Icma.az
close
up
RU
Vaşinqton Zirvəsi: Regional liderlikdən qlobal oyunçuluğa, Azərbaycanın yeni siyasi güc sərhədləri

Vaşinqton Zirvəsi: Regional liderlikdən qlobal oyunçuluğa, Azərbaycanın yeni siyasi güc sərhədləri

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb) 

Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə ABŞ-a baş tutan səfəri beynəlxalq münasibətlər müstəvisində mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər təkcə iki ölkə arasında münasibətlərin inkişafı baxımından deyil, həm də regional və qlobal kontekstdə strateji əhəmiyyət daşıyır. Görüş zamanı əldə olunan nəticələr Azərbaycanın dünya siyasətində artan rolunu, geosiyasi mövqeyini və iqtisadi gücünü bir daha nümayiş etdirdi. 

Bu səfərdən sonra Azərbaycanın regional lider kimi mövqeyi necə dəyərləndirilir və səfərin Azərbaycanın beynəlxalq imicinə və dünya birliyinə inteqrasiyasına təsiri necə olacaq?

Qaynarinfo bu sualları Milli Məclisin deputatı Hikmət Babaoğlu və politoloq Azər Qasımovla müzakirə edib. 

Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Prezidentinin ABŞ-a səfəri, səfər zamanı əldə edilən nəticələr həm Azərbaycanın gələcək inkişafı baxımından, həm ikitərəfli ABŞ-Azərbaycan münasibətləri konteksində, həm də regional konteksdə əhəmiyyətli bir tarixi səfərə çevrildi:


"Şübhəsiz ki, dünyanın diqqət mərkəzində olan bu səfər bir sıra səciyyəvi məqamlarla yadda qaldı. Bunlardan biri ABŞ və Azərbaycan prezidentləri arasında keçirilən görüşdə qarşılıqlı əlaqələrin, ikitərəfli münasibətlərin yeni tarixi mərhələyə qaldırılması hadisəsi oldu". 

Deputat deyir ki, dünya siyasətini təyin edən birinci güc mərkəzi kimi ABŞ Prezidentinin Azərbaycan Prezidentinə münasibəti və diqqəti analitiklərin nəzərindən yayınmadı:

"Azərbaycan Prezidentinin liderlik keyfiyyəti, sülhpərvər niyyəti, eyni zamanda regional inkişafla bağlı həm iqtisadi, həm də geostrateji konteksdə baxışları və bunun Amerikada dünyaya təqdim olunması əslində Azərbaycanın dünyaya yeni təqdimatı kimi yadda qalmış oldu. Bu da dünya dövlətləri içərisində Azərbaycanın coğrafi mövqeyinin, resurslarının və həyata keçirdiyi qlobal layihələrin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha gündəmə gətirdi. Beləliklə də bu proseslər beynəlxalq münasibətlər sistemində həm də Azərbaycanın siyasi nüfuzunu, çəkisini və komnukativ potensialını bir daha ortaya çıxarmış oldu. Azərbaycanın dünya siyasətində oynayacağı rolla bağlı aydın təsəvvürlər yaratdı. Bu isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun artmasına gətirib çıxaracaq, milli maraqlarımızın yeni dünya nizamı kontekstində realizə olunmasına böyük töhfələr verəcək".

Politoloq Azər Qasımov isə bildirib ki, Azərbaycan öz geosoyasi reallığını özü yaradan ölkədir. ABŞ ya digər ölkələr bu reallıqdan çıxış edib Azərbaycanla münasibət qururlar:


"İşğal dövründə bu ölkələrin heç birini Azərbaycanın ərazi itirməsi və ya əhalisinin böyük hissəsinin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi maraqlandırmırdı. Əksinə, Azərbaycana həmin məsələnin hərbi yolla həlli olmadığını diktə etməyə çalışırdılar. Azərbaycan əksər güclərin gözündə zəif, ərazisi işğal olunmuş bir ölkə idi. Amma Azərbaycan bununla barışmadı və məlum hadisələrdən sonra indiki duruma gəldi. Artıq Azərbaycan tək öz regionunda deyil, dünyanın bir çox regionunda sayılan ölkə kimi bir yana, həm də əksər regionlarda oyunqurucu ölkə kimi çıxış edir. Bu, Yaxın Şərqdən tutmuş, Avropa İttifaqı, Okeaniya ölkələri də daxil ABŞ-a kimi uzanır".

Politoloq əlavə edib ki, Azərbaycan artıq regional liderlikən beynəlxalq oyunçuya çevrilir. Azərbaycanla dostluq münasibəti qurmaq istəyən ölkələrin sayı artır:

"Bu münasibətləri quran ölkələr isə sevincli olurlar ki, buna nail olublar. Son olaraq Azərbaycanın ABŞ-da Ermənistanla imzaladığı memorandum Azərbaycanın mövqeyini daha da gücləndirir. Azərbaycan artıq birbaşa ABŞ-ın strateji müttəfiqinə çevrilmək üzrədir. Bu istiqamətdə proseslər sürətlənir. Dünya birliyi Azərbaycanın artan siyasi və iqtisadi gücünü heyranlıqla izləyir. Azərbaycan problemli regionların öz məsələlərini həll etmək üçün danışıqlar platformasına çevrilir. Bu, sadəcə məkan olaraq yox, problemli tərəflərin inandığı bir vasitəçi kimi onların arasında barışdırıcı rol oynayır. Göründüyü kimi, Azərbaycan öz gücünü inamlı xarici siyasətindən alır. Hesab edirəm ki, Azərbaycanın artan siyasi gücü həm öz regionu, həm də bunda maraqlı olan regionlar üçün bir siyasi tapıntı olmaqla yanaşı, eyni zamanda dünya düzəninin yenidən qurulması üçün vacib faktordur".

Günay İlqarqızı


Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Avqust 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri