Icma.az
close
up
RU
Regional liderlikdən qlobal aktorluğa ...

Regional liderlikdən qlobal aktorluğa ...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan Qlobal Cənubun liderinə çevrilir

Ölkəmizin ədalətə, suverenliyə, dayanıqlı inkişafa və qlobal həmrəyliyə əsaslanan siyasəti...

Son illərdə dünya siyasətində baş verən köklü dəyişikliklər beynəlxalq münasibətlər sisteminin köklü yenilənməyə, korreksiyaya ehtiyac duyduğunu göstərir. Etiraf olunmalıdır ki, qlobal sistemin inkişafında əsas rola malik olan nizam qaydaları yenilənir - son 10 il ərzində baş verən siyasi - iqtisadi, hətta hərbi- strateji proseslər beynəlxalq nizamın ağırlıq mərkəzlərinin yer dəyişdiyini sübuta yetirir. Eyni zamanda, həm regional, həm də qlobal miqyasda yeni güc mərkəzləri formalaşır, inkişaf etməkdə olan ölkələrin - Qlobal Cənubun - beynəlxalq gündəmdə rolu artır. Yeni siyasi-iqtisadi nizamın yaradıcı və istiqamətləndirici komponentləri arasında bərabərtərəfli əməkdaşlıq, beynəlxalq hüquqa hörmət, qlobal təhlükəsizliyin təmininə töhfə, regional maraqların müdafiəsi kimi aparıcı ünsürlər xüsusi əhəmiyyət daşıyır. Bu yeni reallıq fonunda Azərbaycan balanslı siyasəti, humanitar təşəbbüsləri və qlobal dialoqa verdiyi töhfələrlə Qlobal Cənubun aparıcı liderlərindən birinə çevrilməkdədir.

“Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar”

Yeri gəlmişkən, mayın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclası keçirilib və “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirələr aparılıb. Bildirilib ki, dövlətlər arasındakı qarşılıqlı münasibət qaydaları və ənənəvi institutların sarsılması xaosa, müharibələrə və qeyri-müəyyənliyə yol açıb. Beynəlxalq münasibətlərdəki bu böhran fonunda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl, proqnozlaşdırıla bilən, adekvat, sülhpərvər və milli maraqlara xidmət edən xarici siyasət aparmaq qabiliyyətini nümayiş etdirir. Bu, regionda formalaşmış yeni reallıqlar sayəsində mümkün olub. Bu yanaşma, Azərbaycana ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə imkan verməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolunu da əhəmiyyətli dərəcədə artırıb. Qeyd olunub ki, beynəlxalq münasibətlərin tənzimlənməsinin daha da çətinləşdiyi, “Şimal-Cənub” probleminin daha da mürəkkəbləşdiyi bu çətin dövrdə ölkəmiz öz potensialını əminliklə nümayiş etdirir. Azərbaycanın Qlobal Cənub və Qərb arasında siyasi və iqtisadi dialoqun gücləndirilməsi istiqamətində mühüm körpü rolu oynamaq potensialından bəhs edən komitə sədri Səməd Seyidov qeyd edib ki, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi və COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkənin qlobal iqlim gündəliyindəki rolunu və Qlobal Cənub və Qərb arasında iqlim məsələlərində əməkdaşlığın inkişafına verdiyi töhfəni göstərir. Eyni zamanda, Azərbaycanın coğrafi mövqeyi və ölkənin inkişaf etmiş nəqliyyat və enerji infrastrukturu onu regionun əsas tranzit və enerji mərkəzinə çevirib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanın son illər Qlobal Cənubda getdikcə güclənən və beynəlxalq səviyyədə tanınan mövqeyi barədə danışıb. Bildirib ki, Azərbaycan xarici siyasətdə çoxtərəfliliyə böyük dəstək verən ölkələrdən biridir.

Qeyd olunub ki, beynəlxalq arenada yüksəliş mərhələsinə qədəm qoyan Qlobal Cənubda Azərbaycanın artan nüfuzu onun müstəqil, qərəzsiz, beynəlxalq hüquqa və ədalətə əsaslanan çoxtərəfli siyasəti ilə qlobal qeyri-bərabərliyin azaldılmasına, dialoqun qurulmasına verdiyi töhfələrlə bağlıdır.

Qoşulmama Hərəkatının lideri, COP29-un ev sahibi...

Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olsa da, qısa zamanda bu təşkilat daxilində fəal və təşəbbüskar mövqe nümayiş etdirib. 2019-2023-cü illərdə Azərbaycanın sədrliyi dövrü bu baxımdan tarixi mərhələ hesab olunur - Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz pandemiya dövründə ədalətli yanaşmanın, bərabər imkanların və humanitar həmrəyliyin müdafiəçisi kimi çıxış edib. Beləliklə, Azərbaycanın beynəlxalq miqyasda təşkil etdiyi bu təşəbbüs Qlobal Cənubun çətin vəziyyətdən xilas olması üçün bir stimula çevrilib. Bununla bağlı çıxışlarının birində Prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan pandemiya ilə mübarizədə təkcə öz vətəndaşlarının deyil, digər ölkələrin də sağlamlığını düşünərək onlarla həmrəylik nümayiş etdirdi: “Biz bu ağır dövrdə 80-dən çox ölkəyə yardım göndərdik”“.

Eyni məntiqlə yanaşsaq, ötən ilin payızında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının - COP29-un Azərbaycanı birbaşa qlobal iqlim gündəminin mərkəzinə çevirdiyini də görə bilərik. Bu mühüm sammit ilk dəfə Qafqazda və müsəlman ölkəsində təşkil olundu - daha da önəmlisi, Azərbaycan bu tədbirdə Qlobal Cənubun səsini eşitdirməyə, onların haqlı tələblərini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışdı. Bakının uzun illərdir əldə edilməsi mümkün olmayan nailiyyətə imza ataraq, inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə ayrılacaq iqlim maliyyəsini 300 milyard ABŞ dolları məbləğində razılaşdırılmasına nail olması COP29-un tarixinə yazıldı. Prezident İlham Əliyev bu barədə qeyd edib: “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəyliyi təşviq etməyə və Qlobal Cənubun maraqlarını müdafiə etməyə hazırdır”.

Enerji təhlükəsizliyindən beynəlxalq həmrəyliyə

Azərbaycanın Qlobal Cənubdakı mövqeyini gücləndirən əsas amillərdən biri də onun enerji siyasətidir. Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Azərbaycan həm Avropanın enerji təhlükəsizliyini təmin edir, həm də sabit və proqnozlaşdırıla bilən tərəfdaş obrazını möhkəmləndirir. Ölkəmiz bərpa olunan enerji sahəsində də əməkdaşlıq qapılarını Qlobal Cənub ölkələrinə açır.

Ümumiyytələ, yeni dövrdə enerji sadəcə iqtisadi güc deyil, siyasi təsir və geosiyasi mövqe deməkdir. Azərbaycan isə məhz bu müstəvidə həyata keçirdiyi uzaqgörən enerji siyasəti ilə həm öz milli maraqlarını təmin edir, həm də dünya enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu siyasət Azərbaycanın Qlobal Cənubda artan nüfuzunun və lider mövqeyinin əsas sütunlarından birinə çevirib. Azərbaycanın enerji siyasətində əsas prinsip müstəqillik və balansdır. Bu siyasət Qlobal Cənubda, xüsusilə də enerji resurslarına malik və ya enerji idxalçısı olan ölkələrdə rəğbətlə qarşılanır. Çünki Azərbaycan enerji siyasətində diktə etmir, əməkdaşlıq təklif edir. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi nəhəng enerji layihələri Azərbaycanın regionda və Avrasiyada etibarlı tərəfdaş imicini formalaşdırıb. Hazırda Avropa ölkələri üçün qaz təchizatında əsas alternativ mənbə olan Azərbaycan, eyni zamanda inkişaf etməkdə olan ölkələrə təcrübə, texnologiya və enerji diplomatiyası modeli təqdim edir. COP29-a ev sahibliyi etməklə Azərbaycan bir daha sübut etdi ki, o, yalnız neft və qaz istehsalçısı deyil, həm də enerji keçidində fəal oyunçudur. Bu, xüsusilə Afrika və Asiya ölkələri üçün nümunəvi yanaşmadır. Prezident Əliyevin bildirdiyi kimi, “Azərbaycan yeni enerji dövrünə qədəm qoyur. Biz yaşıl enerjiyə keçidi dəstəkləyirik, amma bu keçid inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınaraq həyata keçirilməlidir”.

Qlobal Cənubda açıq şəkildə önə çıxan Azərbaycan enerji siyasəti vasitəsilə yalnız iqtisadi münasibətlər qurmur, eyni zamanda siyasi və diplomatik ittifaqlar da formalaşdırır. Bura Mərkəzi Asiya, Körfəz ölkələri, Afrika və Latın Amerikası kimi regionlarla əməkdaşlıq daxildir. Neft və qaz ixracı, bərpa olunan enerji üzrə texniki tərəfdaşlıq, infrastrukturun qurulması və təcrübə mübadiləsi kimi sahələrdə əlaqələr genişlənir.

Afrika və kolonializmdən əziyyət çəkən dövlətlərin dəstəkçisi...

Azərbaycanın Qlobal Cənubun liderlərindən birinə çevrilmə prosesində ən diqqət çəkən məqamlardan biri rəsmi Bakının Afrika və kolonializmdən əziyyət çəkən ölkələr ilə qarşılıqlı münasibətlərinin inkişafıdır. Bu bir reallıqdır ki, əsrlərlə kolonializm və istismar siyasətindən əziyyət çəkmiş ölkələr indi beynəlxalq sistemdə bərabərlik, ədalət və tərəfdaşlıq axtarırlar - belə bir geosiyasi konfiqurasiyada Azərbaycan balanslı, müstəqil və suveren mövqeyi ilə bu ölkələrin etimadını qazanır və Qlobal Cənubda da etibarlı tərəfdaş kimi şöhrət tapır. Sirr deyil ki, Afrika qitəsi və Latın Amerikası kimi regionlar onilliklər ərzində Qərb mərkəzli siyasətin kölgəsində yaşayıb. İndi isə bu regionların çoxu öz milli maraqlarına hörmət edən, bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlər axtarışındadır. Azərbaycanın beynəlxalq siyasətdə tutduğu prinsipial mövqe, xüsusilə də suverenlik, daxili işlərə qarışmama və ədalət prinsipinə sadiqliyi həmin ölkələrdə Bakıya olan marağı artırıb. Burada da Azərbaycanın Qoşulmama Hərəkatındakı liderlik funksiyası önə çıxır - 2019-2023-cü illərdəki sədrlik dövrü Afrika ölkələri ilə münasibətlərdə Azərbaycan yeni səhifə açıb. Bu müddət ərzində Bakının təşəbbüsü ilə bir neçə Afrika ölkəsinə humanitar yardım göstərilib, pandemiya ilə mübarizə üçün tibbi ləvazimatlar göndərilib və ən əsası, bu ölkələrin beynəlxalq səviyyədə səsi eşidilib. Eyni zamanda, Bakının COP29-a ev sahibliyi etməsi Azərbaycanı Afrika ölkələrinin diqqət mərkəzinə gətirib. Bu ölkələr iqlim dəyişikliklərinin təsirini ən ağır şəkildə hiss etsələr də, qlobal iqlim siyasətində səsləri çox zaman nəzərə alınmır. Azərbaycan bu ölkələrin iqlim gündəminə daxil edilməsini dəstəkləyən nadir dövlətlərdən biridir. Bu səbəbdəndir ki, artıq 30-dan çox Afrika ölkəsi Azərbaycanla ikitərəfli görüşlər, texniki əməkdaşlıq və gələcək enerji, təhsil və kənd təsərrüfatı sahələrində tərəfdaşlıqlar barədə dialoqa başlayıb.

Qlobal Cənubun problemlərini anlayan, onların müdafiəsinə qalxan və praktiki həll yolları təklif edən dövlət

Beləliklə, müasir Azərbaycan artıq tək regional lider deyil, həm də qlobal miqyasda məsuliyyətli aktor kimi tanınır. Qlobal Cənubun problemlərini anlayan, onların müdafiəsinə qalxan və praktiki həll yolları təklif edən dövlət kimi ölkəmiz beynəlxalq münasibətlərdə artan çəkisini göstərməkdədir. Azərbaycanın apardığı siyasət bir daha sübut edir ki, Bakı ədalətə, suverenliyə, dayanıqlı inkişafa və qlobal həmrəyliyə əsaslanan yeni dünya düzənində söz sahibi olan liderlərdən birinə çevrilib.

PƏRVİZ SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 May 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see339

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see282

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see277

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see209

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see192

WUF13 də uşaqlar üçün yaradılan xüsusi zonadan FOTOREPORTAJ

19 May 2026 18:57see192

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see187

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see185

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see181

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see180

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see176

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see175

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see167

Novxanıda hotel yanır

19 May 2026 19:10see166

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see165

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see161

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see156

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see152

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see150

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri