Icma.az
close
up
RU
Region universitetləri necə cəlbedici ola bilər? Ramin Nurəliyevdən AÇIQLAMA

Region universitetləri necə cəlbedici ola bilər? Ramin Nurəliyevdən AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Bildiyimiz kimi, bölgələrdə yaşayan gənclər öz yaşadıqları ərazilərdə universitetlər fəaliyyət göstərməsinə baxmayaraq, təhsil almaq üçün əsasən Bakıya üz tuturlar.

Bəs bölgə universitetlərinə marağı artırmaq üçün hansı addımlar atılmalıdır?

Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev də bildirdi ki, regionlarda yaşayan gənclərimizin böyük əksəriyyəti daha çox Bakı şəhərinə üz tutmağa maraq göstərir.

Onun sözlərinə görə, Bakının seçilməsinin müxtəlif səbəbləri var:

"Birincisi, infrastruktur baxımından Bakının daha əlverişli olduğunu düşünənlər az deyil. İkincisi, paytaxtda istirahət mərkəzlərinin, parkların və asudə vaxtın səmərəli təşkili üçün imkanların daha çox olması, eləcə də bəzi valideynlərin Bakıda mənzilinin olması bu marağı artıran amillərdəndir. Digər tərəfdən, ali təhsil sahəsində də seçim fərqləri mövcuddur. Çünki Bakıda fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrində olan ixtisaslar regionlarda yoxdur və ya paytaxt universitetləri regionlardakı ali məktəblərlə müqayisədə daha üstün hesab olunur. Məsələn, gənc iqtisadiyyat ixtisasını seçmək istəyirsə, düşünür ki, İqtisad Universitetində təhsil almaq daha məqsədəuyğundur. Bu səbəbdən də həmin universitetə üstünlük verir. Eyni zamanda Bakı Ali Neft Məktəbi, Neft və Sənaye Universiteti, ADA Universiteti kimi ali təhsil müəssisələri daha perspektivli hesab olunur. Bu amillər istər-istəməz gənclərin regionlardan Bakı şəhərinə axınına səbəb olur".

Mütəxəssis bu vəziyyətin aradan qaldırılması üçün mümkün olan yollardan da danışdı:

"İlk növbədə regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrində yataqxana şəraitinin genişləndirilməsi və tələbələr üçün müəyyən güzəştlərin tətbiqi vacibdir. Xüsusilə Bakı şəhərindən regionlara gedən tələbələrə nəqliyyat xərcləri, yataqxana və digər sosial güzəştlər təqdim edilə bilər. Hətta yataqxananın pulsuz olması da mümkün variantlardan biridir. Bu cür təşviqlər tələbələrin regionlara yönəlməsinə ciddi təsir göstərə bilər. Bunun bariz nümunəsini Qarabağ Universitetində gördük. Burada yataqxana və qida xərclərinin dövlət tərəfindən qarşılanması tələbələrin həmin universitetə marağını əhəmiyyətli dərəcədə artırdı. Bu təcrübəni digər regionlarda yerləşən ali təhsil müəssisələrində də tətbiq etmək olar. Belə olan halda gənclər seçim edərkən real müqayisə aparacaqlar. Məsələn, Bakıya gələn bir tələbənin aylıq kirayə və qida xərcləri 500-600 manata çata bilər. Bu isə regiondan olan bir tələbə üçün kifayət qədər ciddi məbləğdir. Amma regionda təhsil aldıqda bu xərclər yarıdan çox azaldığı təqdirdə, həm tələbə, həm də valideyn tərəddüd etmədən regionu seçə bilər".

Müsahibimizin fikrincə, müxtəlif güzəştlərin tətbiqi mümkündür.

"Tələbə kartlarında endirimlər, xüsusi təqaüdlər və ya Bakıdan regionlara gedən tələbələr üçün əlavə maliyyə dəstəyi göstərilə bilər. Burada çox vacib bir məqama diqqət çəkmək istərdim: bu məsələ ilə bağlı təşəbbüsü yalnız dövlətdən gözləmək düzgün deyil. Böyük şirkətlər, iri təşkilatlar və qeyri-hökumət qurumları da bu prosesdə aktiv iştirak etməlidir. Məsələn, böyük şirkətlər Bakıdan regionlara gedən tələbələr üçün xüsusi təqaüdlər təsis edə bilərlər ki, bu da gənclər üçün əlavə stimul olar. Təəssüf ki, hazırda bu istiqamətdə ölkəmizdə passivlik müşahidə olunur. Avropa təcrübəsinə, eləcə də Türkiyəyə baxdıqda görürük ki, böyük şirkətlər tələbələr üçün təqaüd proqramlarının təşviqinə daha geniş yer verirlər. ABŞ, Kanada, Çin kimi ölkələrdə də dövlətlə yanaşı özəl sektor, qeyri-hökumət təşkilatları və iri korporasiyalar tələbələrə müxtəlif təqaüdlər təqdim edir. Bu da gənclərin təhsilə marağını artırır. Bu təcrübəni ölkəmizdə də tətbiq etmək mümkündür. Azərbaycanda da kifayət qədər iri və güclü şirkətlər mövcuddur. Onları bu prosesə cəlb etmək olar. Şirkətlər tərəfindən təqdim edilən təqaüdlər həm rəqabət mühiti yaradacaq, həm də gələcəkdə həmin tələbələrin bu şirkətlərdə işlə təmin olunmasına zəmin yaradacaq. Bu isə əmək bazarının inkişafına müsbət təsir göstərə bilər.

Düşünürəm ki, bu istiqamətdə artıq konkret addımların atılmasının vaxtıdır. Sovet düşüncə tərzindən uzaqlaşmalı, beynəlxalq təhsil sistemi və təcrübəsi ilə rəqabət aparmağa başlamalıyıq. Bu rəqabəti təmin etmək üçün isə dövlətlə yanaşı özəl sektorun və böyük şirkətlərin də təhsilə real dəstəyi vacibdir. Əminəm ki, bu dəstək olduğu halda, ölkəmizin təhsil sistemi də sürətlə inkişaf edəcək", - deyə Ramin Nurəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Yanvar 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri