə malikdir. ABŞ-nin 5-ci Donanması Bəhreyndə yerləşir və boğazın açıq qalması bu ölkələr üçün prioritetdir. Belə bir blokada, onsuz da, həssas olan bir zamanda iri neft ixracatçısı olan region ölkələrini də İrana qarşı qaldıra bilər".

Müsahibimiz əlavə edib ki, boğazın bağlanması qlobal enerji bazarına təsirsiz öütşməyəcək:

"Neftin və qazın qiyməti kəskin şəkildə artar. Diqqət edirsinizsə, hətta blokada olmasa belə, hazırda baş verən eskalasiya nəticəsində artıq neftin qiyməti qalxmaqdadır. Boğazın bağlanması, eyni zamanda, beynəlxalq bazarlarda təchizat böhranı yaradar. Xüsusilə enerji asılılığı yüksək olan Asiya ölkələri (Çin, Yaponiya, Hindistan) dərhal təsirlənər ki, bu da İranın adıçəkilən ölkələrlə münasibətlərinə təsirsiz ötüşməz".

"İranın Hörmüz boğazını bağlamaqla bağlı səsləndirdiyi bəyanatını psixoloji və siyasi təzyiq vasitəsi kimi qəbul etmək olar, çünki nəticələri özü üçün də ağır ola bilər. İranın bu addımı atmaq ehtimalı çox riskli və özünə də zərərli olduğu üçün məhduddur, lakin bölgədəki gərginlik və müharibə ehtimalı artdıqca qısamüddətli təhlükələr real ola bilər", - şərhçi fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyun 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri