Icma.az
close
up
RU
Region ölkələrinin iqtisadi əlaqələri genişlənəcək POLİTOLOQ ŞƏRH ETDİ

Region ölkələrinin iqtisadi əlaqələri genişlənəcək POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Zəngəzur dəhlizi sadəcə bir yol, bir nəqliyyat layihəsi deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu dəhliz əslində regionun gələcək siyasi və iqtisadi arxitekturasını müəyyənləşdirəcək strateji açardır: "Azərbaycanın təşəbbüsü ilə gündəmə gələn Zəngəzur dəhlizi ilk növbədə Türkiyə və Azərbaycan arasında birbaşa quru bağlantısı yaradır. Bu isə “bir millət, iki dövlət” konsepsiyasını praktiki olaraq yeni mərhələyə çıxarır.

İkincisi, dəhliz Türk dünyasının vahid kommunikasiya şəbəkəsini təmin edir. Yəni Bakının, Ankaranın, Astananın və ümumiyyətlə, Orta Asiyanın bütün türkdilli dövlətlərinin birbaşa inteqrasiyasına xidmət edir. Bu, yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan yeni güc mərkəzinin formalaşması deməkdir.

Üçüncüsü, dəhlizdən Rusiyanın da qazanacağı tərəflər var. Moskva yeni dəmir yolu və avtomobil marşrutları vasitəsilə həm Cənubi Qafqaza, həm də Türkiyə üzərindən Aralıq dənizinə çıxış əldə edə bilər.

Dördüncüsü, İranın mövqeyi daha mürəkkəb olsa da, Tehran da istəsə bu dəhlizdən iqtisadi fayda götürə bilər. Çünki regional tranzit marşrutlarının artması onun özünü də ikinci plana atmaz, əksinə paralel alternativlər yaradacaq. Amma İranın əsas narahatlığı Türkiyə–Azərbaycan xəttinin güclənməsidir.

Beşincisi, dəhliz Ermənistan üçün də şansdır. Əgər İrəvan bu fürsətdən düzgün istifadə etsə, illərlə blokadada qalan ölkə yeni ticarət yollarına qoşula bilər. Amma Ermənistanın ənənəvi revanşist dairələri bu perspektivi ləngidir.

Ən əsası isə Zəngəzur dəhlizi Çin–Mərkəzi Asiya–Azərbaycan–Türkiyə–Avropa xəttinin təməl elementidir. Bu marşrut “Orta Dəhliz” konsepsiyasını tam gücə mindirir və Avrasiyanın yeni İpək Yolu rolunu oynayır. Burada Azərbaycan həm körpü, həm də lider dövlət funksiyasını yerinə yetirir.

Zəngəzur dəhlizi açıldıqca region ölkələrinin iqtisadi əlaqələri genişlənəcək, geosiyasi balans isə Qafqazın öz içindən müəyyən olunacaq. Bu dəhliz Azərbaycanın strateji təşəbbüsüdür və onun reallaşması ilə Bakı təkcə iqtisadi mərkəz yox, həm də regional oyun qaydalarını müəyyən edən əsas güc olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Avqust 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri