Icma.az
close
up
RU
Regional sabitliyin təhlükəsizlik təminatı

Regional sabitliyin təhlükəsizlik təminatı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan–Gürcüstan hərbi əməkdaşlığının növbəti mərhələsi yeni ümidlər doğurur

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşüb. Görüş Bakı və Tbilisi arasında uzun illərdir formalaşmış strateji tərəfdaşlığın müdafiə və təhlükəsizlik müstəvisində yeni mərhələyə daxil olduğunu göstərir. Tərəflər Azərbaycan–Gürcüstan münasibətlərinin mövcud vəziyyəti, regional və beynəlxalq gündəmdə duran aktual məsələləri, eləcə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın genişlənməsi, birgə hərbi təlimlərin keçirilməsi, hərbi təhsil, kibertəhlükəsizlik, sərhəd mühafizəsi, terrorizm və transmilli təhdidlərə qarşı mübarizə regionda təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə xidmət edir. Bu kontekstdə, Azərbaycan və Gürcüstanın hərbi əməkdaşlığı regionda sülhün və qarşılıqlı etimadın vacib sütunlarından biri kimi çıxış edir.

İkitərəfli əməkdaşlığın mühüm istiqamətlərindən biri regionun enerji və nəqliyyat infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycan və Gürcüstanın ərazisindən keçən beynəlxalq enerji və logistika marşrutları Avropa ilə Asiyanı birləşdirən strateji kommunikasiya xətləri kimi mühüm geosiyasi və geoiqtisadi əhəmiyyətə malikdir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və digər transmilli layihələrin qorunması iki ölkənin deyil, həm də beynəlxalq tərəfdaşların maraqlarına cavab verir. Məhz buna görə strateji əhəmiyyət daşıyan bu layihələrin mümkün risk və təhdidlərdən qorunması Azərbaycan–Gürcüstan əməkdaşlığının prioritet istiqamətlərindəndir.

O da məlumdur ki, müasir dövrdə enerji və nəqliyyat infrastrukturuna yönələn təhlükələr yalnız hərbi xarakter daşımır. Ənənəvi hərbi risklərlə yanaşı, kibertəhdidlər, hibrid təsir əməliyyatları, informasiya təhlükəsizliyi, kritik infrastrukturun qorunması və regional qeyri-sabitlik faktorları ön plana çıxıb. Bu səbəbdən Azərbaycan və Gürcüstan arasında operativ məlumat mübadiləsinin genişləndirilməsi, birgə risk qiymətləndirmələrinin aparılması və koordinasiyalı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Çünki müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı regionda iqtisadi sabitliyin və əlverişli investisiya mühitinin qorunmasına töhfə verir. Strateji infrastrukturun etibarlı mühafizəsi isə xarici investisiyaların cəlb edilməsinə, tranzit potensialının genişlənməsinə və regionun qlobal iqtisadi sistemə inteqrasiyasının sürətlənməsinə əlverişli şərait yaradır. Bu baxımdan, Azərbaycan–Gürcüstan hərbi əməkdaşlığı Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasına xidmət edən ən uğurlu regional tərəfdaşlıq modelidir.

Bu tərəfdaşlığın müdafiə və təhlükəsizlik sahəsində daha da gücləndirilməsi yalnız iki dövlətin milli maraqlarına xidmət etmir, eyni zamanda, regionun enerji təhlükəsizliyinin, nəqliyyat əlaqələrinin davamlılığının və iqtisadi inkişaf perspektivlərinin qorunmasına xidmət edir. Məhz buna görə də Azərbaycan və Gürcüstan mütəmadi olaraq birgə hərbi təlimlər keçirirlər. Hər iki ölkə bir-birində hərbi attaşelər vasitəsilə təmsil olunur, səfirliklər və müdafiə qurumları arasında sıx əlaqələr saxlanılır.

Son aylarda Azərbaycan və Gürcüstan rəhbərləri arasında keçirilən yüksək səviyyəli görüşlərdə iki ölkə arasında dostluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətlərinin Cənubi Qafqazda sabitliyin əsas dayaqlarından biri olduğu dəfələrlə vurğulanıb. Tbilisidə baş tutan bu görüş isə münasibətlərin müdafiə və təhlükəsizlik sahəsində yeni məzmun və dinamika qazandığını göstərir.

***

Mövzu ilə bağlı XQ-yə açıqlama verən politoloq Yeganə Hacıyeva bildirdi ki, Azərbaycan və Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, eyni zamanda, Cənubi Qafqazda yeni təhlükəsizlik balansının formalaşmasının göstəricisidir. Onun sözlərinə görə, son illər regionda baş verən geosiyasi dəyişikliklər, qlobal güclər arasında rəqabətin dərinləşməsi, enerji təhlükəsizliyinin ön plana çıxması və beynəlxalq nəqliyyat marşrutlarının önəminin artması Bakı ilə Tbilisi arasında koordinasiyanın gücləndirilməsini zəruri edir: “Azərbaycan və Gürcüstan bu gün Cənubi Qafqazda qarşılıqlı etimada əsaslanan ən sabit və institusionallaşmış tərəfdaşlıq modelini formalaşdıran dövlətlərdir. Bu əməkdaşlıq yalnız siyasi dialoq və iqtisadi layihələrlə məhdudlaşmır, eyni zamanda, regional təhlükəsizliyin təmin olunmasına yönəlmiş uzunmüddətli strateji baxışa söykənir. Hazırkı mərhələdə Azərbaycan–Gürcüstan münasibətlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər regional proseslərə artıq yalnız milli maraqlar prizmasından deyil, ortaq təhlükəsizlik məkanı yanaşması ilə baxmağa başlayıblar. Bu isə müdafiə sahəsində əməkdaşlığın yeni məzmun qazanmasına səbəb olur. Birgə hərbi təlimlər, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, sərhəd təhlükəsizliyi, kritik infrastrukturun mühafizəsi sahələrində əlaqələrin genişləndirilməsi regionun dayanıqlılığını əhəmiyyətli dərəcədə artırır”.

Siyasi şərhçi bildirdi ki, Bakı və Tbilisi arasında hərbi-siyasi koordinasiyanın güclənməsi xüsusilə Orta Dəhlizin perspektivi fonunda böyük əhəmiyyət kəsb edir: “Avropa ilə Asiya arasında yükdaşımaların və enerji axınlarının mühüm hissəsinin Azərbaycan və Gürcüstan üzərindən keçməsi bu ölkələri qlobal logistika və enerji xəritəsində strateji mövqeyə yüksəldib. Azərbaycan və Gürcüstan ərazisindən keçən enerji kəmərlərinin, dəmir yolu xətlərinin, limanların və logistika qovşaqlarının təhlükəsizliyi Avropanın enerji təhlükəsizliyi, Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin davamlılığı və bütövlükdə Avrasiya məkanında ticarət axınlarının sabitliyi ilə birbaşa bağlıdır. Bu səbəbdən Bakı–Tbilisi əməkdaşlığı artıq regional deyil, daha geniş geostrateji məna daşıyır. Azərbaycan və Gürcüstanın müdafiə və təhlükəsizlik qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi məhz bu yeni çağırışlara cavab vermək baxımından vacibdir”.

Gürcüstanlı ekspert Vüqar İsayev XQ-yə bildirdi ki, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi Qara dəniz–Xəzər regionunda təhlükəsizlik və əməkdaşlığın inkişafı, sadəcə, yaxın qonşuluq münasibətləri deyil, həm də strateji müttəfiqlikdir: “Müxtəlif məsələlər üzrə mövqelərimizdə ortaq nöqtə və oxşarlıqlar, böyük birgə layihələr var. Onlar yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də Azərbaycan, Gürcüstan, Türkiyə və ümumilikdə, Avropa arasındakı əlaqələrdə strateji əhəmiyyət daşıyan bir həlqədirlər. Bu əlaqəni dəyərli edən həm də Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq modeli çərçivəsində ordularımızın birgə hərbi təlimlərdə iştirakıdır”.

Beləliklə, mövcud beynəlxalq şəraitdə Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq müdafiə müstəvisində genişlənir. Bu, yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, həm də Cənubi Qafqaz regionunda geosiyasi sabitliyin möhkəmlənməsinə xidmət edir. Tərəflər enerji, nəqliyyat və logistika sahələrində mövcud etibarlı əməkdaşlığı müdafiə platformasında daha da genişləndirmək əzmində olduqlarını bir daha təsdiqləyiblər. Bu kontekstdə Bakı–Tbilisi xətti yaxın illərdə də regionun təhlükəsizlik və inkişaf gündəliyinin əsas istiqamətlərindən biri olaraq qalacaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 İyun 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri