Icma.az
close
up
RU
Bakı tıxacdan necə xilas ola bilər? AÇIQLAMA

Bakı tıxacdan necə xilas ola bilər? AÇIQLAMA

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Bakıda yol hərəkəti son günlərdə sürücülər üçün ciddi sınağa çevrilib. Şəhərin əsas prospekt və küçələrində avtomobillərin sıxlığı günü-gündən artır, bu isə həm sürücülərin vaxt itkisinə, həm də gündəlik həyatın çətinləşməsinə səbəb olur.

Məsələ ilə bağlı Ölkə.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, tıxacın artmasına səbəb istirahət dövrünün başa çatması ilə əlaqədardır.

Onun sözlərinə görə, artıq insanlar rayonlardan iş, təhsil üçün Bakıya qayıdırlar:

"Belə olan halda Bakı artıq yüklənir. Bakını biz xilas etməliyik. Bunun da kökü bölgələrdən gəlir. Bölgələrdə yaxşı təhsil, iş yerləri, əyləncə, istirahət mərkəzləri, parklar və s. hər bir şey olmalıdır ki, insanlar bölgələrdən didərgin düşməsin. İnsanların paytaxta axtardığı nə varsa, bölgələrdə də o şərait onlar üçün yaradılmalıdır. O zaman Bakı bu problemlərdən xilas ola biləcək.

Amma indiki vəziyyət heç də ürəkaçan deyil. İnsanlar iş, təhsil və daha yaxşı həyat şəraiti üçün Bakıya üz tuturlar. Bölgədə, kənddə, rayonda ən yaxşı şəraitə malik olanlar belə evlərini tərk edib kirayə mənzillərdə qalırlar. İş yerləri, təhsil imkanları və maraqlı həyat tərzi bölgələrdə yaradılmalıdır ki, insanlar öz yurdlarını, kəndlərini və yaşayış yerlərini tərk etməsinlər. Problemin əsas kökü məhz budur".

Ekspert qeyd edib ki, avtomobilləşmə də sürətlə artır:

"İnsanlarda şəxsi avtomobilə maraq böyükdür. İctimai nəqliyyat vaxtı ilə bərbad vəziyyətə düşmüşdü deyə insanlar şəxsi avtomobilə keçdilər. Lakin bu keçid indi bizə baha başa gəlir. Biz bunu əvvəllər iqtisadi fəallıq kimi qəbul edirdik. Bu gün məlum olur ki, bu heç də yaxşı bir şey deyilmiş. Avtomobillərin sayı çoxaldıqca, onlar üçün yollar lazımdır. Bu yolları çəkmək, düzəltmək çox çətindir. Böyük iqtisadi güc tələb edir, ortaya iqtisadi problemlər çıxır. Belə olan halda da artıq biz taleyimizlə barışmalı deyilik. Bununla mübarizə aparmalıyıq.

Ümid edirik ki, bu məsələlər müsbət həllini tapacaq və bununla bağlı Dövlət Proqramı var. Dövlət Proqramının icrasında biz müəyyən işarələr görürük; yaxşı, müsbət yanaşmalar var və bu yanaşmalar bizə ümid verir ki, tıxac problemindən yaxın vaxtlarda da olmasa, yaxın illərdə xilas ola bilərik".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see260

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see252

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see231

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see227

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see225

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see221

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see217

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see217

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see215

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see203

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see195

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see193

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see188

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see182

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see179

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see177

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see171

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see167

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see160

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri